Əhməd Oruc:
"DUİ" kök, "Azadlıq" bloku arıq,
Onun liderləri ürəyi qırıq,
Bu blok ömrünü bitirib artıq,
Günbəgün qızışır "DUİ" meydanı,
Kütlə, yetkilidi onun dörd yanı,
Bu miqdar artacaq bir xoruz banı.
Əli Əliyev:
Lalə yaşamaqda ağır bir durum,
"Yurd" Əli önündə dərin uçurum,
Mənim də könlümü qırıb bu qurum,
Gərək vəcdə gəlib duruldam qanı.
Əhməd Oruc:
Mirmahmud deməkdə bu gün hər bəndə,
O vaxt yaman saldı səni də bəndə,
"VİP" Əli, gir bizim "DUİ"-yə sən də,
Əli, Lalə kimi düşməni tanı.
Əli Əliyev:
"Yurd" Əli blokda zəhərli gürzə,
Lalə danışmaqda Əvəzlə hərzə,
Laləni, Əlini bir dəfə görsə
Arı nə bal verər, nə qurar şanı.
Əhməd Oruc:
Blokda liderlər bəd toxum əkir,
Hər biri gözünü ciblərə dikir,
Əzrail almaqda çətinlik çəkir,
Əlinin, Lalənin sökdüyü canı.
Əli Əliyev:
Biri o birini bizləyir daim,
Lalə "Yurd" şefini izləyir daim,
Əli "MBH"-ni pisləyir daim,
VİP-imlə gedirəm çatıb zamanı.
Əhməd Oruc:
Düz danışan adam ürəkli olar,
Çörəkçinin dostu çörəkli olar,
Gərək düşünəydi, gərəkli olar
Aparıb çöllərə atan samanı.
Əli Əliyev:
Yandılar gözümdən köz buraxanda,
Qan çıxdı mən iti biz buraxanda,
Ağzımdan xoruzlu söz buraxanda,
Mənə çox dedilər saxla simanı.
Əhməd Oruc:
Sarmışdı burada bir şok ətrafı,
İflic etməkdəydi həm tok ətrafı,
Əli hədəfiydi blok ətrafı,
Lalə də sancırdı ora cumanı.
Əli Əliyev:
Mən də çox qatlaşdım əziyyətində,
Əli də, Lalə də bəd niyyətində,
Blok blokada vəziyyətində,
Heç kimin gəlmirdi buna gümanı.
Əhməd Oruc:
Boss cibi güdəndə "Yurd", Əli toxdu,
Nədənsə bir sənin ac "VİP"-in loxdu,
Olaydan sənin də xəbərin yoxdu,
Gərək seyrəldəydin sən sıx dumanı.
Əli Əliyev:
Əli də, Lalə də çox vurdu tənə,
Üstümə doluşdu blokda gənə,
Mətbuat katibi deyəndə mənə,
Əli salırmışlar mən tək çmonu.
Əhməd Oruc:
İkilər tükənməz pul həvəsində,
"VİP" Əli özünün zülm qəfəsində,
İkili standart məngənəsində,
Dinləyən də yoxdu ahı-amanı.
Əli Əliyev:
Birində insaf yox, tamam şər biri,
Biri şeytanxislət, tamam xər biri,
İstismar edirdi məni hər biri,
Əlinin, Lalənin yoxmuş imanı.
Əhməd Oruc:
Özü şeytanxislət, Əlidi adı,
Əvəz də kart ilə qurardı cadu,
Lalənin, Əlinin fitnə-fəsadı,
Heyrətə salardı kamil şamanı.
Əli Əliyev:
Elə bir mərəkə qopardılar ki,
Çox yetkili bağrı həm yardılar ki,
O qədər baş-qulaq apardılar ki,
"Azadlığ"ın səmti süqut limanı.
Əhməd Oruc:
Güdaza verəndə "VİP"-i, dandılar,
Sanma ki, ay yazıq, səni andılar,
Axır ki, bir xeyli rahatlandılar,
Pişiyə yedirib bütün siçanı.
Əli Əliyev:
Blokda tər tökdüm ömrü verərək,
Lalə ələnməmiş xəmri verərək,
Durana tərpənmək əmri verərək,
Onlar qovurdular çox bərk qaçanı.
Əhməd Oruc:
"Yurd" Əli Laləni mərəyə salıb,
"VİP" Əli ümidi fələyə salıb,
Son anda hiyləylə tələyə salıb,
Cəbhə də vermişdi ələ Becanı.
Əli Əliyev:
Az qala beynimə sızacaqdı qan,
Pis təsir etmişdi mənə bu, yaman,
Üstündə oturdum mən də o zaman,
Mənə namünasib palıd haçanın.
Əhməd Oruc:
"VİP" Əli olmadı o zaman sərvaxt,
Alt-üstə çevrildi "Azadlıq"da baxt,
Əli bəy Nabranda dincəldi o vaxt,
Lalə də seçmişdi gözəl daçanı.
Əli Əliyev:
Qadın olsa belə, Lalə- bir banda,
Onların önündə olmuşdum cıda,
"Yurd" Əli gözünə qan sızan anda,
İki ayırmağa hazır paçanı.