PDF Oxu

Köşə

  • 12

Bu "Azadlıq" o "Azadlıq" deyil

Bu "Azadlıq" o "Azadlıq" deyil

Mirmahmud Fəttayev:

"Azadlıq" pisləşib heç eyi deyil,
İçilən viski də boss meyi deyil,
Əlinin, Lalənin birliyi deyil,
"Azadlıq" Əhmədin rəsmi qurumu,
Əlinin, Lalənin pisdi durumu,
Gözaltı ediblər gen uçurumu.

Əli Kərimov:

"VİP" də "MBH" də getmir Əliylə,
Oturub-dururlar dəli-dülüylə,
Avropa Birliyi - Qərbin əliylə,
Burda itirmişəm dövlət, varımı.

Mirmahmud Fəttayev:

Bossun dişisini siz ana edin,
Ya "Yurd"u yenidən siz bina edin,
"Azadlıq" adından imtina edin,
Məcbur etməyin ki, qurum torumu.

Əli Kərimov:

Yandırıb qızının "DUİ" külünə,
Məhəl qoymayacaq bosslar ölünə,
Siz güc versəniz də "Heyvagülü"nə,
Təkrar oxuyaram mən öz xorumu.

Mirmahmud Fəttayev:

Demədim yalandan iz dəyişdirin,
İstəyirsən barış, küs, dəyişdirin,
Blokun adını tez dəyişdirin,
Həm də siz aşmayın "DUİ" barımı.

Əli Kərimov:

Nədən blokumu saldın əlimdən?
Qartal tək quzumu çaldın əlimdən,
Elə bil, qrantı aldın əlimdən,
Başımdan çıxardın buxar parımı.

Mirmahmud Fəttayev:

Oturub "Yurd"unda, ay Əli, sən sus,
Bossdan nə alıbsan, üsulluca qus,
"Azadlıq" bir Əhməd Oruca məxsus,
Gəl, sən az tıxacla nəfəs borumu.

Əli Kərimov:

Bossa bir göz vursam sıxılar "DUİ",
Əbədi yerində qaxılar "DUİ",
Ayağım altına yıxılar "DUİ",
Başlasam naqafil ifrat forumu.

Mirmahmud Fəttayev:

Duzsuz xörəyini çim duz eyləmə,
Özünü siyasi ulduz eyləmə,
Bizim "Azadlığ"a nüfuz eyləmə,
Sən öz darını ye, mən öz darımı.

Əli Kərimov:

Blok qala bilməz sən tək əskiyə,
Bir sifətinə döy, bir döy əskiyə,
"DUİ"-ni çox bükdün sən göy əskiyə,
Yaş sərmə nahaqdan cımxır qurumu.

Mirmahmud Fəttayev:

Qrantçün bosslara sən gəl az əl et,
Duxun var İsaya, mənə gəl-gəl et,
Biz sənə söz dedik, dərhal əməl et,
Məcbur eyləmə ki, səni tez yorum.

Əli Kərimov:

Narıncı geyimi gey öz əyninə,
İnamsızlıq etmə şir təyininə,
Baxmayıb adında mir təyininə,
Qıcıqlandırma ki, bağrını yarım.

Mirmahmud Fəttayev:

Gətir göz önünə bəzən çətini,
Sordun dost sümüyü, yemə ətini,
Gəl sən qurdalama "DUİ" şitini,
Dərhal üzə vurur bu halda şorum.

Əli Kərimov:

Sən təzə deyilsən, köhnə bir bəysən,
Çarə taparsansa, sənə min əhsən,
Bloku ləğv etsəm, o zaman de sən,
Başımı bəs hansı barıya vurum?

Mirmahmud Fəttayev:

Boss verən qranta şirin desəm də,
Çox dayaz eşqinə dərin desəm də,
Sənin blokuna nifrin desəm də,
Qiyamət günündə çatlamaz gorum.

Əli Kərimov:

Kütlələr koluma girməzsə yenə,
Mənə "yes" notunda hürməzsə yenə,
Səsini seçici verməzsə yenə,
Zildən bəm notuna enməzmi tarım?

Mirmahmud Fəttayev:

Narıncı geyimli ifratsan qatı,
Yenə oxuyursan köhnə bayatı,
Sən tatı çevirib, vurursan tatı,
Olubdu dünəndən əsəbim tarım.

Əli Kərimov:

Bossdan pul qopardım min əziyyətlə,
Qoşuldum sizlərə xoş bir niyyətlə,
Edərdim mən bunu məmnuiyyətlə,
İstərsən səninlə ilqarı qırım.

Mirmahmud Fəttayev:

Xarab eyləməyib yalnız nəm onu,
Basıb qüssə, xiffət, kədər, qəm onu,
Nə qədər püfləyib şişirtsəm onu,
Yerdən bir metr də yüksəlmir şarım.

Əli Kərimov:

Ağzında bir qızıl diş görmüşəmsə,
Bossun verdiyini beş görmüşəmsə,
Səninlə birlikdə iş görmüşəmsə,
Gətir ver, mən həmin sazişi cırım.

Mirmahmud Fəttayev:

Özüm müsbət yüklü bir şah damaram,
Hələ şumlanmışam narın, hamaram,
Qəti ağlamsınıb sızıldamaram,
Sinəmdə kotanla açsan da şırım.

Əli Kərimov:

Xaricdə bir serlik iddiasında,
Ən azı mən merlik iddiasında,
Özüm bir liderlik iddiasında,
Sən layiq deyilsən olmağa çarım.

Digər xəbərlər