İqbal Ağazadə:
Radikal içində rəqib görmürəm,
Mən təqib edənəm, təqib görmürəm,
İfrat cinahında əqiq görmürəm,
Radikal cəbhəni satıb gedirəm,
Qəmlərə-kədərə batıb gedirəm,
Öz son "Ümid"imi atıb gedirəm.
Zərdüşt Əlizadə:
Mən də sənin kimi gedən kimiyəm,
Qardaşım Arazı didən kimiyəm,
Qarnım da doymadı gödən kimiyəm,
ASDP küncündə yatıb gedirəm.
İqbal Ağazadə:
Oturdum bvşında naqis, səylərin,
Çox etdim dilini qısa bəylərin,
Çıxdım axırına İsa bəylərin,
Hazırda arzuma çatıb gedirəm.
Zərdüşt Əlizadə:
Digər radikallar nasaz qazansın,
Bizi istəyənlər qış-yaz, qazansın,
Qoy indi qardaşım Araz qazanın,
Mən isə yükümü tutub gedirəm.
İqbal Ağazadə:
Selini görməsin onlar baharın,
Elə əvvəlki tək olsunlar harın,
Dili topuq vursun radikalların,
Ağzımda dilimi udub gedirəm.
Zərdüşt Əlizadə:
Bu cür ifratları olsunlar məlul,
Heç vaxt yeməsinlər bir təmiz məhsul,
Siyasətlə bunlar olsunlar məşğul,
İndi mən jurnalist, ədib gedirəm.
İqbal Ağazadə:
Bizlər çox görmüşük bu cür lalları,
Aşsın başlarından qilü-qalları,
Bəhrə yetirməsin idealları,
Tanışlar yanına xətib gedirəm.
Zərdüşt Əlizadə:
Siyasət yürütdüm özüm tən açıq,
Nə qədər açıqdım, indi sən açıq,
Qalmışdı alnım da nisbətən açıq,
Onları kəfənə büküb gedirəm.
İqbal Ağazadə:
Heç biri fərqlənmir adi girovdan,
Qurtara bilməzlər əsil tilovdan,
Qoy İsa çox yesin xəyalplovdan,
Qurduğum bütləri söküb gedirəm.
Zərdüşt Əlizadə:
İndi mən özüm də durmuşam qəsdə,
Namizəd də oldum bir neçə mestə,
İsanın, Əlinin, Lalənin üstə,
Çirkimi - pasımı töküb gedirəm.
İqbal Ağazadə:
Marıqda yataraq mən sinə-sinə,
İstəməm gələlər imana-dinə,
İsanın, Əlinin, düz sinəsinə,
Bir Əzrayıl kimi çöküb gedirəm.
Zərdüşt Əlizadə:
Demədim qidası aşından aşsın,
Dərdləri, azarı tuşundan aşsın,
Qoy onların dollar başından aşsın,
Gözümü dollara dikib gedirəm.
İqbal Ağazadə:
Qoy sollar məhv olsun, sağlar qalsınlar.
Kədər ürəklərdə çağlar qalsınlar,
Hamısı kürsüyçün ağlar qalsınlar,
Dağı sinələrə çəkib gedirəm.
Zərdüşt Əlizadə:
Fayda yox, vur qızıl şurup onlara,
Zülmət bəxş edəcək qürub onlara,
Damğa qrant verən vurub onlara,
Dərdi qəlblərinə əkib gedirəm.
İqbal Ağazadə:
Duz verrəm onlara, yodunu alıb,
Başlara çaxaram odunu, alıb,
Onların gözünün odunu alıb,
Özüm də çalaraq çəpik, gedirəm.
Zərdüşt Əlizadə:
Hər biri xaricdən postlar alıblar,
Bosslar görkəmində dostlar alıblar,
Dollar paylarını, bosslar alıbdı,
Mən də heç vermədən qəpik, gedirəm.
İqbal Ağazadə:
Onlarla zərbəni Pənah endirib,
Bir də tutuqları günah endirib,
Başlara qapazı Allah endirib,
Vurub dallarına təpik, gedirəm.
Zərdüşt Əlizadə:
Qoy onlar uğurdan qəti soyusun,
Qazaram onların dərin quyusun,
İstərəm hamısı rahat uyusun,
İfrat şah damarı çərtib gedirəm.
İqbal Ağazadə:
Matəm nəğməsini çaldırıb sincdə,
Cümə axşamını verrəm yek-pəncdə,
İfrat yönlüləri məxfi bir güncdə,
Edərək yerbəyer, tərtib gedirəm.
Zərdüşt Əlizadə:
Meyitləri bir az tumarlayaraq,
Qəbirlərini tez hamarlayaraq,
Bossun dollarını qamarlayaraq,
Üstünü kəfənlə örtüb gedirəm.
İqbal Ağazadə:
Biri-birisinə əsil yağı ki,
Çəkib ürəklərə könül dağı ki,
Hər biri o qədər cüvəllağı ki,
Özüm qıpqırmızı pörtüb gedirəm.
Zərdüşt Əlizadə:
Min şükür eyləyib monqol Batıma,
Bunlardan ayrıllam tam öz şotuma,
Hirsimdən mən minib qəzəb atıma,
Xeyli qamçılayıb, yortub gedirəm.