PDF Oxu

Köşə

  • 12

AXP və "QAT" qarşıdurması və onun mənfi nəticələri

AXP və "QAT" qarşıdurması və onun mənfi nəticələri

Akif Nağı:

Pənah Qarabağı alacam deyir,
Aləmə hay-həşir salacam deyir,
Özüm də müxalif qalacam deyir,
Ancaq bu, Pənahın işi deyildi,
Problem batacaq dişi deyildi,
Yalançı, öz payı, kişi deyildi.

Pənah Hüseynov:

Akif Nağının öz umacağı var,
Onun ürəyinin piyli yağı var,
"QAT"-ında çox qatı zəhər-ağı var,
O adam yüzündən beşi deyildi.

Akif Nağı:

"QAT" Akif Nağıyla mətin məqamda,
Pənahdan öndəyik bütün məqamda,
Bu adam gizləndi çətin məqamda,
Tutulan özüydü, nəşi deyildi.

Pənah Hüseynov:

"QAT" daim yerində qaxılıb qalan,
Bizik aralıqda sıxılıb qalan,
Piketdə küçədə yıxılıb qalan,
Akif Nağı idi, leşi deyildi.

Akif Nağı:

Yaxşı qurulmayıb AXP toru,
Çatlasın AXP sədrinin goru,
Enerji buraxmır generatoru,
Pənah radikalın nəşqi deyildi.

Pənah Hüseynov:

Xırıltılı səsi qəlbə xal salır,
Onun səs-küyündən atlar nal salır,
Piketdə həmişə qalmaqal salır,
Demədim, "QAT" sədri vəhşi deyildi.
Akif Nağı:

Tezcə qoltuqlayıb öz fərəsini,
Tapmalı başının tez çarəsini,
Burda otarmasın mal-qarasını,
Pənahın girdiyi püşü deyildi.

Akif Hüseynov:

Məni sakit görüb həvəs alıbdı,
Özünə oyuncaq qəfəs alıbdı,
O, daim yalanla nəfəs alıbdı,
Dediyinin yüzdə üçü deyildi.

Akif Nağı:

Qaçanda o, agah qaça bilmədi,
Onunla bir günah qaça bilərdi,
Gizli yalnız Pənah qaça bilərdi,
Axı bu qaraçı köçü deyildi.

Pənah Hüseynov:

Düz demir Akifin gözləri isə,
İtirir silinməz izləri isə,
Vətən, döyüşkənlik sözləri isə,
Onun zahiridi, içi deyildi.

Akif Nağı:

Pənah axtarmaqda möhkəm dayaqlar,
Mən də bu fikrimi dedim bayaqlar,
Yorğandan bayıra çıxan ayaqlar,
Bizimdi, Pənahın qıçı deyildi.

Pənah Hüseynov:

Uğuru adına çıxmaqda yaman,
Səy işlər alınar axmaqda yaman,
Akif Nağı əl-qol atmaqda yaman,
Bu, qatı xəstəlik uşu deyildi.

Akif Nağı:

Susqun, yaxud dilli qanad çalsa da,
Otuz beş, ya əlli qanad çalsa da,
Nahaqdan o, milli qanad çalsa da,
Pənahdı, bu yerin quşu deyildi.

Pənah Hüseynov:

Yaman xəstələnib, sağalaydı kaş,
Haradan atıldı o naqafil daş?
Xeyli zədələnib tapılan o qaş,
Bu, Akif Nağının qaşı deyildi.

Akif Nağı:

Başın ətrafında daş tapmışdılar,
O başı quru yox, yaş tapmışdılar,
Binə yolu üstə baş tapmışdılar,
Bu, Pənahın yekə başı deyildi.

Pənah Hüseynov:

Ətrafa yayılan kəsif iy idi,
Kərə yağı azdı, teyxa piy idi,
Budəfəki plov xeyli çiy idi,
Bu, Akif Nağının aşı deyildi.
Akif Nağı:

Yumaq istəmirəm babal, tutdular,
Aeroport yolunda bihal tutdular,
Elə ləng qaçırdı dərhal tutdular,
Pənahın heç qaçmaq yaşı deyildi.

Pənah Hüseynov:

Bir az güc vuranda partladı qaşı,
Bunun arxasınca yarıldı başı,
Qaldıra bilmədi Akif o daşı,
Baxma ki, dəyirman daşı deyildi.

Akif Nağı:

Özünü birinci nazir qayırdı,
Yalandan özünü dahi sayırdı,
O, nəhəng proqram hazırlayırdı,
Guya ki, əzəldən naşı deyildi.

Pənah Hüseynov:

Sərxoşdu, yerində güclə dursa da,
Bəzən sərsəmləyib, tez qudursa da,
Yarım litrdən çox araq vursa da,
Yediyi buğanın xaşı deyildi.

Akif Nağı:

Pis bir naxış vurur hördüyü şeyə,
İstər malik olsun hürdüyü şeyə,
Pənah çox tüpürdü gördüyü şeyə,
Ancaq o, erməni xaçı deyildi.

Pənah Hüseynov:

Bossları görəndə sikkə qışqırır,
Şəriəti bilmir, şəkkə qışqırır,
Ağzı açılanda Məkkə qışqırır,
Ancaq Akif Nağı hacı deyildi.

Digər xəbərlər