PDF Oxu

Köşə

  • 10

Müsavat və "Azadlıq" seçkilərə ayrı-ayrılıqda gedəcək

Müsavat və "Azadlıq" seçkilərə ayrı-ayrılıqda gedəcək

Arif Hacıyev:

"Ümid" siyasətdən gedib yox olar,
Seçkilər payızda bizi yaxalar,
İfrat ürəkləri tül tək yuxalar,
İsa güclülərlə təndə gedəcək,
"Cırtdan" radikallar tində gedəcək,
Müsavat hamıdan öndə gedəcək.

Əli Əliyev:

Tamarzılar köpüb çox şişə bilər,
Pənahlar çəməni sıx meşə bilər,
İfratlar blokda birləşə bilər,
Qalanlar şəhərdən kəndə gedəcək.

Arif Hacıyev:

Siyasi səhnədə barbar, yamyasan,
Lalədən, Əlidən çox-çox avamsan,
Səndən heç nə çıxmaz, vecsiz adamsan,
O dəyərsiz "VİP"-in bəndə gedəcək.

Əli Əliyev:

Səndən çox qəribə sözlər yayılır,
Üzünü görənlər qorxub bayılır,
Bəlkə başqan səndən əskik sayılır?
Yoxsa Arif əsas bəndə gedəçək?

Arif Hacıyev:

Müsavat fəaldı, heç ölü deyil,
Mən, Vurğun, Qabil də heç dəli deyil,
Başqanın da gözü kölgəli deyil,
İşimiz çox müsbət yöndə gedəcək.

Əli Əliyev:

Bloklar atılıb qalıb bucaqda,
Liderlərin əli qızır ocaqda,
Lalələr, İsalar oturacaqda,
Qabillər, Vurğunlar şində gedəcək.
Arif Hacıyev:

"VİP"-dən həlim quzu çıxmayacaqdı,
Masazır duzu da çıxmayacaqdı,
Səndən qənd tozu da çıxmayacaqdı,
"VİP"-iplə blokun qəndə gedəcək.

Əli Əliyev:

"DUİ" öz yerində qaxılacaqdı,
ADP durmadan yıxılacaqdı,
Yarımçıq qurumlar dağılacaqdı,
İsa qəzəbində, kində gedəcək.

Arif Hacıyev:

"Yurd" Əli kədərə, qəmə qərq olar,
Laləni, Əvəzi azar, dərd alar,
Sizin blokunuz bozumtul qalar,
İsa bəy hirslənib tündə gedəcək.

Əli Əliyev:

Arif bizə hələ çox şər deyəcək,
Biz sağlam olsaq da, o, çər deyəcək,
"VİP"-in üzvləri məxmər geyəcək,
İsa Müsavatla göndə gedəcək.

Arif Hacıyev:

Yeridiyin yollar toz-qumdu sənin,
Çıtladığın acı bir tumdu sənin,
"VİP"-in həddən əksik qurumdu sənin,
Lüzumsuz siyasət gendə gedəcək.
Əli Əliyev:

Müsavat, inanma, saf nur qazanar,
Qazansa uğuru lap gur qazanar,
"Azadlıq" tək getsə uğur qazanar,
İsanın cəhdləri fəndə gedəcək.

Arif Hacıyev:

Bosslar çox verərdi əgər tez yesən,
Çox dala qalmısan reytinqinlə sən,
Sən özün blokun kölgəsindəsən,
Qurumun şeytanda, cində gedəcək.

Əli Əliyev:

Məhəl qoyan da yox boz təzyiqinə,
Təzyiqi bənzərdi qoz təzyiqinə,
İsa çox güvənir boss təzyiqinə
O, Üsamə Laden bində gedəcək.

Arif Hacıyev:

"Azadlıq" bloku altında bir yun,
Yoxdu dəyirmanın, ancaq üstün un,
Olmamış bəyanat vermək hüququn,
Onlar Qərb yönümlü XİN-də gedəcək.

Əli Əliyev:

Blokun işinə sən gəl qoyma mız,
Gələcək yaşayış layihəni cız,
Hamınız kölgədə qalacaqsınız,
Müsavat başqanı gündə gedəcək.
Arif Hacıyev:

İsa Avropada bostan, bağ salıb,
Bundan ürəyiniz qübar, dağ salıb,
"Azadlıq" daxmada qərargah salıb,
Sənin "VİP"-in isə hində gedəcək.

Əli Əliyev:

Lalə "MBH"-də dəst gül bağlayır,
Vurğun İsa üçün vergül yağlayır,
"Azadlıq" bosslara könül bağlayır,
İsanın abırı Çində gedəcək.

Arif hacıyev:

A yazıq, tələsik "VİP"-indən əl çək,
Bir azdan oradan uçmaz bir milçək,
"Azadlıq" təpəsi düzənlənəcək,
Üstündən tələsik rəndə gedəcək.

Əli Əliyev:

Elə ki, meydanda zil bəmə gəldi,
Ariflər, Vurğunlar tez dəmə gəldi,
İsa içki ilə gündəmə gəldi,
İndi hacı kimi dində gedəçək.

Arif Hacıyev:

İsa fəth etdi çox qalaçaları,
Ötdük sizin kimi alaşaları,
Sönəcək "Azadlıq" talaşaları,
Təndirin dibinə kündə gedəcək.

Əli Əliyev:

Lalə bir əjdaha, Müsavat böcək,
İsa meydanlarda qalacaqdı tək,
İsa yüz sürəti götürməyəcək,
"Azadlıq" Əliylə mində gedəcək.

Digər xəbərlər