PDF Oxu

Köşə

  • 11

İqbal Ağazadə "Ümid"dən gedir

İqbal Ağazadə "Ümid"dən gedir

İqbal Ağazadə:

Düzəlib özümçün bir radikal büt,
Payızda seçkiyə edirdim ümid,
Bunu doğruldurdu partiyam "Ümid",
Sonradan gördüm ki, ifratlar paxıl,
Həm də bomboş imiş başdakı daxıl,
Ciblərə axırmış bütün mədaxil.

Arif Hacıyev:

İqbal sindromunu biz eləmişik,
Özü də, deyəsən, tez eləmişik,
Həqiqət odur ki, düz eləmişik,
Onun reytinqidi cəhalət, cəhl.

İqbal Ağazadə:

"Ümid"i tərk etmək mənə ar deyil,
İfrat liderlər kor, amma kar deyil,
Bu gün radikallar məhsuldar deyil,
Azdır anbarında ifratın taxıl.

Arif Hacıyev:

"Cırtdan" "Ümid"inlə nahaq səy hara?
Sonun uğursuzluq istər dəy hara,
Ay İqbal, sən hara, İsa bəy hara?
Ağıl öyrədərdin, yerində qaxıl.

İqbal Ağazadə:

Yapış ikiəlli başqan dostundan,
İanə də istə qərbli bossundan,
Mən özüm gedirəm sədr postundan,
İsadan bir qədər əvvəl sən yıxıl.

Arif Hacıyev:

Ətrafında olan Hadı-Bıdılar,
Buraxdı adına dedi-qodular,
Radikallar sənə inanmadılar,
Tapdığın o isti yerlərə soxul.
İqbal Ağazadə:

Yazı ötürüb vaxt yaya oturur,
Müsavat azıbdı zaya oturur,
Artıq sizin gəmi saya oturur,
Sizi də etmişəm süquta daxil.

Arif Hacıyev:

Sənin azğınlığın başa dirənib,
Boğazda yediyin kaşa dirənib,
Bir sənin "Ümid"in daşa dirənib,
Çirkaba batmayıb radikal sahil.

İqbal Ağazadə:

Cəmiyyət danışır ifrat qatından,
Düşübdü Müsavat böhran atından,
Mən danışmaqdaykən failatundan,
Başqan, deməkdədi failün fail.

Arif Hacıyev:

Çox ifrat birliyə artıq cəhd edib,
İsanı ABŞ-da bosslar mədh edib,
Müsavat radikal zirvə fəth edib,
Sən isə kor-şilsən, həm də ki, sail.

İqbal Ağazadə:

Qərbdən gələnləri çapıb-sökənsiz,
Bossların önündə tez diz çökənsiz,
Hamınız yalançı zəhlətökənsiz,
Guya mən olmuşdum sizlərə mail.
Arif Hacıyev:

Ay İqbal, avara-səfil qalmısan,
"Ümid"də başına sən kül qalmısan,
Sən öz "Ümid"inlə cahil qalmısan,
İsa müdrikləşib, Müsavat ahıl.

İqbal Ağazadə:

Yedim bişinizi-düşünüzü mən,
Dabbaqda tanıdım leşinizi mən,
Görmüşəm hər axmaq işinizi mən,
Görmədim sizlərdə məntiqi ağıl.

Arif Hacıyev:

Çirkə zir-zibilə bata-bata sən,
Cavab verməmisən tələbata sən,
Tay etdin "Ümid"i Müsavata sən,
Burda başımıza açmısan nağıl.

İqbal Ağazadə:

Çox radikal bəyi sınağa çəkdim,
Əlini, İsanı qınağa çəkdim,
İllərlə sizləri qabağa çəkdim,
Təklif eşitmədim sizdən mən mağıl.

Arif Hacıyev:

O qədər şişdin ki, düyünə qaldın,
Sədrinlə öyünə-öyünə qaldın,
İqbal səni atdı, nə günə qaldın?
"Ümid", ümidsiz ol, bir anda dağıl.
İqbal Ağazadə:

İsaya baxanda yaşın aşağı,
Öz "crtdan" dəyirman daşın aşağı,
Başqanın önündə başın aşağı,
İsaya baş əyməz millətçi oğul.

Arif Hacıyev:

20 il əməlin yara gətirib,
Gözünün altına fara gətirib,
İqbalsan, iqbalın qara gətirib,
Səni "Ümid"inə qısılıb boğul.

İqbal Ağazadə:

Özünün müstəqil bir şərqin yoxdu,
Müsavatdan kənar heç sərgin yoxdu,
Sənin də onlardan bir fərqin yoxdu,
Lalələr, Əlilər, İsalar çuğul.

Arif Hacıyev:

İpəyi heç zaman adi çit etmə,
İfrat qurumları həm "Ümid" etmə,
Bundan artığına sən ümid etmə,
Bizə bəzənməkçün yenidən doğul.

İqbal Ağazadə:

Başqanınla pəsdən gəlir səsiniz,
Uzağa getməyi bacarmazsız siz,
Siyasi meydanda tükənmisiniz,
Sən də başqanın tək sonadək sağıl.

Arif Hacıyev:

Səni bu günündə ifratlar yenib,
Səndən bossların da sifəti dönüb,
İndi hamı bilir "Ümid"in sönüb,
Tənha bir guşəyə çəkil və sıxıl.

Digər xəbərlər