PDF Oxu

Köşə

  • 29

Obamanın “müsəlman əməliyyatı"

Obamanın “müsəlman əməliyyatı"
Bu yazını ona görə yazıram ki, son günlər Amerika deyilən dövlətin rəhbəri əməlli-başlı əllərini çırmayıb bizə "ilişməyə" başlayıb. Uşaqlıqda yadıma gəlir ki, kənd-kəsək yerində birini evləndirəndə, yaxud bir adamla bağlı ciddi nə isə ortaya çıxanda ilk əvvəl soruşurdular ki, görəsən, kimlərdəndir, hansı nəsil-nəcabətdəndir. Artıq nə köhnə kişilər qalıb, nə də həmin adətlər. Hər şey dəyişib. İndi internetlə tanış olub ailə qururlar. Daha nəsil-nəcabət bir çoxlarını maraqlandırmır. Sanki dünyanın axırı yetişib artıq.
Sözümün canı var. Bu, Barak Obama da, ABŞ prezidenti seçiləndə, əvvəlcə bunun ata-babasını, soy kökünü araşdırmağa girişdilər. Amma sonra məlum oldu ki, paho, sən demə, bunun heç atasının kim olduğu da məlum deyil. Sadəcə, keniyalı müsəlman imiş. Bu naməlum yetim, indi də bir bəla olub, keçib boğazımıza. Neçə müddətdir ki, bizim başımızın üstünü bir Obama bəlası alıb desəm, Corc Vaşinqtonun məzarına and olsun, yalan danışmaram. Mənim birinci gündən bu Obamadan heç xoşum gəlmirdi. Çünki bu adam elə prezident seçkiləri ərəfəsində, keçirdiyi seçki kampaniyasında özünü elə şəkildə müsəlman cəfakeşi kimi göstərdi ki, az qala, bütün dünya müsəlmanları dəsmal götürüb ağlayacaqdılar. Ona görə, sevincdən ağlayacaqdılar ki, nəhayət, neçə illərdir müsəlmanları qanına qəltan edən Ağ Evdə bir müsəlman cəfakeşi də peyda oldu. Müsəlmanlar elə zənn edirdilər, bu B.Obama daha qoymaz ki, amerikanlar dünyada müsəlmanlara "ilişsinlər". Hətta Orucluq bayramında bu qarabala Ağ Evdə müsəlmanlar üçün bir iftar süfrəsi də açmışdı. Hətta həmin sadəlövh müsəlmanlardan biri kimi mən də bir köşə yazımda "Obama, nəhayət ki, Corc Vaşinqtondan bəri ta ata və oğul Corc Buşlara qədər müsəlmanlara olan düşmənçiliyin qarşısını ala bilmək üçün çapalayacaq"-deyə yazmışdım. Sən demə, bu Obama, məni də aldadıbmış.
Amma ən dəhşətli məqam onun hansı yollarla Ağ Evə "ayaq açmasıdır". Bu yetim "müsəlmanın" neçə illərdən sonra gəlib dünyanı idarə edən Ağ Evin bağçasında peyda olması doğrudan-doğruya böyük bir MÜƏMMADIR. "O olmasın, bu olsun" filmindəki fraqmentdə deyildiyi kimi, bu Obamanı nəyinə görə, ABŞ-ın başına gətirdilər ki? Bəlkə güclü istedadına görə,-qətiyyən. Bəlkə "simpatiçni"-filandır, qeyd etdim ki, lap qarabalanın biridir. Bəlkə yüksək aristokratdır?!-yox əşşi! Əsil Keniya mədəniyyətidir ki, durub. Sonrası da ki, guya amerikalılara aristokrat-filan lazımdır?,-qətiyyən!
Bəs nəyə görə? Əziz oxucular, bu məqama xüsusilə, diqqət edin, bu çox həssas məqamdır. Bəlkə müsəlman genli birisini Ağ Evə baş icraçı gətirib iyirmi birinci əsrdə müsəlmanları məhz BUNUN ƏLİ İLƏ ÇÖKDÜRMƏK İSTƏYİRLƏR? "Əhməd haradadır" filmində deyildiyi kimi, "çox şübhəli və qaranlıq məsələlərdir".
Obama Türkiyədən, dolayısı ilə də Azərbaycandan nə istəyir? Yəqin bu "demokratiya məbədinin" qarabala kralı, Xocalıda diri-diri kəsilən körpə başlarını, diri ikən dəmir boruların içinə gömülüb yandırılan azərbaycanlıların, uşaqlarının və ərlərinin gözləri qarşısında faşist işgəncələrə məruz qalan azərbaycanlı qadınların genosidini ermənilərə "peşkeş" edir? Belə görünür ki, bunun əsas hədəfi Türkiyə və Azərbaycandır. Əvvəlcə Hillari Klintonun başına çarşab salıb İstanbul məscidlərini gəzdi, sonra da bu əzəmətli və demokratik müsəlman dünyasının "torbasını" tikməyə başladı. Bu adam deyir ki, Azərbaycan sənin nəyinə lazımdır? Gəl, sən erməni ilə sərhədlərini aç, ac-yalavac ermənilərə ağ gün ver, Osmanlı imperatorlarının və Mustafa Kamal Atatürkün vəsiyyətlərini cır at, özün də ol bizim əlimizdə oyuncaq bir ölkə. Bərəkallah, sənin "fərasətinə" qarabala!
İki yüz ildən çox tarixi olan bir Amerikanın heç bir prezidenti bu ideyanı irəli sürməmişdi. İndi bu qarabala Türkiyəni çökdürməyə girişib. Bunu o demir e, onu Ağ Evə gətirənlər əməli işdə sübut edirlər. Əsil "balta-sap" məsələsidir. Belə çıxır ki, Türkiyəni "sındırmaq" üçün "erməni oyunu" işə düşüb. Bu oyunun içində kimlər var, kimlər hansı rollara "çəkilib", bax, bu, hələ çox qaranlıq məsələdir. Gözləmədiyimiz istənilən kəslər və dövlətlər bu oyunun aktyorları ola bilər. Bu tarixdə belə də qalacaq: "Obamanın "müsəlman əməliyyatı".

Digər xəbərlər