Əvəz Temirxan:
Kütləvi etiraz damarda, qanda,
İsa, Əli, Lalə azman bir banda,
Mitinqlər uğurla başa çatanda,
Edib rəqibini rəzil, zəlil, xar,
Tapıb özü üçün bir meyxana, bar,
Müxalifət böyük birlik yaradar.
Nurəddin Məmmədli:
İfrat basıb qaza enlənməkdədi,
Lalə qoyub naza enlənməkdədi,
Müxalif darvaza enlənməkdədi,
Rəqibin meydanı xeyli daram, dar.
Əvəz Temirxan:
İsa da, Əli də düha qalıblar,
Siyasi meydana baha qalıblar,
Rəqiblər meydanda tənha qalıblar,
Biz içi meyvəli yumruq boyda nar.
Nurəddin Məmmədli:
Bizlər dost axtardıq Çində, Maçində,
Çoxları tarlada qaldı biçində,
Rəqib opponentlər qüsur içində,
Müsbətə meyilli o da, bu da var.
Əvəz Temirxan:
Biz bütövləşəndə radikal dağıq,
Bossa qul olarıq nə qədər sağıq,
Bizlər böyük birlik yaradacağıq,
Bizim toyuqlarda çox möhkəmdi tar.
Nurəddin Məmmədli:
Əliyə, İsaya atar fal məclis,
lDUİ"-yə yol açar ancaq dal məclis,
Coşub-daşacaqdı radikal məclis,
Burda kamança bol, vardır qaval, tar.
Əvəz Temirxan:
lDUİ"-yə, lATA"-ya heyranlar gələr,
İfrat lMBH"-yə seyranlar dilər,
Rəqib tarlasında ceyranlar mələr,
Radikal tarlada anakonda, mar.
Nurəddin Məmmədli:
Müsavat meydana qəfil ban atar,
Blok var ağızda şərəf-şan atar,
lAzadlıq" mitinqə doğru can atar,
Bəzi ifratların qulaqları kar.
Əvəz Temirxan:
Bizim yolumuzu tutar tablılar,
İfrat reytinq ilə dolar tablolar,
lMBH" şişəndə drijabl olar,
Mirmahmudla İsa bir qovucuq, şar.
Nurəddin Məmmədli:
Mitinqdə bizlərdən sal qaya qalxar,
O qədər yüksələr lap aya qalxar,
Bizim hava şarı səmaya qalxar,
Ona dəstək verər radikal buxar.
Əvəz Temirxan:
Rəqib atmaqdadı üstümüzə çirk,
Bizdə demokratlıq, bizdədi dirlik,
Yaranar bizlərdə radikal birlik,
Onu uzaqlara itələyər par.
Nurəddin Məmmədli:
Qoy heç bir ifrat da etməsin həzər,
Salsın tez bizlərə gözaltı nəzər,
Radikal birliyi leysanlar bəzər,
Rəqiblər üstünə yağar narın qar.
Əvəz Temirxan:
Bizlər yer vermərik heç zaman loxa,
Açdıq geniş qucaq həmişə toxa,
Kimlər ki, girməsə böyük bloka,
Yer-yerdən söyləyək olsun ona ar.
Nurəddin Məmmədli:
İfrat patronlara giliz deyilir,
Təkrar səhnələrdə lbis, bis" deyilir,
Uğursuz kəslərə naqis deyilir,
Uğur qazananlar bir şahənşah, çar.
Əvəz Temirxan:
Görsəniz nazlandı, şelləndi qurum,
Bilin, qəmi atıb şənləndi qurum,
Elə ki, böyüyüb enləndi qurum,
İfrat səhnələrə nur gətirər far.
Nurəddin Məmmədli:
Kimlər lAzadlığ"ı ulu tutmasa,
Yaxud boss verdiyi pulu tutmasa,
Kim bizi bəyənmək yolu tutmasa,
O dönük qurumlar olacaqdı xar.
Əvəz Temirxan:
Fəlakət olacaq ifrat sürüşsə,
Biz də büzüşərik, qurum büzüşsə,
Bu qurum azman bir görkəmə düşsə,
O zaman sevinib çəkəcəyik car.
Nurəddin Məmmədli:
Bircə tapşırıq var hər ifrat bəyə,
Hər biri gözünü zilləsin göyə,
Elə ki, biz çatdıq zirvə nöqtəyə,
Vallah, başımızdan şimşəklər çaxar.
Əvəz Temirxan:
Qoy bizə qoşulsun ifrat qutanlar,
Qrantı bosslarla birgə udanlar,
Bizə şəbeh qoşub, qüsur tutanlar,
Bossun qrantını alaçiy tıxar.
Nurəddin Məmmədli:
Bizdən uzaq gəzsin evlər yıxanlar,
Yadın çörəyini yadla tıxanlar,
Əliyə, Laləyə dönük çıxanlar,
Qrantı bossun da başına qaxar.
Əvəz Temirxan:
Bizlərə bilmərrə deyildi ayıb,
O kəs şöhrətimi ellərə yayıb,
Ucuz şorbamızı bahalı sayıb,
Həmişə blokda eyləsə nahar.
Nurəddin Məmmədli:
Bizi bu cür nəfsdən qorusun Allah,
Qarşısını almaq çətindi, vallah,
Kükrəyib qalxarsa radikal tamah,
İfrat blokları, kökündən yıxar.