PDF Oxu

Köşə

  • 18

"DUİ" və Müsavat birgə mitinq keçirəcək

"DUİ" və Müsavat birgə mitinq keçirəcək

Mirmahmud Fəttayev:

Saziş imzalayıb "DUİ"-Müsavat,
Mitinq keçirəyin göstərib blat,
Aksiyaya gələn olmasa, heyhat,
O zaman qışqırıb şüvən salarıq,
Bossun ayağına düşüb yalarıq,
Kütləyə söykənib qalib olarıq.

İsa Qəmbərov:

Qoşulmaq istəmir bizə düz adam,
Min yerdən qoymaqda bizə göz adam,
Əgər yığa bilsək iki yüz adam,
Biz göyə atdanıb, zəfər çalarıq.

Mirmahmud Fəttayev:

Zaman bizə acı zəhər içirib,
Kütlə də bu yandan qəhər içirib,
24 apreldə mitinq keçirib,
Göz yaşı içində fikrə dalarıq.

İsa Qəmbərov:

Olubdu bizimçün ağır, sirr piket,
Demədim keçirək aslan, şir piket,
Keçirə bilsəydik kiçik bir piket,
Bossdan bir-iki min qrant alarıq.

Mirmahmud Fəttayev:

Biri-birimizi eyləyirik pərt,
Aşır başımızdan min bəla, min dərd,
Bizə yüz yaxşılıq eləsə bir fərd,
Bir dəfə etməsə, onu dalarıq.

İsa Qəmbərov:

Boss verən qrantı tıxsa bilməsək,
Ən yüksək zirvəyə çıxa bilməsək,
Piketə qırx adam yığa bilməsək,
Qrant yardımından gendə qalarıq.
Mirmahmud Fəttayev:

Edərik avro, rubl, param qrantı,
Buraxmarıq əldən qram qrantı,
Nuş edib boss verən haram qrantı,
Sonra əlli rükət namaz qılarıq.

İsa Qəmbərov:

Dərinə gedərik kollar buraxsa,
Təmiz su içərik Şollar buraxsa,
Xarici təşkilat dollar buraxsa,
Bosslar qarşısında quyruq bularıq.

Mirmahmud Fəttayev:

Qış getdi, biz yaza qane olmasaq,
Alınan qapaza qane olmasaq,
Əgər bizlər aza qane olmasaq,
Çox yesək, meydanı qusub bularıq.

İsa Qəmbərov:

Biz məhrum edildik taz köməyindən,
Yapışaq dördəlli paz köməyindən,
Əgər məhrum olsaq boss köməyindən,
Meydanda dad döyüb, qurd tək ularıq.

Mirmahmud Fəttayev:

Öllük, dalğalanıb tez yatsa mitinq,
Xəcil olluq, seli qurtarsa mitinq,
Bir böyük meydanda baş tutsa mitinq,
Bazarı, vağzalı çapıb-talarıq.
İsa Qəmbərov:

Küsərdim, Primorsk sement atmasa,
Mən ona atardım, o ment atmasa,
Boss da papağıma on sent atmasa,
O vaxt boş-bekara nəsə çalarıq.

Mirmahmud Fəttayev:

Dayaq tapılmazdı, suxur olmasa,
Hara yıxılarıq, çuxur olmasa?
İşdir, piketdə də uğur olmasa,
Saç-saqqal ağarıb, tiftik yolarıq.

İsa Qəmbərov:

Yalan söylədilər Herkel, Qrosslar,
Boş-boş danışmaqdan dikəldi noslar,
Bir yandan pul versə bizə bu bosslar,
Boş cibişdan kimi, daşıb dolarıq.

Mirmahmud Fəttayev:

Radikal yan-yörə, tabaq tıxansa,
Başımız üstündə qapaq tıxansa,
Pul gələn boruya papaq tıxansa,
Bizlər pulsuzluqdan tezcə solardıq.

İsa Qəmbərov:

Ələ alsa idik ellərimizi,
Qrant açsa idi dillərimizi,
Boss qızdırsa əgər əllərimizi,
Bədxaha sataşıb, onu dolarıq.
Mirmahmud Fəttayev:

İfrat ənənələr qurumsa, hissə,
Əgər daş-qaşımız qızıl yox, missə,
Notumuz, tablomuz, vəznimiz pissə,
Biz hanı ahəngə, rəngə çalarıq?

İsa Qəmbərov:

Bişkekdə Kurmanbek "vurum öl" dedi,
Yuşşenko Kiyevdə başa kül dedi,
Biz "narıncı", gürcü "qızılgül" dedi,
Onlar alma, heyva, biz alçalarıq.

Mirmahmud Fəttayev:

"DUİ" və Müsavat -qoşa vurmasaq,
Rəqib nəzərini daşa vurmasaq,
Bircə mitinqi də başa vurmasaq,
Biz yoxuşa enib tez alçalarıq.

İsa Qəmbərov:

Lexi məhv eyləyən pilot-sürücüsə,
Putin rus, Mixail əgər gürcüsə,
"DUİ"-də çoxu Qoç, Pələng bürcüsə,
Bizlər qulpugödək mis Dolçalarıq.

Mirmahmud Fəttayev:

Aparaq, Qərb bizə şələ verirsə,
Aldanmayaq kütlə yelə verirsə,
Əgər bosslar pulu ələ verirsə,
Bizlər əlsiz-qolsuz cüt qılçalarıq.

İsa Qəmbərov:

Qoy bizi az fikrə daldırsın xaric,
Bizim qradusu qaldırsın xaric,
Təki cibişdanı doldursun xaric,
Bossun ömürünə ömür calarıq.

Digər xəbərlər