PDF Oxu

Köşə

  • 17

Fərəc Quliyevin "Milli Düşüncə" Mərkəzinə kimlər gedəcək?

Fərəc Quliyevin "Milli Düşüncə" Mərkəzinə kimlər gedəcək?

Fərəc Quliyev:

Sərdar, İlyas, bir də "Yurd" Əli, İsa,
Vaxt gələr bənzərlər müdhiş kabusa,
Çoxları yolunu eyləyib qısa,
Mənalı-mənalı baxışacaqlar,
"Milli Düşüncəyə" axışacaqlar,
Hər bir Fərəci öpüb-qucaqlar.

İlyas İsmayılov:

İndi hara getsək, taksi olardı,
Şirə qəbul etsək, saxsı olardı,
"SİDSUH"-a qayıtsaq, yaxşı olardı,
Dolub xırda bloklarla bucaqlar.

Fərəc Quliyev:

"Yurd" Əli Lalədən bezib darıxar,
Sərdar, İlyas, İsa orbitdən çıxar,
"Dördlər"dən onlara funksioner axar,
"Milli Düşüncə"də artar saçaqlar.

İlyas İsmayılov:

Elə qurumlarda biş-düş eyləyək,
Bosslarla Londonda görüş eyləyək,
Deyirəm, "SİDSUH"-a dönüş eyləyək,
Nə qədər düşməmiş işə bıçaqlar.

Fərəc Quliyev:

Əvəz pulsuzlaşıb, sağılıb gedib,
Lalə "MBH"-də boğulub gedib,
Desək ki, "Azadlıq" dağılıb gedib,
"Yurd" Əli, "VİP" Əli bizi bıçaqlar.

İlyas İsmayılov:

Demədim, zirvədən enmək istərəm,
Yerli, yaxud yersiz dinmək istərəm,
İsrarla "SİDSUH"-a dönmək istərəm,
Nə qədər boğmayıb bizi sıcaqlar.

Fərəc Quliyev:

İsadan, Əlidən kənar birləşin,
Dalda dodaq büzüb, həm də sirləşin,
Mərkəzdə bir qədər sıx-sıx yerləşin,
Nə qədər sınmamış qablar-qacaqlar.

İlyas İsmayılov:

Yeni bloklardan dolanaq uzaq,
Demədim yol azıb, yolları azaq,
Köhnə qurumlara açağın qucaq,
Nə qədər çırtaçırt yanmır ocaqlar.

Fərəc Quliyev:

Çevirin tərsinə qaynar qazanı,
Görərdim burada yolu azanı,
Tərk edin Sərdarı, Əli, İsanı,
Mənim mərkəzimə gəlin, qoçaqlar.

İlyas İsmayılov:

Qoy gözləyən kəslər bəklənsin bir az,
Köhnə bloklarsa çirklənsin bir az,
Əvvəl "SİDSUH" üstə köklənsin bir az,
Sonra Fərəc yolu tutsun qaçaqlar.

Fərəc Quliyev:

Ay İsa, ay Əli, yumsun, əbədi,
"Milli Düşüncə"dən umsun əbədi,
"SİDSUH" səmasına cumsun əbədi,
Səmtini bu yana salsın uçaqlar.

İlyas İsmayılov:

Qoy şövqlə dolaraq-boşalsın camlar,
Sıxlaşsın yanımda bəylər, madamlar,
"SİDSUH" səmtə getsin ruhən sağlamlar,
Fərəc Quliyevi gəzsin naçaqlar.

Fərəc Quliyev:

Dolsun günü-gündən həvəsin içi,
Heç vaxt təngiməsin nəfəsin içi,
O qədər dolsun ki, mərkəzin içi,
Dolsun funksionerlə bayır-bucaqlar.

İlyas İsmayılov:

Sərdar da, İsa da gəzsinlər ruh tək,
"Yurd" Əli qoy itsin kiçik şrup tək,
Bosslar bu mərkəzi seçin "SİDSUD" tək,
Tez təmin olunsun hər umacaqlar.

Fərəc Quliyev:

Köhnələr divardan o yana qalsın,
"Azadlıq" bloku təmiz sağılsın,
ADP, Müsavat, Cəbhə dağılsın,
Gəlsin bu məkana hər damacaqlar.

İlyas İsmayılov:

Çəksinlər əl, çayı qurutmasalar,
Bir iş görməsinlər yarıtmasalar,
Kimlər yeni "SİDSUH" yaratmasalar,
Çubuqla döyülsün yumşaq yançaqlar.

Fərəc Quliyev:

Keçib "Azadlığ"ı kim gəlsə kəsə,
Qadağa qoymuruq, düzü,
heç kəsə,
Kimlər çox gələrsə bizim mərkəzə,
Asarıq boynundan sədəf
muncuqlar.

İlyas İsmayılov:

Fərəcə çoxları pəl hörər, düzü,
Bəzən də gen durub, çox hürər, düzü,
Yeni "SİDSUH" çoxlu iş görər, düzü,
Fərəc mərkəzində çıtlar tumcuqlar.

Fərəc Quliyev:

"Yurd" Əli qorxuzar pis qorxu ilə,
Lalə də bossunun ən toxu ilə,
İlyas öz dediyi "SİDSUH"-u ilə,
İsa neştərilə bizi sancaqlar.

İlyas İsmayılov:

Əlini, İsanı yıxsa bar yıxar,
Təzə blokları havadar yıxar,
Fərəcin evini "SİDSUH"-lar yıxar,
Bizim evimizi sonsuz ancaqlar.

Fərəc Quliyev:

İsa Müsavatı qəmişə hörər,
Lalə də papışı Məmişə hörər,
"Azadlıq" bu işi həmişə görər,
İlyas "SİDSUH" deyib, sonda soncuqlar.

İlyas İsmayılov:

O, sözdə İsaya birgə, tən gedir,
"Milli Düşüncə"dən duman, çən gedir,
Fərəc mərkəz deyib yüksəkdən gedir,
Onu yenəcəkdir iflas, soncuqlar.

Digər xəbərlər