PDF Oxu

Köşə

  • 16

"VİP" "Azadlıq"dan çıxıb AMİP-ə meyillənir

"VİP" "Azadlıq"dan çıxıb AMİP-ə meyillənir
Əli Əliyev:

"Azadlıq" adlanan təbim dağılır,
Onunla birlikdə "VİP"-im dağılır,
"VİP"-im dağılırsa, cibim dağılır,
Mənim bu günümdə olma, qəlbi dar,
Əlbəttə, məndə də çoxlu günah var,
Sənin qəlbin geniş, əfv et, Etibar.

Etibar Məmmədov:

Mən dedim "Azadlıq" dağılacaqdır,
Lalə də, Əli də yıxılacaqdır,
Müsavat yerində qaxılacaqdır,
AMİP-in əlinə keçəcək avar.

Əli Əliyev:

AMİP-çün olmuşam həşarat, böcək,
Etibarla yüz-yüz istərəm içək,
Düşündüm bu blok möhkəmlənəcək,
Nədənsə olmadı tale mənə yar.

Etibar Məmmədov:

Sən getdin AMİP-dən bir yağlı kimi,
Düşdün ayaqlara bir toğlu kimi,
Mənə zərbə vurdun xaloğlu kimi,
Özünü blokda etdin əskik, xar.

Əli Əliyev:

Lalə vurub məni atdı sərinə,
Getdikcə blokda daha dərinə,
İsinmək istədim istilərinə,
"Azadlıq" üstümə səpdi boran, qar.

Etibar Məmmədov:

Sənin bir "VİP" yüklü ağrı-acın var,
Nə bir adın-sanın, başda tacın var,
Pişik tək sığala ehtiyacın var,
Əli, Lalə səndən gözəlmiş tumar.
Əli Əliyev:

"Yurd" Əli blokda xan görkəmində,
Xoruz təşəxxüslü ban görkəmində,
Etdiyim pisliklər qan görkəmində,
Sənin qabağında gözümdən damar.

Etibar Məmmədov:

Girdin məkrlilər yuvasına sən,
Oynadın "Azadlıq" havasına sən,
Uydun boss pulunun havasına sən,
Səni öz yerindən oynatdı qumar.

Əli Əliyev:

Karyera zirvəmi çətin eylədim,
Özümü əksildib itin eylədin,
Blok dağılanda yəqin eylədim,
Sarsaq-sursaq qaysavadan pay umar.

Etibar Məmmədov:

"VİP" Əli qüssədə - qübarda qaldı,
Blok liderləri kəndarda qaldı,
Əli, Lalə ilə kənarda qaldı,
Batan qulağadək çamıra cumar.

Əli Əliyev:

Blokda açdılar mənə xoş qucaq,
Vəd etdilər gur-gur yanacaq ocaq,
Dedilər çox böyük qrant olacaq,
Qan vurdu üzümə, qaynadı damar.
Etibar Məmmədov:
Yoluna su səpdim, jalə, şeh etdim,
Bir çox boss pulundan xeyli beh etdim,
Vaxtında mən səni çox tənbeh etdim,
Dedim blok yolun deyildir hamar.

Əli Əliyev:

Aşqal-uşqallar da, "VİP" də donacaq,
Bu blokda Lalə, Əli yanacaq,
Bilirdim, o, nə vaxtsa düşüb sınacaq,
Dedim qəlb şüşəmi "Azadlıq" yamar.

Etibar Məmmədov:

"VİP" də dəydi yerə hər ağac kimi,
Dəydi o, yerlərə tir ağac kimi,
Kökündən kəsilmiş bir ağac kimi,
"Azadlıq" yıxılıb oldu tarmar.

Əli Əliyev:

Blok Müsavatla qoşuldu Qərbdə,
Sonra bir-biriylə başaldı hərbə,
Alıb "Yurd" Əlidən, Lalədən zərbə,
"VİP" Əli üsullu ağzını yumar.

Etibar Məmmədov:

Çox blok ağzından saldırdım səni,
Sədr tək mən qeydə aldırdım səni,
Birinci pilləyə qaldırdım səni,
Səni də boss pulu etmişdi xumar.

Əli Əliyev:
Blokda yerimi yaxşı qanırdım,
Halına acıyır, həm də yanırdım,
Mən onu dağılmaz blok sanırdım,
Sən demə "Azadlıq" bir meyxana, bar.

Etibar Məmmədov:

Ağzından-burnundan irin, qan gəlsin,
Sonra da cismindən çıxan can gəlsin,
Yetirdiyim çörək burnundan gəlsin,
Boyuna ip ölçüm, olsun sənə ar.

Əli Əliyev:

Bosslar arxasına çox nol qoyurdu,
O da biz eşşəyə yun çul qoyurdu,
"Yurd" Əli cibinə çox pul qoyurdu,
Mənəsə çatırdı cüzi şam, nahar.

Etibar Məmmədov:

"VİP"-də lider etdin sən də özünü,
Bu zaman demədin sözün düzünü,
Pullu vəzifəyə dikdin gözünü,
Əlinin fikrində xarici tavar.

Əli Əliyev:

Dedim dözə billəm ən ağır dərdə,
Odur inanmadım sənin tək fərdə,
Onları dollarda çimdirsələr də,
Düşündüm mənə də boss verər nübar.

Etibar Məmmədov:

Sənin başın da boş, kasaddı kasan,
Səni görəcəyəm rəzil, qan qusan,
Xalaoğlu, nadanlıq girdabındasan,
Mən ali mənsəbli ciddi bir kübar.

Digər xəbərlər