PDF Oxu

Köşə

  • 11

Rauf “ideya generatoru"nu qımıldadır

Rauf “ideya generatoru"nu qımıldadır

Pənah Hüseynov:

Yaşım heç qırx deyil, əllidi mənim,
Üzüm çilsiz deyil, çillidi mənim,
Siyasi mövqeyim bəllidi mənim,
İndi uduzmuşuq, buna yanıram,
Özümü bədgüman, düzü, sanıram,
Sabah uğuruma çox inanıram.

Rauf Arifoğlu:

Müsavata dönüş doğru olmazdı,
Ürəkdə sən deyən ağrı olmazdı,
Belə yoğunluqda sağrı olmazdı,
Mən nə deyirəmsə, yaxşı qanıram.

Pənah Hüseynov:

Qrant veriləndə cibə qonuram,
Qrant verənləri yaman yonuram,
Mən zəif rəqibi gendən tanıram,
Qrantımı alıb onu danıram.

Rauf Arifoğlu:

Yıxıb məhv edibdi ağrı kəsləri,
Sevmədim əbədi oğru kəsləri,
Mən çox az görmüşəm doğru kəsləri,
Yalan, nifrin deyən cibə qonuram.

Pənah Hüseynov:

Bizlər az istərdi çıxsınlar çölə,
İstərdik xaliqi versinlər yelə,
İkinci bir yalan demədim hələ,
Yalanı üç addım gendən tanıram.

Rauf Arifoğlu:

Hər şey üzə çıxır, vallah, vərdişdə,
Günahı axtarma yalnız gərdişdə,
İntibah edilir sınıqçı işdə,
Təzyiq ediləndə qəlbən sınaram.

Pənah Hüseynov:

Nə saz, nə kamança, cürə bilmədim,
Nə qatıq, nə ayran, kərə bilmədim,
Cibimdə bir qüdrət görə bilmədim,
Özüm bu halımdan yaman donuram.

Rauf Arifoğlu:

Müsavat dəf edir dumanı, çəni,
Sıraya qoşmuruq bizlər yetəni,
Bir çoxu narıncı bilirdi məni,
Ancaq mən bozumtul, bir də qonuram.

Pənah Hüseynov:

Kim geniş qəlblisə səhvi əfv edir,
Cəlladlar düşməni yenib məhv edir,
Məni təmiz sayan kəslər səhv edir,
Təpədən-dırnağa palçıq, çamıram.

Rauf Arifoğlu:

İsa Əli bəyə diqqət eləmir,
Lalə də bizlərə riqqət eləmir,
Yosun sədaqətə xidmət eləmir,
Saflıq havasında bitmiş mamıram.

Pənah Hüseynov:

İdeya başımda aşıb-daşıbdı,
Rəqiblər yanımdan yaman qaçıbdı,
Siyasət məndən çox uzaqlaşıbdı,
Buğdadan yaranmış duzlu xamıram.

Rauf Arifoğlu:

İstərəm dostlardan düşmən qayıram,
Qəlblərdə kök atan mübhət çayıram,
Gözümü açanda sayıqlayıram,
Odur ki, həyata mən göz yumuram.

Pənah Hüseynov:

İsa bəy coşanda udur aləmi,
"Yurd" Əli götürür qotur aləmi,
Adam var sel kimi tutur aləmi,
Qəlblərə mən qətrə-qətrə damıram.

Rauf Arifoğlu:

İsa oxumaqda hələ əlləzi,
Əlinin bosslara zillənib gözü,
Lalə bağışlaya bilmir Əvəzi,
İsa oyununa mən göz yumuram.

Pənah Hüseynov:

"Cırtanlar" zirvəyə yönəlib yaman,
İfratlar hayqırır çox səlib yaman,
Radikal ideya genəlib yaman,
İdeyam özümə gəlməkdə daram.

Rauf Arifoğlu:

Lalə geri qalır, yenə köməkdə,
"VİP" Əli qalıbdı hələ iməkdə,
Əli "Azadlıq"da yerikləməkdə,
İsada ağıl yox, vallah, bir qram.

Pənah Hüseynov:

Mirmahmud "DUİ"-də de,
gülür nədən?
İstedadsız kəslər də ölür nədən?
Qənimət tonlarla ölçülür nədən?
Çox kiçik olsa da tərəzi taram.

Rauf Arifoğlu:

Əli də, İsa da çox qarət qurmuş,
İkisi də iyrənc siyasət qurmuş,
Çoxları haramdan imarət qurmuş,
Mənim qəzetimə düşməmiş haram.

Pənah Hüseynov:

Yaxşı bir ideya başıma gəlmir,
Çoxdandı Lalə də tuşuma gəlmir,
Mirmahmud o qədər xoşuma gəlmir,
Əli pis adamdı, İsayla varam.

Rauf Arifoğlu:

Mənə Müsavatda vermədi aman,
İsadı çökdürən başıma duman,
Onun bəd adını eşidən zaman,
Yaman sızıldayır, qövr edir yaram.

Pənah Hüseynov:

İsanın Müsavat yolu bir quyu,
Onun quyusunun şorandı suyu,
Vallah, mən qanmıram "Azadlıq", "DUİ",
Əlimə keçəni gərək mən cıram.

Rauf Arifoğlu:

Vermir rəqibinə heç aman, İsa,
Mən mələk, o isə bir qurman İsa,
Məni yormamışdır heç zaman İsa,
Gərək bundan sonra mən onu yoram.

Digər xəbərlər