Mirmahmud Fəttayev:
Radikal xülyalar çiy: şişdə qaldı,
Blok, birlik dəmi keçmişdə qaldı,
Dişaltı iştaha tam dişdə qaldı,
Payızda seçkiyə "DUİ" tək gedər,
Əlidən, İsadan həm qəşəng gedər,
Elə bil meydana şir, pələng gedər.
İqbal Ağazadə:
Radikal cavabı biz testə qoysaq,
Onların ağzına qoz, püstə qoysaq,
Əlini, İsanı yol üstə qoysaq,
İşlər al qumaş tək həm ipək gedər.
Mirmahmud Fəttayev:
Demək istəyirəm sözümü qısa,
Heç vaxt liderlikdən çəkilməz İsa,
Vahid namizədlik qabardılarsa,
Yenə baş kürsüyə bəd köpək gedər.
İqbal Ağazadə:
Müsavat tarlasın biçsələr əgər,
Onun şərabından içəsələr əgər,
İsanı, namizəd seçsələr əgər,
Seçkiyə başında şal, örpək gedər.
Mirmahmud Fəttayev:
Kütlənin oduna qızınmaq üçün,
Bir az seçiciyə qısınmaq üçün,
Yaxşı elektorat qazanmaq üçün,
Yüz, ya əlli baş qaz-ördək gedər.
İqbal Ağazadə:
Demirəm ki, gülək, edək şəkk ona,
İnanmaq çətindi indi tək ona,
Vahid namizədlik verməyək ona,
İsanı qaz kimi biz ütək gedər.
Mirmahmud Fəttayev:
Deyək ki, qoy sayın özünü üstün,
Onun qəlyanına dolduraq tütün,
İsanı fikrindən döndərmək üçün,
Cibinə beş-on sent tez dürtək, gedər.
İqbal Ağazadə:
Özü oturmasa masaya əgər,
Həm dayaq verməsə əsaya əgər,
Bosslar pul verməsə İsaya əgər,
Başqan bu dünyadan şiş, xritdək gedər.
Mirmahmud Fəttayev:
Birinciyəm deyib İsa yatmasa,
Beynində tutduğu fikri atmasa,
Birinci olmağı o unutmasa,
Gərək şah damarın tez çərtək, gedər.
İqbal Ağazadə:
Deyir "birinci mən" İsa azaraq,
Bütün qaydaları qəsdən pozaraq,
"Ümid"də ağır bir cadu yazaraq,
Üstünə qurd yağı biz sürtək, gedər.
Mirmahmud Fəttayev:
Gərək həll oluna hər iş bu yaya,
Başqançün taparıq bir neçə paya,
Padoşsifət üzü bilmirsə həya,
İsanın yerinə biz pörtək, gedər.
İqbal Ağazadə:
Danlarıq, çəkili farş yeyib deyə,
Onlarla radikal baş yeyib deyə,
Vurarıq, turşulu aş yeyib deyə,
İsa vücuduna on kötək gedər.
Mirmahmud Fəttayev:
"DUİ"-də hər bir yer zibadı-zərdi,
Üstünə Mirmahmud sıx qanad gərdi,
İsa tarlasında bitmək zərərdi,
Dostlar bağçısında biz bitək, gedər.
İqbal Ağazadə:
Problemlərisə qart yığılıb ki,
Onda üst duyğu yox, alt yığılıb ki,
Qəlbinə o qədər xılt yığılıb ki,
İsa, əgər biz göstərsək bir istək, gedər.
Mirmahmud Fəttayev:
İstər yoxuş yolu yaman, bəd olsun,
İstər ki, onunçün mühüm hədd olsun,
Təki İsa vahid namizəd olsun,
Üzünü ülgüclə biz çətək, gedər.
İqbal Ağazadə:
Onu qrantverən dost təmin edir,
Şəninə deyilən tost təmin edir,
İsanı çox yüksək post təmin edir,
Desək, səni yun tək biz didək, gedər.
Mirmahmud Fəttayev:
Verərdi, əlbəttə, yağ-ət istəsək,
Tez razı olardı müddət istəsək,
Ondan bu post üçün rüşvət istəsək,
Aldığı qrantdan bir ətək gedər.
İqbal Ağazadə:
Qərbdə qrantverən gedib ram edər,
Boss verəni İsa tezcə ham edər,
Namizədliyini tez bayram edər,
Araq, konyak, şampan on qədəh gedər.
Mirmahmud Fəttayev:
İlkinlik kürsüsün tərk etsin desək,
Radikal gözlərdən tez itsin gesək,
Müsavat seçkiyə tək getsin desək,
O zaman, getsə də İsa, ləng gedər.
İqbal Ağazadə:
Bədxahlıq başqanın adına getsə,
Qurumu dağılıb çatına getsə,
Müsavat həmkarlar badına getsə,
İsanın üzündən adi rəng gedər.
Mirmahmud Fəttayev:
Özünü böhtanda, küfrdə görsə,
Ya sürətlə qaçan titrdə görsə,
Adını ikinci sətirdə görsə,
İsadan bosslara neçə zəng gedər.
İqbal Ağazadə:
Pulsuz qaldığını gur yayar İsa,
Əldə əsa gəzər yüz diyar İsa,
O qədər ağlayar, sıtqıyar İsa,
Bosslar da əlindən onun dəng gedər.