Rusiya qafqazlıları niyə sevmir?
Bəli, bu, belədir və bunun niyə belə olduğunu və niyə bütün moskvalıların qafqazlı görəndə gözlərinin kəllələrinə çıxdığını bir az sonra izah edəcəyəm. Əvvəlcə Moskva metrosunda törədilən terror barədə. Təkcə Rusiya yox, qəlbində insanlıq olan hər bir DÜNYA VƏTƏNDAŞI Moskva metropolitenində baş verən partlayışa və ölən günahsız insanlara görə qəlbən sarsıntı duyur. İnsanlıq əleyhinə olan bu terror təkcə ruslara qarşı yox, bütünlüklə, insanlıq əleyhinə olan dəhşətli bir cinayətdir. Puşkinin, Lermantovun, Dostoyevskinin, Qoqolun vətənində hamı göz yaşı içindədir. Ən maraqlısı odur ki, partlayış törədiləndən sonra Moskvada ağıllara ilk gələn yenə qafqazlılar olub. Dünən Moskva metropolitenində iki çarşablı müsəlman qadınının üzərinə hücum olunub və döyülüblər. Bunu Rusiyanın öz KİV-ləri xəbər verib. Səbəb də çox sadədir: müsəlman qafqazlılar düşmən obrazındadır.
Bu məqamda yadıma Puşkinin 1820-21-ci illər arasında yazdığı "Qafqaz əsiri" şeri düşdü. Yazıq Puşkin o vaxt bu şeri yazanda heç ağlına da gətirmirdi ki, o zamanlar mərdliyindən və mənəvi keyfiyyətlərindən bəhs etdiyi yazıq qafqazlılar bir neçə əsr keçəndən sonra Rusiyanın küçələrində arzuolunmaz şəxslər və millətlər elan olunaraq, "skinxet" adlanan başıqırxıqlar tərəfindən vəhşicəsinə döyülüb öldürüləcəklər. Bəli, bu gün bütün qafqazlılar Rusiya ictimai fikrində arzuolunmaz millətlər elan olunublar. Təəssüf ki, bu, əksər rusiyalı vətəndaşların fikirlərində elə şəkildə formalaşır ki, sanki bütün qafqazlılar bellərinə qumbara bağlayıb Rusiyanın külünü havaya sovurmağa hər an hazırdılar. Rusiyada qafqazlılara qarşı bu boyda ictimai nifrətin kökündə nə durur? Niyə bütün rusiyalılar "qara millətlərə" ancaq terrorçu, qanaxıdan kimi baxırlar? Düzdür, erməni vandalizmi, nəinki Rusiyada, elə Qafqazın özündə neçə illərdir ki, günahsız azərbaycanlıları diri-diri şişə çəkir, beton boruların içinə doldurub od vurur, balaca körpələrin köksünü yarıb, analarının gözü qarşısında çiy-çiy yeyirlər. Burası belədir. Amma gəl gör ki, bu moskvalılar ermənilərə elə gözlə baxırlar ki, elə bil heç bunların qafqazla əlaqəsi yoxdur, heç bu boyda soyqırımları bunlar törətməyiblər? Robert Köçəryan, Serj Sarkisyan azərbaycanlıları üzərinə rusların gözləri qabağında benzin töküb yandırmayıblar? Tarix tarixdir və bunu heç kim dana bilməz. Acı da olsa, deməliyik ki, Rusiyada hər kəs bunu yaxşı bilir, amma ermənilərə terrorçu və faşist kimi baxmaq nədənsə, onlara "sərf etmir". Açıq deyəcəyəm, Rusiyanın ən böyük səhvi on illərdir ki, özünü Qafqazda sevdirə bilməməsi və qafqazlılara az qala düşmən kimi baxmasıdır. Nədənsə, on illərin Qafqaz siyasəti hələ də davam edir.
Yox, əziz rusiyalılar, bu, belə deyil. Hər kəs əla bilir ki, bütün tarix boyu qafqazlılar daima Rusiyanın dostu olublar və hər nə olubsa, elə Rusiyanın öz günahı ucbatından olub. Hətta mən Rusiyaya böyük hörmət bəsləyən, onun bu regionda tarixi qüvvə olduğunu söyləyən bir insan olaraq, tam HƏQİQƏTİ DEYƏCƏYƏM. İndi mən durub Rusiyanın Qafqazdakı ən böyük səhvinin ermənilərə həddindən artıq və əndazəsiz şəkildə dəstək verdiyini desəm, siz bunu bir azərbaycanlı kimi qəbul etməyə başlayacaq və bizim səhv etdiyimizi bildirəcəksiniz ki, Niyə? Çünki mən ya Azərbaycanda yaşayım, ya da okeanın o tayında, həqiqəti demək üçün bunun nə önəmi var ki? Fakt budur ki, zaman-zaman Rusiya ermənilərdən özünün agenti, vassalı kimi istifadə edib və bu yaramaz toplum da bütün mənası ilə qızlarından tutmuş qocalarına qədər hər şeyi Moskva üçün "açıq saxlayıblar" ki, təki istədiklərini onlara versin. Tarix budur və bütün bunlardan sonra Qafqazda başqa xalqlara qarşı aqressiv münasibətin ortaya çıxması bütün əsrlərdə Rusiyaya qarşı potoloji nifrətin baş qaldırmasına səbəb olub. Haqlı səbəbdir! Rusiyaya böyük sayğı ilə yanaşan bir adam kimi, məni yandıran odur ki, hələ də hazırkı Rusiya siyasi elitası və ictimai fikri ən yaxşı halda Boris Yeltsin dönəmindəki vaxtdan bir az fərqli şəkildə qafqazlılara nifrət edirlər. Yəni dünyada gedən proseslər nəticəsində anlamağa başlayıblar ki, Rusiya Qafqaza və qafqazlılara nifrət etməklə və ermənini ovcunun içində saxlayıb, başqa qafqazlılara dirsək göstərməklə həm uduzur, həm də sevgi əvəzinə, NİFRƏT qazanır! Ya Rusiyanın Qafqazın və qafqazlıların sevgisinə, dəstəyinə ehtiyacı yoxdur, ya da artıq Rusiya çar imperiyası dövründən bəri elə bir anti-Qafqaz epidemiyasına tutulub ki, artıq sağalması və QAFQAZLILARA SEVGİ İLƏ YANAŞMASI QEYRİ-MÜMKÜNDÜR. İndiki qlobal proseslər fövqündə, bütün bunlara görə Rusiya UDUZUR! Açıq bildirirəm: Rusiya, sən qafqazlılara neçə əsrlərdir ki, baxdığın rakursu tamamilə dəyiş! Çünki sənin regiondakı vuran əlin, həm iqtisadi, həm də siyasi cəhətdən əzilən QAFQAZDIR! Əgər çeçen, inquş, osetin və bir başqası sənə qarşı baş qaldırır, sənin neçə illik ədalətsizliyinə etiraz edirsə, bu elə sənin öz günahın ucbatından baş verir. Sənin qarşında iki seçim var: ya bütün qafqazlılara və Qafqaza terrorçu, düşmən gözü ilə baxıb, daima öz başını ağrıdacaqsan, səni sevməli olan insanları özünə qarşı öz qulağının dibində düşmənə çevirəcəksən, ya da onlara ədalətlə yanaşıb, özünün əzəli müttəfiqinə çevirəcəksən. Qafqazlılar səni sevirlər, əziz Moskva, sənin düşmənlərin deyillər!