PDF Oxu

Köşə

  • 11

Nə Araz, nə də Vurğun öz ayranına turş demək istəmir

Nə Araz, nə də Vurğun öz ayranına turş demək istəmir

Vurğun Əyyubov:

İsa bəyin həyatıdı payızda,
Qırılacaq qanadıdı payızda,
Müsavatın debatıdı payızda,
Boss önündə başqan başın qaldırar,
Rəqiblər də dərhal daşın qaldırar,
Bununla da küy-təlaşın qaldırar.

Araz Əlizadə:

İndi kütlə baxmır işbaz sözünə,
Necə baxar adi bir qaz sözünə,
On adam İsanın baxmaz sözünə,
Arazı çağırsaq, qoşun qaldırar.

Vurğun Əyyubov:

Kütlənin kədəri üzərdi onu,
Boss öz dollarıyla bəzərdi onu,
İsa bir həmlədə əzərdi onu,
Sənin Ayazınsa qaşın qaldırar.

Araz Əlizadə:

Gəlin özünüzü öyməyin çox da,
İşi bacaranı söyməyin çox da,
İfrat sinənizə döyməyin çox da,
Gözləmə ki, İsa xışın qaldırar.

Vurğun Əyyubov:

Bizlər yazmaqdayıq daşı-divarı,
Bizlərin radikal birlik şüarı,
İsa bəy rəngbərəng inqilabları,
Ayaz Mütəllibov yaşın qaldırar.

Araz Əlizadə:

Bayrağı narıncı, mavi bəzərlər,
Küy basıb yüz milçək başın əzərlər
İsa kimi ifrat Ağa Nəzərlər,
Təpəgöz dəyirmandaşın qaldırar.

Vurğun Əyyubov:

O durar dərindən, dayazdan uzaq,
Mulat təfəkkürlü bəyazdan uzaq,
Ayaz Niyazoviç niyazdan uzaq,
Gözünü unudub, qaşın qaldırar.

Araz Əlizadə:

Bossdan aldığını gönünə qoyar,
Müsavat bizi öz gününə qoyar,
Şorbanı bizlərin önünə qoyar,
Özü qənşərinə aşın qaldırar.

Vruğun Əyyubov:

Kənardan, bizləri pus həmkarlarla,
Burada yediyin qus həmkarlarla,
Vurub arağını rus həmkarlarla,
Ayaz Moskvada xaşın qaldırar.

Ayaz Əlizadə:

Ayazın əlində çox pul olarkən,
Bosslara çarəsiz bir qul olarkən,
Bizlər dolusuyla məşğul olarkən,
Müsavat başqanı boşun qaldırar.

Vurğun Əyyubov:

Başqan məşğul ətraf toyu-yasıyla,
Zaman məşğul etdi onu tasıyla,
İsa qalıb köhnə arabasıyla,
Ayaz Moskvada maşın qaldırar.

Araz Əlizadə:

Başqan qərargahda külləşdiyi vaxt,
Yaxın ətrafıyla dilləşdiyi vaxt,
Həm öz sərçəsiylə əlləşdiyi vaxt,
Ayaz göyə tovuzquşun qaldırar.

Vurğun Əyyubov:

Ayaz düşünməmiş heç vaxt dərindən,
Sən də əl çəkmirsən böhtan-şərindən,
İncik düşsələr də biri-birindən,
Hərəsi səmaya quşun qaldırar.

Ayaz Əlizadə:

Hər bir müxalifət ad-ad dilənər,
İsa, Əli kimi ifrat dilənər,
Qərbi Avropada qrant dilənər,
Obaması yoxsa, Buşun qaldırar.

Vurğun Əyyubov:

Tamahı poladı, turuncu bölər,
Dollar verməsələr, zarıncı gülər,
Narıncı düşünər, narıncı gülər,
Həm də öz narıncı tuşun qaldırar.

Araz Əlizadə:

Niyyətini bossa yaya bilməsə,
Onu arxasında qaya bilməsə,
Payızda cücəni saya bilməsə,
Yaza çatmamışdan qışın qaldırar.

Vurğun Əyyubov:

Ayaz zühuruyçün izin alarsan,
Həm də qapılarda dizin qalarsan,
Daxili dəstəkçi özün olarsan,
Ayaz Moskvada dışın qaldırar.

Ayaz Mütəllibov:

Bizlər ölkə haqda verərkən rəylər,
Ayaz Moskvada etməz pis səylər,
Sənin inandığın radikal bəylər,
Torpağı satmaqçün arşın qaldırar.

Vurğun Əyyubov:

Ayazlı-Arazlı xanı, bəyi dan,
Sizlər gözlərsiniz hələ iyi an,
İsalar arşınla əlləşdiyi an,
Ayaz ölkəmizə qurşun qaldırar.

Araz Əlizadə:

Demə, qibləgahım, qüslümdü İsa,
Yaxud da süssüzüm, süslümdü İsa,
Çox da öyünmə ki, müslümdü İsa,
Xristian görəndə, xaçın qaldırar.

Vurğun Əyyubov:

Ayaz mərəzini həblə edəndə,
Nolar İsa jesti ciblə edəndə?
Bizlər Məkkə səmti qiblə edəndə,
Ayaz araq dolu parçın qaldırar.

Araz Əlizadə:

Ayaz Moskvada təzə-tər oynar,
Sizin qərargahda şeytan, şər oynar,
Cibində yel vurub, yengələr oynar,
İsa səbr edib darçın qaldırar.

Digər xəbərlər