PDF Oxu

Köşə

  • 15

“DUİ" seçkiyə “Azadlıq"sız və Müsavatsız gedəcək

“DUİ" seçkiyə “Azadlıq"sız və Müsavatsız gedəcək

Əhməd Oruc:

"Azadlıq", Müsavat, Eldar bir səfil,
Bizə plan cızdı Pənah bəy, qəfil,
"DUİ" seçkilərə gedir müstəqil,
Bizlər qabaqdayıq, bizdə sazan var,
Digər bloklarda yolu azan var,
Qorxmuruq, neçə ki, plan cızan var.

İqbal Ağazadə:

Çəkin Müsavatdan öz dişinizi,
Pənahla çözəldin vərdişinizi,
Siz görün müstəqil öz işinizi,
Müsavatın işi heç tam olmayıb,
Lalədən yalançı "Madam" olmayıb,
İsa da yaxşı bir adam olmayıb,
Onu qurumunda əyən pozan var.

Əhməd Oruc:

Müsavata vurdun qolu, deyəsən,
Əyilir İsanın qolu, deyəsən,
İqbalın ürəyi dolu, deyəsən,
Önündə yenə bir qaynar qazan var.

İqbal Ağazadə:

İsa özü üçün qazıbdı quyu,
Özü gödəkboydu, ucalmır boyu,
Başına tökərdim bu qaynar suyu,
Məscid var, quran var, bir də əzan var.

Əhməd Oruc:

Əliylə ittifaq qura bilərik,
Onunla oturub-dura bilərik,
Birlikdə xaricə vara bilərik,
Neçə ki, dörd fəsil, isti xəzan var.

İqbal Ağazadə:

Sizi qovuşdurub Yaradan, tale,
Əlbəttə, olmusuz siz buna qane,
"DUİ" və "Azadlıq" əməlisaleh,
Müsavatda çoxlu büsat pozan var.

Əhməd Oruc:

Ucalmaz səmada sanki bir "Tu", "İl",
Bizə çox gətirib həm qida, su lil,
"DUİ" tək gedəcək seçkiyə bu il,
Bunu pis məqama daim yozan var.

İqbal Ağazadə:

Gələndə, ayağa cəld dursan əgər,
Onunla bir yana sən varsan əgər,
İsayla əlaqə sən qursan əgər,
İnan ki, o andan iflas, qəzan var.

Əhməd Oruc:

Başqanın yanında sağ adam çərlər,
İsa heç bir nədən adamı şərlər,
Müsavatda çoxdu dəymə-düşərlər,
Bizim "DUİ"-dəsə çoxlu fazan var.

İqbal Ağazadə:

İqbalın qeydini birdən unutsan,
İsanın ən şirin sözünü udsan,
Sən Əlini atıb, İsanı tutsan,
O zaman ən azı nəqd bir cəzan var.

Əhməd Oruc:

İsanın həmişə olub çat yolu,
Həmişə seçibdi özü pat yolu,
Bilməyib getsəydin Müsavat yolu,
Dərhal qaraladı işıqlı fəzan.

İqbal Ağazadə:

Girib Mirmahmudla bəhsə, alsaydın,
Xeyriylə deyil, nəhsə alsaydın,
İsadan bilməyib nəsə alsaydın,
Tezcə boşalardı ən böyük bazan.

Əhməd Oruc:

İsa qulağını buran uduzur,
Neçə ki, ABŞ-a İran uduzur,
İsayla oturub-duran uduzur,
Bossla əlaqə qur, gedib pul qazan.

İqbal Ağazadə:

Əlindən təsbehi, əsa düşübdü,
Bossun göndərdiyi kasa düşübdü,
Necə ki, hazırda İsa düşübdü,
Özü düşəcəkdi quyunu qazan.

Əhməd Oruc:

Özündən qabağa qoymaz heç İsa,
Sənin uğurunu yaymaz heç İsa,
Səni heç müttəfiq saymaz heç İsa,
İstər ayağının altında uzan.

İqbal Ağazadə:

Ona bir radikal açmadı qucaq,
Ona uğursuzluq qalacaq ancaq,
Bundan sonra uğur qazanmayacaq,
Nə qədər qaldırsa tozanaq, tozan.

Əhməd Oruc:

Bosslar da saxlamır onu bığ altda,
Qalıb sıxılıbdı İsa tığ altda,
O qədər sıxılıb ağırlıq altda,
Çox ağır gələrdi ona hər qozan.

İqbal Ağazadə:

Mirmahmud yanında sən dur day, Oruc,
İsa pisliyini orda yay, Oruc,
İsanın felinə düşsən, ay Oruc,
Səni xilas etməz heç mama Rozan.

Əhməd Oruc:

Müsavatda ox da, kaman qüsurlu,
Bossdan ucuz gələn saman qüsurlu,
İsa mizanı da yaman qüsurlu,
Bizdə qədərində tərəzi-mizan.

İqbal Ağazadə:

İsadan uzaq ol, onda bəd olmaz,
Nə qədər bizləsən hərəkət olmaz,
Müsavatda ruzi-bərəkət yoxdu,
Mirmahmud yanında azuqən, rizan.

Əhməd Oruc:

Müsavatda səbri daralıb yaman,
Vurğun, Arif, Qabil saralıb yaman,
İsanın üz-gözü qaralıb yaman,
Ondan üz döndərir bu gün hər qızan.

İqbal Ağazadə:

Müsavat da bundan lap halı idi,
İsa 10 il əvvəl havalı idi,
Nəticə o cür də olmalı idi,
Sübut olunubdu fakt kimi sızan.

Digər xəbərlər