PDF Oxu

Köşə

  • 22

AMİP “Azadlıq"la blok yaratmayacaq

AMİP “Azadlıq"la blok yaratmayacaq

Əli Orucov:

Bizim Etibarda əsla riya yox,
Cəbhəylə arada simmetriya yox,
"Azadlıq"da azca ifrat ziya yox,
AMİP qəti getməz heç dəli yolu,
De, kim bəyənərdi bəd ölü yolu?
Etibar da tutmaz "Yurd" Əli yolu.

Nurəddin Məmmədli:

AMİP axıtmasın qoy yalandan tər,
Vaxtını sərf edir Etibar hədər,
Bizdə simmetriya kifayət qədər,
Bizimdi en qədər bossun da pulu.

Əli Orucov:

Əli rəiyyətdi, Etibar bir xan,
Tezliklə "Azadlıq" çıxar aradan,
AMİP "Azadlığ"ı seçməz heç zaman,
Lap olar İsanın, Sərdarın qulu.

Nurəddin Məmmədli:

Əli qiymətlidi qızıl, zəy kimi,
Etibar davranır hələ səy kimi,
Uğur qazanmayıb Əli bəy kimi,
Üstəlik, Etibar axıdıb çulu.

Əli Orucov:

De, Etibar kimdi, söylə, Əli kim?
Bizim siyasətdi qaimdən qaim,
AMİP uca çinar axtarıb daim,
Əli üstün sayıb həmişə kolu.

Nurəddin Məmmədli:

Sən də, a baş katib, az öyün, az coş,
Seçdiyin ifadə gəlməz bizə xoş,
Sənin AMİP-inin cibişdanı boş,
Əlinin hər iki cibləri dolu.

Əli Orucov:

Demə ki, "Azadlıq" azad yaşayır,
Etibar bizimlə çox şad yaşayır,
AMİP bloksuz da rahat yaşayır,
Sənin qurumunu döyübdü dolu.

Nurəddin Məmmədli:

AMİP meydanlara bol naşı töküb,
Əli ətəyindən sal daşı töküb,
Etibar həmişə göz yaşı töküb,
Əli ondan bir az görsənib ulu.

Əli Orucov:

Əlidən İsaya başdaşı çıxır,
Həm də ki, bossundan bol xaşı çıxır,
Etibar yoxuşa çox yaxşı çıxır,
Əli bəy dalınca baxmaqda hulu.

Nurəddin Məmmədli:

AMİP vurulmağa silləni seçib,
Əli ucalmağa qülləni seçib,
"Azadlıq" birinci pilləni seçib,
Etibar özünə götürüb nolu.

Əli Orucov:

Dedim, "Azadlığ"ı dolu tutubdu,
"Yurd" Əli şöhrəti, pulu tutubdu,
Etibar Çənlibel yolu tutubdu,
Əli qabağında adi bir Bolu.

Nurəddin Məmmədli:

Əli öz sözünü deyibdi qəti,
Hazırda AMİP-in tökülür əti,
Boşluq Etibarın olub qisməti,
Əliyə çatıbdı nemətin bolu.

Əli Orucov:

Cəbhənin tamahı xaşa dirənib,
AMİP-in məqsədi xoşa dirənib,
"Azadlıq" gəmisi daşa dirənib,
Bizim donanmanın gölləri sulu.

Nurəddin Məmmədli:

Etibar hələ də qalıb şoklarda,
Əlinin pulları donub banklarda,
Bizə üz tutmaqda amazonkalar da,
AMİP-ə getməkdə qarının dulu.

Əli Orucov:

"Yurd" Əli hələ də haram yeməkdə,
Şöhrət də qazanıb yalan deməkdə,
Etibar dünyanı silkələməkdə,
Böyrünə çatmayır Əlinin qolu.

Nurəddin Məmmədli:

"MBH" İvanla əlləşməkdədi,
Cəbhə Yerevanla əlləşməkdədi,
"VİP" Əli tavanla əlləşməkdədi,
Etibar hələ də süpürür polu.

Əli Orucov:

Düzü, bir az dəlisayaq demişəm,
Bəzən azıb Əlisayaq demişəm,
Etibar zirvədə, bayaq demişəm,
"Yurd" Əli enişdə yalayır yalı.

Nurəddin Məmmədli:

Niyə hirsin tutur, söymədik xaçı?!
Siz də biz qardaşa tez olun bacı,
Sizsiniz yalayan yalı-yamacı,
Bizə qismət olub arının balı.

Əli Orucov:

Əli sino gedir didişmək üçün,
Etibar tələsmir öpüşmək üçün,
AMİP zirvəsinə yetişmək üçün,
Əlinin, Lalənin çatışmır balı.

Nurəddin Məmmədli:

Qrantla yaşamaq bəyə lazımdı,
Etibar həyatı səyə lazımdı,
Təklikdə yaşamaq nəyə lazımdı?
Salsın boğazına Etibar şalı.

Əli Orucov:

Əli qatır alar, biz at alanda,
Səbri də daralar, bil, mat alanda,
Etibar payızda mandat alanda,
Dərhal pisləşəcək Əlinin halı.

Nurəddin Məmmədli:

Etibar heç zaman atmayacaq boy,
Ona payız fəsli tutulacaq toy,
AMİP həyasızlıq eləməsin qoy,
AXCP sədri xeyli həyalı.

Digər xəbərlər