Salam, Obama. Biz səni Ağ Evdən yüz minlərlə kilometr aralıqda yerləşən bir müsəlman şəhərindən narahat edirik. Narahat olma, vaxtını çox da almayacağıq. Mən bu məktubu qəsdən sənin erməni pulu ilə dolanan konqresmenlərinin "erməni soyqırımı" haqqındakı qərarından bir həftə sonra yazıram. Bunu yazmaya bilməzdim. Amma yazıram ki, qoy gələcək nəsillər "demokratiya" cümlələrini bütün dünyada siyasi alverə və iqtisadi işğallara, konkret desək, neft sərvətlərini ələ keçirmək üçün tarixi cinayət alətinə çevirən bir hökumətin yalanlarından xəbər tutsunlar. Gözlədim ki, görüm, tam ədalətsiz və tarixi saxtakarlıqla dolu bu qərardan sonra dünya buna nə deyəcək? Heç nə demədi! Hər şey məlum oldu. Bu hadisə də sübut etdi ki, dünya da elə sənin oturduğun Ağ Ev kimi ədalətsizlik üzərində qurulub.
Bilirəm ki, ABŞ səfirliyindəki media xəfiyyələri mütləq bu yazının altını "çezəcəklər". Amma vallah, atasının adının Hüseyn olduğu deyilən, özünü müsəlman dünyasına sırıdan mister Barak, mənim nə sənin ölkənin maliyyələşdirdikləri qrantlarda gözüm var. Nə qrant alacağam? QHT-yə sahibəm ki, səndən qrant-filan umum, ya da ki, səndən asılacağım var? Buna o jurnalistlər ehtiyat edər ki, Corc Sorosdan qrant-filan umsun. Burası belə. Mən bu soyuq mart günündə dünyanın, demək olar ki, bütün hər yerinə yiyəlik edən bir supergücün başında duran adam kimi sənə ona görə üz tuturam ki, müsəlmanlara "ilişmə".
Vallah, hələ uşaqlıqda səni atıb gedən və heç fotorobortu da məlum olmayan atanın ruhu, rənginin qara olmasından istifadə edib neçə yüz illik Amerikanın tarixində heç bir Ağ Ev yiyəsinin müsəlmanlara etmədiyini sən edirsən! Sən bir ABŞ prezidenti kimi, necə demokratiyadan danışa bilərsən ki, sənin ölkənin bütün dünyada elədikləri pisliklər və vəhşiliklər tonlarla ensiklopediyaya sığmır?! Kimə demokratiya vermisən, kimə demokratiya dərsi keçirsən?
And-aman eləmə. Bilirəm ki, sən keçmiş prezident Bill Klintondan fərqli olaraq, Monika Levinski kimi qulluqçularla hər hansı bir gizli "iş görmürsən", üstəlik də, çox "demokrat adamsan" və yastığın da demokratiya üzlüyündəndir. Sizdə demokratiya elə amerikalılar üçündür, vəssalam. Başqaları, ələlxüsus da, müsəlmanlar cəhənnəmə olsunlar! İraqda, Vyetnamda, bədbəxt Əfqanıstanda "demokratiya" qurmaq istəyirdiniz, nə oldu sizin bu "demokratiyanız"? Bağdad kimi tarixi şəhərdə indi it də ulamır, gündə müsəlmanların qanı axıdılır, yazıq müsəlmanların cəsədləri də itlərə yedirdilir. İraqın tarixi və mədəniyyət abidələrindən əsər-əlamət də yoxdur. Yazıq əfqanlar sizin ABŞ-dakı silah və narkoticarət bosslarının ayaqları altında qalıblar. Niyə Əfqanıstandan çıxmırsınız? Bəlkə əfqanları "QORYUYURSUNUZ"? Xeyr. Sizə əfqan torpaqlarından istifadə etməklə, öz silahlarınızı satmaq, müsəlmanları bir-birinə qırdırmaq, narkoticarətinizi genişləndirmək lazımdır, vəssalam! Elə İraq da sizə buna görə lazımdır. Mister Obama, qoy sizin ölkə başda olmaqla, bütün Qərb dünyası Toni Bleyerin son açıqlamalarından utanıb yerə girsin. İngiltərənin keçmiş baş naziri etiraf edir ki, İraqda heç bir nüvə-silahı filan olmayıb. Bu, yalnız Corc Buşun təkidi ilə Qərb liderlərinin İraqa soxulmaq və Bağdad neftini ələ keçirmək üçün hazırladıqları bəhanə imiş.
Bilirsən, bir də səni niyə narahat etdim? Keçən gecə sənin amerikalılarının XVIII əsrdə, indiki ABŞ-ın əsil aboregen əhalisi olan və soyqırımına məruz qalan hinduların kökünü kəsmələri, İkinci Dünya müharibəsi qurtarar-qurtarmaz Xirosimoya atdığınız atom bombaları ilə torpağa qarışdırdığınız yaponların, hələ də dilənçi kökündə saxladığınız, bisavad, bit-birə içində çapalayan əfqanların, vəhşicəsinə məhv edib, itlərə yedirdiyiniz iraqlıların və müsəlmanların müqəddəs günündə dar ağacından asdığınız Səddam Hüseynin fəryadları girmişdi yuxuma. Çünki sənin Konqresinin "erməni soyqırımı" haqqında qərar qəbul etməsindən sonra, sizin amerikalıların dünyada nə qədər ki, soyqırımı törədib, yer üzündən siliblər, hamısı gəlib yuxuma girir. Bu yazıqlar soruşurlar ki, niyə bu mister Barak bizim soyqırımımızı tanımır, niyə bizim qanımızı batırırlar?
Siz neçə illərdir ki, ABŞ-la sədaqətli müttəfiqlik edən Türkiyəni aldadıb, onu oyuna gətirdiniz və indi də "erməni soyqırımı" qərarı qəbul edib, onu bu "tarixi tanımağa" təhrik edirsiniz. Ərdoğanı oyuna çəkib, ssenari qurdunuz və ermənilərə bütün ABŞ prezidentlərindən qat-qat sədaqətli və doğma olduğunuzu açıq şəkildə ortaya qoydunuz. Amma ən dəhşətli zərbəni AMERİKANIN ÖZÜNƏ VURDUNUZ! İndi Türkiyədə və bütün müsəlman dünyasında bir nəfər də olsun Amerikaya inanmır. Hər kəs sizin "demokratiya" oyununuzun əsil üzünü daha yaxşı görür. Sən həm Amerikanın iç-üzünü bu şəkildə ortaya qoydun, həm də onu "yandırdın". Yəqin ki, səni Ağ Evə təyin edənlər indi səndən hesab sormağa hazırlaşırlar. Amma sənin Amerikandan hindular, əfqanlar, vyetnamlılar, yaponlar və iraqlılar hesab soracaq. İnsanlıq HESABI!