PDF Oxu

Köşə

  • 13

"DUİ" "Azadlıq"la yox, Müsavatla blok yaradacaq

"DUİ" "Azadlıq"la yox, Müsavatla blok yaradacaq

Əhməd Oruc:

Başqanın üzünə gülməsə Əli,
Xəcalətdən çezib ölməsə Əli,
Müsavata sarı gəlməsə Əli,
İsaya əl açar Mirmahmud özü,
Müsavatda yanar "DUİ"-nin közü,
"Azadlıq"da çıxar bədxahın gözü.

Nurəddin Məmmədli:

Gedən prosesə diqqət edirdim,
Rəsula, Sərdara rişxənd edirdim,
Əvvəl ADP-də xidmət edirdim,
Sonra da Cəbhədə itirdim izi.

Əhməd Oruc:

Ruzgar Müsavata irişib qalıb,
Nurəddin Cəbhəyə girişib qalıb,
"Yurd" Əli blokda ilişib qalıb,
"DUİ"-di İsanın dostu ən tezi.

Nurəddin Məmmədli:

O, haraya gedir bu savad ilə?
Blok yaranarmı belə çat ilə?
Siz deyin, sazişə Müsavat ilə,
Gəlməyə çatırmı Əhmədin üzü?

Əhməd Oruc:

İstəmərik Əli qabağa getsin,
Bossdan aldıqları vaxt alağa getsin,
Başqanın bossuna sadağa getsin,
Əli kimilərin hətta beş yüzü.

Nurəddin Məmmədli:

İsanın yanında sail olmazsan,
Mirmahmuda layiq cayıl olmazsan,
Ay Əhməd, heç nəyə nail olmazsan,
Önünə çəkməklə nataraz mizi.

Əhməd Oruc:

Ağzında dişin yox, dalda kirişin,
Sən bizə girişmə, qırılar dişin,
Əlinin yanında sənin nə işin?
Get ye ADP-də yağlı cevizi.

Nurəddin Məmmədli:

Sənin kimiləri xəbis bilmişəm,
Özümü, Əlini mən düz bilmişəm,
Qaranlıq gecəni gündüz bilmişəm,
Dəyişik salmısan nurlu gündüzü.

Əhməd Oruc:

Başqan hüzurunda katib durarıq,
Nadan yatsaq belə natiq durarıq,
İsayla qranta sahib durarıq,
Sizə saxlayarıq itiuc bizi.

Nurəddin Məmmədli:

"Yurd" sədri çox aşıb uca qülləni,
Müsavat görməmiş belə pilləni,
Sizin köksünüzə sıxıb gülləni,
Əlidə saxlarıq beş-on gilizi.

Əhməd Oruc:

Mənə nə "VİP" kimin heyranı olsun,
Yaxud Lalə kimin ceyranı olsun,
"Azadlıq" sui-qəsd qurbanı olsun,
Tutun Mirmahmuddan kənar qərəzi.
Nurəddin Məmmədli:

Siz bizdən ayrılıb, marıqda yatın,
Çalışın elliklə başqana çatın,
Girin qoltuğuna siz Müsavatın,
Bizdədi radikal sabit tərəzi.

Əhməd Oruc:

Nə qədər tutsanız yalan qalığı,
İsa edəcəkdir talan qalığı,
Siz boss süfrəsində qalan qalığı,
Bizlərsə yeyərik dadlı çərəzi.

Nurəddin Məmmədli:

Sizlər qrantverən bossun səməsi,
Biz eyni mənbədən dollar əməsi,
Bizlər sağlamlığın mücəssəməsi,
Saxla Müsavatda ifrat mərəzi.

Əhməd Oruc:

Artıq qrantların açılır donu,
Çalışıb siz ələ keçirin onu,
Bossun süfrənizə qarğa-quzğunu,
Bizə qismət olsun beçə-fərəsi.

Nurəddin Məmmədli:

Bossların fərəsi qoy sənin olsun,
Ali məqam bizim, boy sənin olsun,
Süfrədə nə var ye, doy, sənin olsun,
Bizə dəstək versin bossun hərəsi.

Əhməd Oruc:
Müsavat küləyi əsdi bizlərə,
Nədir de, sizlərin qəsdi bizlərə,
Bossun bitki yağı bəsdi bizlərə,
Sizə qismət olsun qaymaq, kərəsi.

Nurəddin Məmmədli:

Müsavat seçərdi tuncu dəstəkçi,
İsaya ABŞ-ın punşu dəstəkçi,
Sizə, yəqin iki qonşu dəstəkçi,
Bizə dəstəkçidi bu Yer kürəsi.

Əhməd Oruc:

İsa məhz liberal Qərbə addımlar,
"Azadlıq" konsertə, sirkə addımlar,
"DUİ" Müsavatla birgə addımlar,
Sizlər üstün tutun Lalə, Əvəzi.

Nurəddin Məmmədli:

Bizə böyük gələr qadir adamız,
Gəlsin Müsavata nifrin, qadamız,
Çinin it-pişiyi bizim qidamız,
Sizsə quyruqlayın əfi, kələzi.

Əhməd Oruc:

Qulağınız boyu sizlər batası,
Çatacaq "DUİ"-yə bossun qidası,
Bəsdi bizə İsan bizə xeyir-duası,
Sizə "Azadlığ"ın zibil dərəsi.

Nurəddin Məmmədli:

Çatınız qırılsa, kəmənd də verməz,
Ehtiyac olanda, sement də verməz,
Heç bir boss sizlərə bir sent də verməz,
Sizin bəsinizdi bossun birəsi.

Digər xəbərlər