PDF Oxu

Köşə

  • 5

Əli İsanı "Azadlığ"a, İsa isə həmkarını Müsavata çağırır

Əli İsanı "Azadlığ"a, İsa isə həmkarını Müsavata çağırır

Qabil Hüseynli:

Siyasi paritet bu gün bizdədi,
Bossun qrantı da əlimizdədi,
"Yurd" Əli uğuru bəlkə tezdədi,
Əlinin, İsanın dueti ancaq,
Bizə böyük uğur gətirəcək, bax,
Digər blokların yumurtası lax.

Əvəz Temirxan:

Hansısa şuraya gedir, bilmirəm,
Bəlkə də paraya gedir, bilmirəm,
Müsavat haraya gedir, bilmirəm,
Əli Lalə ilə bizdə qalacaq.

Qabil Hüseynli:

Sizin liderlərin mərd ürəyi yox,
Nə də süfrənizdə boss çörəyi yox,
Sənin blokunun gələcəyi yox,
Sizlərdə problem lap qalaq-qalaq.

Əvəz Temirxan:

Sərsəmsiz və loxsuz işiniz aşmaz,
Nə də ki, sroksuz işiniz aşmaz,
Yüz faiz bloksuz işiniz aşmaz,
Bosslar da sizlərə gələr, badalaq.

Qabil Hüseynli:

Müsavat bir dostdu, dost pulu alar,
Mostu qırılanda, most pulu alar,
İsa qalaq-qalaq boss pulu alar,
"Azadlıq" bloku yeyər şapalaq.

Əvəz Temirxan:

Mənə və Laləyə yuxu çin olar,
Sizin qəlbinizdə nifrət, kin olar,
"Azadlıq" qaşqaldaq, bildirçin olar,
Sizin Müsavata çatar yapalaq.

Qabil Hüseynli:

Xəbər verəndə də onu bəd verrik,
Elektorata da bərəkət verrik,
Hər bir məntəqəyə namizəd verrik,
Burada deputatlar olar topalaq.

Əvəz Temirxan:

Çoxsaylı kütləni dəng edirsiniz,
Qrantverən bossla əng edirsiniz,
Sizlər inkişafa ləng gedirsiniz,
"Azadlıq"sa gedir yüyrək, çaparaq.

Qabil Hüseynli:

"Azadlıq", iflasa doğru tuş gedin,
Atın texnikanı, yenə hoş gedin,
Sizlər gələcəyə cibiboş gedin,
Bizsə kütlələrə dollar aparaq.

Əvəz Temirxan:

Sizlər içkilərdə uduzasanız,
Eynəkdə, açkilərdə uduzasınız,
Heç də seçkilərdə uduzasınız,
Bizsə ad çıxaraq uğur yaparaq.

Qabil Hüseynli:

Sizlər özünüzə parça, bez tikin,
Həm də yubanmayın xeyli tez tikin,
Kütlə ciblərinə sizlər göz dikin,
Yaşarıq bosslardan qrant qaparaq.

Əvəz Temirxan:

Sizdə ön sırada qadağa gedər,
Müsavat İsaya sadağa gedər,
"Azadlıq" daha da qabağa gedər,
Sizin Müsavatı yerə çırparaq.

Qabil Hüseynli:

Bizi düşündürmür nə vətən, diyar,
Əliylə Lalə bir pamidor-xiyar,
"Azadlıq" həmişə yerində sayar,
İsa qrant alar kiprik qırparaq.

Əvəz Temirxan:

Müsavat bir işi qəlp eyləməkdə,
Bizlərsə mahirik qəlb eyləməkdə,
İsanı boss pulu cəlb eyləməkdə,
Əlini, Laləni zakuska, araq.

Qabil Hüseynli:

"Azadlığ"ı lilli axara atın,
Əli Əliyevi naxıra qatın,
Laləni götürüb kənara atın,
İstərdik Əliylə əlaqə quraq.

Əvəz Temirxan:

Sizin hər gününüz dərdi-qəm olsun,
İsanın, Arifin altı nəm olsun,
Qoy sizin Müsavat cəhənnəm olsun,
İcazə ver sizdən kənar oturaq.

Qabil Hüseynli:

"Azadlıq" getməkdə iflas, çat səmtə,
İsa da baxmaqda pul, barat səmtə,
Dedik Əli gəlsin Müsavat səmtə,
Razı olmayın ki, biz yaxa cıraq.

Əvəz Temirxan:

Nədən qərargaha kəl çəkmirsiniz?
Bağ-bağat salmaqçün vəl çəkmirsiniz?
Niyə siz Əlidən əl çəkmirsiniz?
Söylə, sizmi durak, yoxsa biz durak?

Qabil Hüseynli:

Demədik "Azadlıq" coşsun, qudursun,
İstərik İsa tək yerində dursun,
"Yurd" Əli bizimlə əlaqə qursun,
Sizin qaranlığa tutarıq çıraq.

Əvəz Temirxan:

Gəlsə "Azadlığ"a İsa tək talant,
Daim alarsınız ehsan tək qrant,
Sizə vəd edirik leysan tək qrant,
Havalar keçsə də bir qədər quraq.

Qabil Hüseynli:

Yorğan-döşək də yox evlərinizdə,
Dablyular azalıb veplərinizdə,
Bir sent olmasa da ciblərinizdə,
Deyirəm hərəyə yüz əlli vuraq.

Əvəz Temirxan:

Çox su aparacaq yəqin bu xəmir,
İsa da, Əli də pul yox, qan əmir,
İndi heç bosslar da qrant göndərmir,
Bəlkə biz birləşib mağaza yaraq?

Digər xəbərlər