Vurğun Əyyubov:
Lalə Əvəzlə boss pulunu gözlər,
"VİP" Əli yağacaq dolunu gözlər,
Müsavat Cəbhənin yolunu gözlər,
O zaman çox möhkəm blok yaranar,
Yaranar, özü də çox pak yaranar,
Radikallar içrə bir haqq yaranar.
Əli Əliyev:
Başqanı yenəcək xəzri havası,
Onun Cəbhə ilə bitmir davası,
Qoy getsin başından Əli sevdası,
İsada sağalmaz bir rak yaranar.
Vurğun Əyyubov:
Lalə, Əli bura çətin sığışar,
Bəzən pəncələşib şir tək boğuşar,
"Azadlığ"a çoxlu qurum yığışar,
Əli vücudunda saf maq yaranar.
Əli Əliyev:
"Azadlıq" üstünə sən az yara qoy,
Cəbhəni almaqçün xeyli para qoy,
Əlini, Laləni bir kənara qoy,
Sənin başqanına sərt lağ yaranar.
Vurğun Əyyubov:
Sədrinin gözündə ümid közərsə,
Xoş olar, bloka girib dözərsə,
Başqandan yaşınıb ayrı gəzərsə,
Əlinin qəlbində şiş dağ yaranar.
Əli Əliyev:
Başqanın özünə Jan Qus deməsə,
Bizə evimizdə qan qus deməsə,
İsa bəy Laləyə casus deməsə,
Vallah, "Azadlıq"da çim yağ yaranar.
Vurğun Əyyubov:
Üstündə olardı bossların əli,
Heç bir kəs deməzdi ona şübhəli,
İsanın yanına gələrsə Əli,
Müsavatda böyük bir dağ yaranar.
Əli Əliyev:
Başqan nəzərini üfüqə salsa,
Sazişçün araya rəfiqə salsa,
İsa "Azadlıq"da təfriqə salsa,
Gözündə öləri bir ağ yaranar.
Vurğun Əyyubov:
Üstündən çırpsaydı külü, Mirmahmud,
Həm də olmasaydı dəli Mirmahmud,
Birlikdə olsaydı Əli, Mirmahmud,
Səhra cənnət olub bir bağ yaranar.
Əli Əliyev:
Bu gün yüngül qrip "Azadlıq"dadır,
Çox İsa kimi tip "Azadlıq"dadır,
"MBH" ilə "VİP" "Azadlıq"dadır,
Onlar arasında sərt bağ yaranar.
Vurğun Əyyubov:
Əli Lalə deyib forslaşmaqdadı,
Əlaqə genəlib mostlaşmaqdadı,
Mirmahmud İsaya dostlaşmaqdadı,
"SİDSUH", "DUİ"-fason bir çağ yaranar.
Əli Əliyev:
Ufacıq alçaq dik düzəltmisiniz,
Guya əlçatmaz pik düzəltmisiniz,
Çox sarsaq bir birlik düzəltmisiniz,
Başında İsa tək bir vağ yaranar.
Vurğun Əyyubov:
O vaxt ki, "Yurd" Əli sülüyə dönər,
Müsavat nəhəng bir bölüyə dönər,
"Azadlıq" böhtanda ölüyə dönər,
İsa yer üzündə tam sağ yaranar.
Əli Əliyev:
Bir vaxt viski ilə dolacaqdı cam,
Dolub-boşalacaq o zaman hamam,
Elə ki, "Azadlıq" dirçəldi tamam,
Xəzərin yerinə araq yaranar.
Vurğun Əyyubov:
O vaxt iğtişaşa qaçılacaqdır,
Üstünə şəfəqlər saçılacaqdır,
İsanın bazarı açılacaqdır,
İçindən div çıxan çıraq yaranar.
Əli Əliyev:
İsa qurumunu tək ada bilsə,
Lider badəsini həm dada bilsə,
Müsavat nələri yarada bilsə,
Yalnız "Azadlıq"dan iraq yaranar.
Vurğun Əyyubov:
"MBH", "VİP" Əli tatçılıq edər,
Əli mehtərçilik, atçılıq edər,
Quruma İsa bəy başçılıq edər,
Yaranan Əlidən qıraq yaranar.
Əli Əliyev:
Laləylə "VİP" Əli şöhrətlənəndə,
İsa öləziyib hiddətlənəndə,
Cəbhə əvvəlki tək qüdrətlənəndə,
Blok həyatında varaq yaranar.
Vurğun Əyyubov:
Bəzi radikallar quş olan zaman,
Bəla-müsibətə tuş olan zaman,
Mirmahmud bizlərə qoşulan zaman,
Yenə də əvvəlki bol tağ yaranar.
Əli Əliyev:
İsa çıxa bilməz yumru halədən,
O çəkər əziyyət ah-uf, nalədən,
"Yurd", "VİP" Əlilərdən, bir də Lalədən,
"Azadlığ"a möhkəm yaraq yaranar.
Vurğun Əyyubov:
Qışqırar Müsavat, həm coşar kütlə,
Bizim şənimizə söz qoşar kütlə,
İsa ətrafına toplaşar kütlə,
Sizin "Azadlıq"da durak yaranar.
Əli Əliyev:
Murdar niyyətlərin bəd qəsbi olar,
Sizdəki uğur da çox nisbi olar,
Ay-ulduz bizlərin nəsibi olar,
Müsavatda çəkic-oraq yaranar.