Novella Cəfərova:
Radikal cinahda İsa qoç olub,
Novella da ona sadiq doç olub,
Lalə cərgəmizə sonra qoşulub,
Deyir siyasətdə məşhur arvadam,
İsanı söyməkdə xoşbəxtəm, şadam,
Başqan tək süni yox, əsil ifratam.
Lalə Hacıyeva:
Müsavatdan ayrı düjün camımız,
Bossların önündə dizin hamımız,
Deyir ki, agentik bizim hamımız,
İsa böhtanına heç dözməz adam.
Novella Cəfərova:
Müxalifət içrə yayılmaqda şər,
Beləsi sizdə də olar yüz nəfər,
Xarici casuslar azdırmı məgər?
Agent ürəklərə qoy gəlsin qadam.
Lalə Hacıyeva:
"Arvad Cəfəroğlu" absurd sözü nə?
Bunlar görünmürmü sənin gözünə?
Necə sığışdırdın bunu özünə,
De görüm, sən özün adamsan, cüdam?
Novella Cəfərova:
Dilimdə səslənən öz bayatımdı,
Casus ki, deyiləm, düz həyatımdı,
Cəfəroğlu mənim türk soyadımdı,
Bunu duymayana düşmənəm, yadam.
Lalə Hacıyeva:
Etiraf edirsən: kişi deyilsən?
Cəfəroğlu, bəlkə dişi deyilsən?
Orda arvadların beşi deyilsən,
Sənə ağıl versin qoy adil Xudam.
Novella Cəfərova:
İsanın şöhrəti çox-Yan Qus kimi,
Sənsə siyasətə gəldin tuz kimi,
Səni tanıyırıq bir casus kimi,
"KQB" adını qoymuşdu "Madam".
Lalə Hacıyeva:
Zaman keşməkeşi səni əyibmi?
Başqan boss pulunu dişləməyibmi?
İsa DTK-ya işləməyibmi?
Yoxsa səhv edirəm, ay "oğul" madam?
Novella Cəfərova:
İsa qurd, sən isə quzu deyilsən,
Bossun ayağının tozu deyilsən,
Heç sən də az aşın duzu deyilsən,
Ay dodağı püstə, gözləri badam.
Lalə Hacıyeva:
Həmişə "al" oldun, heç "ver" olmadın,
Soyadın "oğlu"du, sən ser olmadın,
Ömründə mənim tək lider olmadın,
Heç bundan sonra da olmazsan müdam.
Novella Cəfərova:
Çoxları meydanda paçada durdu,
Lalə də yöndəmsiz haçada durdu,
İsa siyasətdə ucada durdu,
Sənsə siyasətdə olmusan banan.
Lalə Hacıyeva:
Sən yoxdun, İsayla əhli-hal olduq,
Bosslar qarşısında susduq lal olduq,
Meydanda hamımız radikal olduq,
Bir sənsən radikal əslini danan.
Novella Cəfərova:
Qrantsız ürəyin ağrımaqdadır,
Sancılar qarnını doğramaqdadır,
"MBH"-n süquta uğramaqdadır,
Bizmi qanmaz olduq, sənsənmi qanan?
Lalə Hacıyeva:
Sənə bu günündə kəfəndi molla,
Sərsəm ideyanı İsaya zolla,
Süjeti qarışmış adi novella,
İsamı olacaq halına yanan?
Novella Cəfərova:
Bizə qoşulmaqda günahların çox,
Özünü yalandan gəl tutma sən tox,
Sənin əməlli bir qərargahın yox,
Başına çökməkdə yararsız binan.
Lalə Hacıyeva:
Dəmir ledi adım sayın qalıbdı,
Yalnız İsa adlı dayın qalıbdı,
Artıq hayın gedib, vayın qalıbdı,
Başın bağlanıbdı, qoyulub xınan.
Novella Cəfərova:
Artıq vaxtın keçib, daşmaqda qazan,
A Lalə, iflasa uğradın asan,
Sən dərin quyuya yuvarlanmısan,
Heç çıxara bilməz Yusifi-Kənan.
Lalə Hacıyeva:
Sənin üzün çirkin, içinsə saman,
Başının üstündə sıxlaşır duman,
Mən qızğın çıxışlar etdiyim zaman,
Səndin işlərini donduran, donan.
Novella Cəfərova:
Sən bahar deyirdin, qış qırdığım vaxt,
Gözdən itmədinmi hıçqırdığım vaxt?
Mən başqan önündə qışqırdığım vaxt,
Sən idin büstünü palçıqdan yonan.
Lalə Hacıyeva:
İndi də xəyala dalanda İsa,
Dərin xəyallara dalanda İsa,
Tamam hərəkətsiz qalanda İsa,
Üstünə sərilər tənzifin, cunan.
Novella Cəfərova:
Bir liberal kimi şirnikdin pula,
Bu yerdə başını sən gəl az bula,
Sən çox gec düşmüşdün radikal yola,
İnamın yoxdusa, bir daha sınan.
Lalə Hacıyeva:
Bir gün də keçməmiş hələ şər günüm,
Olmaz səninkindən də betər günüm,
Qoy mənim sınaqda keçsin hər günüm,
Sən isə kütlələr önündə qınan.