Nurəddin Məmmədli:
Nə "DUİ", nə "ATA" heç bərbad deyil,
Nə "VİP", nə "MBH", bil, naşad deyil,
Elə "Azadlıq" da Müsavat deyil,
İsanınkı bosslar, bir də paradı,
Bütün elektorat bizi aradı,
Bu gün Müsavatın günü qaradı.
Əhməd Oruc:
Afərin "DUİ"-nin üzvlərinə,
"Azadlıq", min alqış hər liderinə,
Müsavat, üzdəsən, getmə dərinə,
Sənin hər bir əzan qaysaq, yaradı.
Nurəddin Məmmədli:
Tura çatdırmışdı Musa özünü,
Göstərmir bir bizdə tasa özünü,
Yaman dartmaqdadı İsa özünü,
Ürəyi ağrıdan para-paradı.
Əhməd Oruc:
Bu çağlar İsanın bəlası çoxdu,
Bir məlhəm qoymağa xalası yoxdu,
Vallah, Müsavatın xilası yoxdu,
Yalnız bossun pulu dərdə çaradı.
Nurəddin Məmmədli:
Boğuq İsa səsi quyudan gəlir,
Plov əla yağdan, düyüdən gəlir,
Xilas "Azadlıq"dan, "DUİ"-dən gəlir,
Çağır Koroğlunu, hayla Qıratı.
Əhməd Oruc:
Üzvlər Müsavata indi kəm keçir,
Başqanın qəlbindən kədər-qəm keçir,
İsanın beynindən cəhənnəm keçir,
Müsavatın səmti birbaş goradı.
Nurəddin Məmmədli:
Hər bir müsavatçı bu gün tindədi,
Başqan elə bilir azıb, Çindədi,
İsa yanar səhra tupikindədi,
Hələ də dərk etmir indi hardadı?!
Əhməd Oruc:
Bossundan İsa az para alanda,
Öz son kağızını qara alanda,
Müsavat sağalmaz yara alanda,
Onun yarasını Lalə sarıdı.
Nurəddin Məmmədli:
Bir səbat qalmayıb bədəndə, canda,
İsa qurumu tək boğulub qanda,
Müsavat batardı tində, dalanda,
Bəlası üzünə dolmuş xoradı.
Əhməd Oruc:
Hamı elə bilir başqan kəl qalıb,
Onda həvəs ölüb, bir baş - əl qalıb,
İsa bu halına mat-məətəl qalıb,
Onu silkələyən ali şuradı.
Nurəddin Məmmədli:
Başqanın pozulub yaman əhvalı,
Piydən təmizlənib qabağı, dalı,
Ancaq tərpənməyə qalmayıb halı,
İsaya ilişən zorba koradı.
Əhməd Oruc:
Çoxları istərdi qırpa mismarı,
Götürüb tavana çırpa mismarı,
O, çıxarıb atmır zorba mismarı,
Elə bilir kora dərdə çaradı.
Nurəddin Məmmədli:
İndi siyahıda çəkilmir adı,
Aləmi tutubdu ahı, fəryadı,
İsa elektorat sorağındadı,
İndi axtarmaqda Qobu, Coratı.
Əhməd Oruc:
Qanlı yaş tökülür qısa gözündən,
Düşüb Keçəl Həmzə, Kosa gözündən,
Düşüb Maksimilyan İsa gözündən,
Artıq təlqid edir Jan Pol Maratı.
Nurəddin Məmmədli:
O, elə bilir ki, tələ azalıb,
Gözündə göz yaşı, gilə azalıb,
İsanın reytinqi elə azalıb,
Onun Müsavatda yoxdu bratı.
Əhməd Oruc:
İsa gülüstanı xar gətiribdi,
Tövləsi göreşən, mar gətiribdi,
Kədəri gözünə tor gətiribdi,
Çapırdır dördnala minib kor atı.
Nurəddin Məmmədli:
Elə zənn edir ki, o, zirək gedir,
Kənardan deyirlər o, kövrək gedir,
Payız seçkisinə İsa tək gedir,
Hələ gül açmamış arzu- muradı.
Əhməd Oruc:
Kəsib maliyyəni o boss şarlatan,
Yoxmu siyasətdə onu parladan,
Bol məhsul götürmək istər tarladan,
Ancaq aparmamış şumda aratı.
Nurəddin Məmmədli:
İndi Müsavatda hamı yatsa da,
Üzvlər kədərə-qəmə batsa da,
İsa ətrafının səsi batsa da,
Ətrafa yayılır ünü, fəryadı.
Əhməd Oruc:
Qarsımaz sifəti xeyli bəyazdı,
Gözünü qorxudan silah dəryazdı,
Hamı yaxşı bilir İsa dayazdı,
Arif, Qabil sanır İsa dəryadı.
Nurəddin Məmmədli:
Çoxu yaxşı bilir ötüşdüyünü,
Danır aradabir çox içdiyini,
İddia etsə də yetişdiyini,
Bağında üzümü hələ qoradı.
Əhməd Oruc:
Əvvəl dost bilirdi hər bir harını,
Sonra gördü doymur xaşal qarını,
Hələ tapmasa da yaxşılarını,
Qapı-qapı düşüb o, dost aradı.