PDF Oxu

Köşə

  • 23

Ariflə Nurəddinin “Azadlıq" -Müsavat münasibətləri haqda deyişməsi

Ariflə Nurəddinin “Azadlıq" -Müsavat münasibətləri haqda deyişməsi

Arif Hacıyev:

Dedik qalmaqalsız və şoksuz gedək,
Mandat qazanmağa bloksuz gedək,
Mayallaq aşanda sroksuz gedək,
Seçki Məcəlləsi hüdudunda biz,
Addım ata billik məqsədyönlü, düz,
İstər bizə inan, istər dodaq büz.

Nurəddin Məmmədli:

Parlamentə getsək, blok yaxşıdı,
Yolunu sapana srok yaxşıdı,
Həmişə sonuncu itoq yaxşıdı,
Beyin aydınlaşır hər vuranda yüz.

Arif Hacıyev:

Bir vaxt Lalə dedi Əli ceyildir,
Xalqdan üz döndərən aqil deyildir,
Şalvar geyinmək də adi meyildir,
Qəvvas deyilsənsə, Xəzərdə az üz!

Nurəddin Məmmədli:

"Yurd"un ünvanına çoxu deyinir,
Arif İsasıyla yaman öyünür,
Bu gün qız-qadınlar şalvar geyinir,
Onlara kim deyir kişisiniz siz.

Arif Hacıyev:

Ağıza şokalad, badam cəlb edək,
Parlamentə çoxlu adam cəlb edək,
Ya da çoxlu qadın, madam cəlb edək,
Dirsək şikəst edək, yaralayaq diz.

Nurəddin Məmmədli:

Dinləməyənlərə çox sərin deyək,
Dinləyən kəslərə, söz dərin deyək,
Bizimlə gedənə afərin deyək,
Bizdən dönənlərin altda qoyaq biz.

Arif Hacıyev:

Sən də öz yaxanı gəl az yana ver,
Böhtan, iftira de, bizi qana ver,
Laləylə, Əliyə tribuna ver,
İsanın altına qoyun kürsü, miz.

Nurəddin Məmmədli:

Günün-güzəranın fəryad olubdu,
Sənin qurumunda çox çat olubdu,
Müsavat yıxılıb bərbad olubdu,
"Azadlıq" meydanda salıb dərin iz.

Arif Hacıyev:

Çənəni boş qoyub xərifləmə sən,
Nə də seçicini hərifləmə sən,
Əlini, Laləni tərifləmə sən,
Nə mənim, İsanın ürəyini üz!

Nurəddin Məmmədli:

Nə kifayət qədər mən varan kəsəm,
Nə də sən deməsən ki, baran kəsəm,
Nə mən agentliyi bacaran kəsəm,
Nə də sən İsanı üstələyən göz.

Arif Hacıyev:

Lazımi yerində yoxsa giriş də,
Səni həriflərlər lap ilk gedişdə,
Əlindən gəlmirsə adi bir iş də,
Basma ürəyinə sən kiminsə köz.

Nurəddin Məmmədli:

Batin soraqlama, zahir deyilsən,
Gəl Zöhrə axtarma, Tahir deyilsən,
Sən ki, danışmaqda mahir deyilsən,
Nə üçün ağzında döndərəsən söz?

Arif Hacıyev:

Səni dəstəkləyən dairə yoxsa,
Şeş atma, zərində dü barə yoxsa,
Dərdinə Lalədə bir çarə yoxsa,
Qınına qapılıb əməllicə döz.

Nurəddin Məmmədli:

Boss sədəqəsindən dartmırsa sənə,
Artıq-urtuğundan çatmırsa sənə,
Aldığı qrantdan atmırsa sənə,
Tərif yağdırmaqdan İsaya, sən bez.

Arif Hacıyev:

Həyəcan siqnalı çalmırsa Lalə,
Bossun dərgahında qalmırsa Lalə,
Xarici sifariş almırsa Lalə,
"Yurd" astanasında can verərək çez.

Nurəddin Məmmədli:

Yalandan deməyin bic tərpənirsiz,
Hamı yaxşı bilir gic tərpənirsiz,
Sizlər ki, bu qədər gec tərpənirsiz,
Bar dərə bilməzsiz özünüz də tez.

Arif Hacıyev:

Dubinka olmamış əsadan güclü,
Boss qrantı olmaz kasadan güclü,
Lalə ilə Əli İsadan güclü,
Siyasi fəhminlə bunu anla, sez.

Nurəddin Məmmədli:

Ağıza ət dəyər kimlər "qa" desə,
Dərhal qamarlayın rus boss "na" desə,
Təsiri az olar İsa "da" desə,
Əli də, Lalə də söyləməkdə "yes".

Arif Hacıyev:

İsa boss puluyla öyür təcili,
Sübh tezdən astaca gəyir təcili,
İsanın yanına yüyür təcili,
Nurəddin, Əliylə əlaqəni kəs.

Nurəddin Məmmədli:

Təcili, ya həzin nə edəcəksən?
Öləzisə közün, nə edəcəksən?
Bilmirsən sən özün nə edəcəksən?
Sabahını düşün, Arif, salma səs.

Arif Hacıyev:

Özündə sən güc tap, səddi aş, tezcə,
"Azadlığ"ı tərk et, ordan qaç tezcə,
Əlidən, Lalədən uzaqlaş, tezcə,
Ya da yelə dönüb, Müsavata əs.

Nurəddin Məmmədli:

Sənə çox ağırdı, çulunu tərk et,
Ya da almadığın pulunu tərk et,
Arif, ya İsanın yolunu tərk et,
Ya canını tapşır, düzəxə tələs.

Digər xəbərlər