PDF Oxu

Köşə

  • 18

Pənah İsanı radikal bloka getməməkdə suçlayır

Pənah İsanı radikal bloka getməməkdə suçlayır

Pənah Hüseynov:

Blokları, birlikləri daşıyır,
Bəzən durub dirlikləri daşıyır,
Buna İsa məsuliyyət daşıyır,
Guya Lalə, Əvəzlərdə amal pis,
Deyir Sərdar, Rəsul olub pamal pis,
Bir də deyir "Ümid"də də İqbal pis.

Vurğun Əyyubov:

Bu adama çoxdan diqqət verirəm,
Nahaq yerə mən nəsihət verirəm,
Pənaha mən bir məsləhət verirəm,
Qoy deməsin İsada var kamal pis.

Pənah Hüseynov:

Həmkarları fikir vermir sözünə,
Zülmət çöküb onun iki gözünə,
İsa özü zərbə vurub özünə,
İfrat verməz heç vaxt ona macal pis.

Vurğun Əyyubov:

Kim ki, görməyibdi lisa gücünü,
Alar peysərindən əsa gücünü,
Pənah qəbul edir İsa gücünü,
Çəkəndə də, yenə çəkir misal pis.

Pənah Hüseynov:

Toğlu var doğmaca qoyundan qaçır,
Adam var, dözməyib toyundan qaçır,
İsa bəy siyasi oyundan qaçır,
Həm də çalır qaboy, qarmon, qaval pis.

Vurğun Əyyubov:

Qəlbində mərəzli qüssə tapınıb,
Elə bu səbəbdən nəhsə tapılıb,
Deyəsən, bu Pənah hissə qapılıb,
Deyir həm "Qazprom",
"Lukoyl", "Azal" pis.

Pənah Hüseynov:

A Vurğun, yuxudan sərbəst durubsan,
İsanın adıyla büsat qurubsan,
Qazlısan, kükrəyib fantan vurubsan,
Sən də başqanın tək soyu, azal pis.

Vurğun Əyyubov:

Ömrümün yazını verirəm sənə,
Sevimli tazımı verirəm sənə,
A Pənah, qazımı verirəm sənə,
İqbaldan, Lalədən yenə qaz al pis.

Pənah Hüseynov:

İsa kimisini qul göndərərəm,
Altına salmağa çul göndərərəm,
Əli Əliyevə pul göndərərəm,
Sevdiyin başqançün fındıq-qoz al pis.

Vurğun Əyyubov:

Çulun var özünü, dostları çulla,
İdeyalarını kənara tulla,
Əli Əliyevin verdiyi pulla,
Ağız dadı üçün xeyli duz al pis.

Pənah Hüseynov:

Həm öz kimliyini yada gətirrəm,
Sizin Müsavata qada gətirrəm,
Mən duzla ağzımı dada gətirrəm,
Başına çəkməyə sən get maz al pis.

Vurğun Əyyubov:

Boss var əl uzadıb kürək oxşayır,
İsanı da qatıb, dirək oxşayır,
Mazda sürüşkənlik ürək oxşayır,
Sənsə təskinlikçün böyük paz al pis.

Pənah Hüseynov:

Sizin yanınızda keçmir bir sözü,
Həm qarışıq salıb gecə-gündüzü,
Artıq o yanadı İsanın üzü,
Çıxışçün Divanda danış, söz al pis.

Vurğun Əyyubov:

Musiqidə cazım gerçəkləşməyib,
İsa kimi dazım gerçəkləşməyib,
Yeganə bir arzum gerçəkləşməyib,
Pənah, səni görüm bozar, sozal pis.

Pənah Hüseynov:

İsa mövqeyinə cəm tutmaq üçün,
Bir az da zilinə bəm tutmaq üçün,
Sədrinin böyründə dəm tutmaq üçün,
Get sazbənd yanına telli saz al pis.

Vurğun Əyyubov:

Pənaha tanışdı əsa uğuru,
Gedin əldə edin qısa uğuru,
Səni yandırırsa, İsa uğuru,
Gözünə tökməkçün sən də toz al pis.

Pənah Hüseynov:

Radikal problem çözməyəcəkdir,
Başqan Avropada gəzməyəcəkdir,
Ürək istefaya dözməyəcəkdir,
Bazardan İsayçün soyuq buz al pis.

Vurğun Əyyubov:

Balığı raçkilər dəstəkləməzlər,
Başqanı axçilər dəstəkləməzlər,
İsanı yaxşılar dəstəkləməzlər,
Onunçün xeyli dul, həm də qız al pis.

Pənah Hüseynov:

İsa öyrənsəydi həmkar rəyini,
Bilərdi başqan tək öləcəyini,
O, heç yaxşı görmür gələcəyini,
Onunçün get bir cüt əyri göz al pis.

Vurğun Əyyubov:

İqbalı, Sərdarı yarıtmaq üçün,
Ağrıyan başını sarıtmaq üçün,
Yeni bir ideya yaratmaq üçün,
Yaddaşa basmaqçün çoxlu göz al pis.

Pənah Hüseynov:

Qoyma ki, başqanın çox fikrə dalsın,
Nə də aralıqda təfriqə salsın,
İstəsən ki, İsa qələbə çalsın,
Bosslardan qrantı daim düz al pis.

Vurğun Əyyubov:

Cavan quzu qoca dişə yaramaz,
Sizlərə uğursuz peşə yaramaz,
Damalar, valetlər işə yaramaz,
Çalış ki, əlinə sən üç tuz al pis.

Digər xəbərlər