PDF Oxu

Köşə

  • 15

Blok yaratmaq həvəsi səngiməyib

Blok yaratmaq həvəsi səngiməyib

Mirmahmud Fəttayev:

Radikal birliyi sinəmizdə dağ,
Yarada bilməsək bu olardı ağ,
Pənah istəmədi blok yaradaq,
"Azadlıq" "DUİ"-nin dostu olmalı,
Bura Qüdrət, Fazil postu olmalı,
İqbal da aralıq mostu olmalı.

Qabil Hüseynli:

Avropa verəni yeyəmmir İsa,
Çox şeyi ağardıb deyəmmir İsa,
Standartsızları bəyənmir İsa,
Bizdə birləşmənin QOST-u olmalı.

Mirmahmud Fəttayev:

İsa yaxşı bilir talant yığmağı,
Gərək bacarasan asan yığmağı,
Bloka girənin qrant yığmağı,
Bir də bəlağətli tostu olmalı.

Qabil Hüseynli:

Kim salmaq istəsə halə bloka,
Gözdən axıtmasın jalə bloka,
Çılpaq gəlmək istər Lalə bloka,
Gələnin Mirmahmud çustu olmalı.

Mirmahmud Fəttayev:

Radikal əhvalı buz, qırov olub,
İllərlə məşvərət, söhbət-sov olub,
Pənah ideyası uzunsov olub,
Burada taktika yastı olmalı.

Qabil Hüseynli:

Bizim çatışmayan şeyimiz ancaq,
Qabiliyyətsizlik, bir də qanacaq,
Kim desə bloklar cilalanacaq,
Yalandı, birliklər pastı olmalı.

Mirmahmud Fəttayev:

Bizə gələcəkdi əsayla Lalə,
Yaman əlləşməkdə tasayla Lalə,
Danışa bilirsə İsayla Lalə,
Ayağından göyə asdı olmalı.

Qabil Hüseynli:

Bloka girməli tək halal kəslər,
Uzaq olmalıdı bizdən kal kəslər,
Marıqda yatmalı radikal kəslər,
Küncü-bucaqları pusdu olmalı.

Mirmahmud Fəttayev:

Radikal kəslərin yüz meyxanası,
Söyüş meyxanası, söz meyxanası,
Bloka gələnin öz meyxanası,
Öz saz havaları, "Rast"ı olmalı.

Qabil Hüseynli:

Bossla sakit ömür sürən tapılmır,
Mane olanlara hürən tapılmır,
Ayaqbasdı haqqı verən tapılmır,
Əvəzində blokbasdı olmalı.

Mirmahmud Fəttayev:

Lalə öləziyib oddan düşübdü,
Əli də, İsa da xoddan düşübdü,
İndi "KQB"-şnik moddan düşübdü,
Xarici agentin çastı olmalı.

Qabil Hüseynli:

Hamı yaxşı bilir satmaz naz İsa,
Əlini, Laləni edər qaz, İsa,
Güclü-gücsüz blok tanımaz İsa,
Bizə doğru gələn çisti olmalı.

Mirmahmud Fəttayev:

Təklifçi Laləni udan Əlidi,
Birləşmək istəyən dəli-dülüdü,
Yetkili bloku bəzəməlidi,
Gələnin rəssam tək kisti olmalı.

Qabil Hüseynli:

Əli Əliyevi atmalı artıq,
"Yurd"çu Əlini də satmalı artıq,
Laləni utilə qatmalı artıq,
Yerinə Qızyetər, Bəsti olmalı.

Mirmahmud Fəttayev:

Hər cürə birliyə qəfil razıyıq,
Bossla danışığa, səfil, razıyıq,
İlıqtəhər yerə yekdil razıyıq,
İsa bəyin yeri isti olmalı.

Qabil Hüseynli:

Bizlərdə nə topal, nə də kor yoxdu,
Gələnlər qoy bilsin burda xor yoxdu,
Blokda ədasız şəxsə yer yoxdu,
Gələnin ədası, şəsti olmalı.

Mirmahmud Fəttayev:

İş aşmaz Əliylə, İsayla yalnız,
Lalənin yerinə gəlsin cavan qız,
Olsa da bu blok odsuz-ocaqsız,
Bacasından çıxan tüstü olmalı.


Qabil Hüseynli:

Gərək yeni güclü ideya çözək,
Pulsuz gələnləri tapdayıb əzək,
Bu blokun altı olsa da təzək,
Çox bərli-bəzəkli üstü olmalı.

Mirmahmud Fəttayev:

Gərək çox düşünüb itoq yaradaq,
Payız girənədək bir şok yaradaq,
Kim razı deyilsə blok yaradaq,
Əlində balniçni listi olmalı.

Qabil Hüseynli:

Gələnlər imzalı gəlməli ancaq,
Bizdə qalacaq xoş kəlməli ancaq,
İmzasız gələnlər qaytarılacaq,
Özünün xudmani dəsti olmalı.

Mirmahmud Fəttayev:

Lalə İsa ilə söyüşüb gəlsin,
"Yurd"la "VİP" Əlilər əyişib gəlsin,
İqbal görkəmini dəyişib gəlsin,
Hər gələn blokun məsti olmalı.

Qabil Hüseynli:

Pənah da ideya, üsul etməsə,
Eybi yox dözərik məqbul etməsə,
Özü ifratlığı qəbul etməsə,
Daimi əlaqə kəsdi olmalı.

Digər xəbərlər