PDF Oxu

Köşə

  • 12

"Azadlıq" - Müsavat qarşıdurmasının davamı

"Azadlıq" - Müsavat qarşıdurmasının davamı

Arif Hacıyev:

Ay bizi bloka çağıran kəslər,
Bizim dalımızca bağıran kəslər,
"Blok, blok" deyib hayqıran kəslər,
Bu gün partiyamız olub şirtəhər,
Sizsə axırsınız çayda tirtəhər,
Bizmi birtəhərik, sizmi birtəhər?

Əli Əliyev:

Sizin partiyanı dolu tutubdu,
İsanı kim nə vaxt ulu tutubdu?
Müsavat bədxahlıq yolu tutubdu,
İsanı qarsıbdı hisslər şərtəhər.

Arif Hacıyev:

O ki, başınızda kündə dayandı,
Əli də, İsa da tində dayandı,
İsa da həmişə öndə dayandı,
Axdı alnımızdan zəhmət tərtəhər.

Əli Əliyev:

Bossun dollarından bıqdı dəmadəm,
Neçə dam-divarı yıxdı dəmadəm,
İsa da relsindən çıxdı dəmadəm,
Müsavat anqırdı qəfil xərtəhər.

Arif Hacıyev:

Yenə də tuturam səni yalanda,
Tez-tez məclis qurub tində, dalanda,
Sizlər yığışaraq köşək alanda,
Müsavat gedirdi öndə nərhətər.

Əli Əliyev:

Siz ala qarğanı turac edəndə,
Müsavatı bossa möhtac edəndə,
"Azadlıq" mərəzə əlac edəndə,
Səntirləyirsiniz sizlər çərtəhər.

Arif Hacıyev:

Xaric bizi deyib, əldə pul tutub,
Nə qədər İsa bəy düzgün rul tutub,
Müsavat həmişə aydın yol tutub,
Sizin planınız yanlış, sirtəhər.

Əli Əliyev:

Elə öndə getmək istəyirsiniz,
Boss önündə bitmək istəyirsiniz,
Bizə təsir etmək istəyirsiniz,
Övliyalar təhər, guya pir təhər.

Arif Hacıyev:

Əlimiz alışıb bizim qazanca,
Bizdə od üstədi daim qazança,
Biz nə vaxt istəsək, sizi asanca
Kölgədə qoyarıq, vallah, hər təhər.

Əli Əliyev:

Sizdən uzaqlaşır ümman, dəniz də,
Çatmazsız yüyürmək istəsəniz də,
Nə qədər böyümək istəsəniz də,
Səsiniz çıxmaqda cılız, cırtəhər.

Arif Hacıyev:

Biz daim çıxmışıq səssiz asfalta,
Qoymuşuq minlərlə xoş iz, asfalta,
Çıxa bilməmisiz bizsiz asfalta,
Ayağınız altı kəsək, xırtəhər.

Əli Əliyev:

Bol məhsul olmamış örüşünüzdə,
Yalançı hay-küy var yürüşünüzdə,
Alınmaz əməlli hürüşünüz də,
Çıxar ağzınızdan kobud "mırr" təhər.

Arif Hacıyev:

Kələ-kötürlüdü həzin peşəniz,
Daim iməkləmək, dizin peşəniz,
Yalnız mırt vurmaqdı sizin peşəniz,
Çox şitdi, duzsuzdu o da hırtəhər.

Əli Əliyev:

Qran ünvanına suvaşırsınız,
Əvvəlcə yanına suvaşırsınız,
Bossların canına suvaşırsınız,
Bizlər saqqız təhər, sizlər qır təhər.

Arif Hacıyev:

Məcnun yuxarıda, Leyli aşağı,
Sizlərin olubdu meyli aşağı,
Şüur səviyyəniz xeyli aşağı.
Ağıl-kamalınız cüzi dartəhər.

Əli Əliyev:

Doldurub böhtanla hər qulağını,
Öpüb-yalayarsız tər qulağını,
Pul verəndə öpüb əl-ayağını,
Verməsə sancarsız bossu martəhər.

Arif Hacıyev:

Gecələr yatanda boşalırsınız,
Qüssəyə batanda boşalırsınız,
Papağı atanda boşalırsınız,
Dolanda olursuz yekə şartəhər.

Əli Əliyev:

Aşağı məvacib bəkləmirsiniz,
Qərgahda yuxa kökləmirsiniz,
Əhvalı siz yoxa kökləmirsiniz,
Sizi cəlb eyləyir dövlət - vartəhər.

Arif Hacıyev:

Sizi seçənləri veyil salmısız,
Bizi söydürməyə ceyil salmısız,
Spirtli içkiyə meyil salmısız,
İçki ləzzət vermir sizə nartəhər.

Əli Əliyev:

Neçə partiya var, pezdə qərargah,
Dərədə qərargah, düzdə qərargah,
İndi olmasa da bizdə qərargah,
Sizdə birisi var, o da birtəhər.

Arif Hacıyev:

Kapliyar bərkiyib damarlaşanda,
Müsavatda yollar hamarlaşında,
Bizim görkəmimiz kübarlaşında,
Sizlər görünürsüz zəlil-xartəhər.

Əli Əliyev:

Sizlərə bəslərik qunduz qəzəbi,
Sizsə əridərsiz hər buz qəzəbi,
Xalqın cilovlanmaz sonsuz qəzəbi,
Sizə yapışmaqda nifrin, artəhər.

Digər xəbərlər