PDF Oxu

Köşə

  • 13

Pənah Hüseynov "DUİ"-dən böyük blok axtarır

Pənah Hüseynov "DUİ"-dən böyük blok axtarır

Pənah Hüseynov:

Əlləşib-vuruşub parlamentdə mən,
Radikal yönündə danışdım dünən,
Dedim, ifrat həmkar, qabağa çıx sən,
Radikal cinahda daim öndə dur,
Ya ayağa durub yeni blok qur,
Ya da qeyzə gəlib, onu vur uçur!

Mirmahmud Fəttayev:

Əli də, İsa da, sən də böcəksən,
Yəqin boss qrantı dişləyəcəksən,
Söz verdin "DUİ"-yə işləyəcəksən,
İndi başqa yerdən səsin gəlir gur.

Pənah Hüseynov:

İstəmərəm olsun mənə yük qurum,
Nəyimə gərəkdi, de, tək-tük qurum,
Məni çağırmasa bir böyük qurum,
"DUİ"-yə gələcəm, yerində otur!

Mirmahmud Fəttayev:

Əli "Yurd"da daha dərin püskürür,
İsa bəy bir qədər şirin püskürür,
"Azadlıq", Müsavat irin püskürür,
"DUİ" saçmaqdadı dörd yanına nur.

Pənah Hüseynov:

Meydanda çox gördüm həm şiti, şoru,
Mənəm radikalın gəmidə doru,
Özüm "ideyalar generatoru",
Yükümü götürməz 10-15 qatır.

Mirmahmud Fəttayev:

Durruq qulluğunda kim pul yatırsa,
Batarıq ümmanlar bizi batırsa,
Yum, bədxah ağıza gücün çatırsa,
Bu gün Əli, İsa bizlərə atır.
Pənah Hüseynov:

"Azadlıq" çox istər bir şok yaratsın,
Çoxluq rep istəsə, o, rok yaratsın,
İstəyir nəhəng bir blok yaratsın
Yığışıb beş-altı radikal qotur.

Mirmahmud Fəttayev:

Blok var dovşançün girir kollara,
Blok var möhtacdı adi pullara,
Blok var pul demir milyon dollara,
Blok da var ucuz qrantlar tutur.

Pənah Hüseynov:

Əlidən, İsadan xoş əhval mənəm,
Onlar çömçəquyruq, ağ kifal mənəm,
Paytaxtda bahalı radikal mənəm,
"DUİ"-yə gələrəm, beşcə min yatır.

Mirmahmud Fəttayev:

Boss pulu dördəlli döşə təpənlər,
Çətin məqamlarda cırıb kəfənlər,
Özgə başlarına qrant səpənlər,
Qarşımıza çıxıb bizləri satır.

Pənah Hüseynov:

Bezmədim ifrata əlac etməkdən,
Bədxahlar çəkinmir tıxac etməkdən,
Pənaham, ideya ixrac etməkdən,
Beynim nəbz kimi min dəfə atır.
Mirmahmud Fəttayev:

İş görməmiş, axdı vay tərim demə,
Ah çəkib ürəkdən, sən dərin demə,
Arxı tullanmamış, afərin demə,
Sənə demədik ki, adını batır.

Pənah Hüseynov:

Bosslar nə göndərsə, qapır həmin an,
İmkan düşəndə də edirlər talan,
Başqa radikallar deyirlər yalan,
Mən doğru deyirəm, mahiyyət budur.

Mirmahmud Fəttayev:

Qənaət etmirsən, Pənah, xoş sözə,
Çoxu kül üfürür, naqafil gözə,
Sən bir az təsəlli verirsən bizə,
Əlilər, İsalar vəsait udur.

Pənah Hüseynov:

Kütlələr həmişə mənə dayaqdır,
Deyirlər ki, Pənah bizə mayakdır,
Həm də deyirlər ki, dərddən oyaqdır,
İstəyirsən səslə, çox Cırtdan yatır.

Mirmahmud Fəttayev:

İfratlar gözünə getməyir yuxu,
Çoxunu narahat etməkdə qorxu,
Adını radikal qoyubdu çoxu,
Ancaq heç birində qalmamış abır.
Pənah Hüseynov:

Uzunundan yaxşı qısası, vallah,
Bax, budur sözümün əsası, vallah,
Əlisi, Laləsi, İsası, vallah,
Bossun ünvanını ediblər yağır.

Mirmahmud Fəttayev:

Qışda ayaqlara corab taxırlar,
Aşır qarınlara şərab, çaxırlar,
Özləri çığırtma, kabab tıxırlar,
Bossun qrantları ciblərə axır.

Pənah Hüseynov:

Dedim ki, pis olmaz bizlər də yesək,
Demədim İsadan inciyək, küsək,
Bizim başımıza göydən daş-kəsək,
Onların başına qrantlar yağır.

Mirmahmud Fəttayev:

Tanıyır el-elat, baca Tanrını,
Köməyə çağırram qoca Tanrını,
"DUİ"-mlə seçmişəm uca Tanrını,
Sən İsaya qoşul, bossları çağır.

Pənah Hüseynov:

Sizlər güc verirsiz ancaq yalana,
Qrantı salırsız ilkin plana,
Özünüz dönürsüz əfi ilana,
Pənah qarşınızda adi bir fağır.

Mirmahmud Fəttayev:

Siz hücum çəkirsiz bol-bol örüşə,
Kütlələr çağırır bizi görüşə,
Bizlər müntəzirik mitinq-yürüşə,
Pənah da deputat mandatı taxır.

Digər xəbərlər