PDF Oxu

Köşə

  • 7

Akifsiz və Zəminəsiz Rəsul Quliyev

Akifsiz və Zəminəsiz Rəsul Quliyev

Zəminə Dünyamalıyeva:

Rəsul çağıranda məni haraya,
İlk məlhəm mən qoydum, vallah, yaraya,
İndi mübtəladı qarayaraya,
Okeandan o tayda etməkdədi naz,
Tərəfimdən yaman pisləndi Şahbaz,
O da ayaq alta oldu xəkəndaz.

Akif Şahbazov:

Səni çaşdırmışdı hədsiz paralar,
Önündə baş əydi ciyərparalar,
Qəlbini şişirtdi qarayaralar,
Mənə zərbə dəydi axır ötən yaz.

Zəminə Dünyamalıyeva:

Nyu-Yorkdan gəldi qaymağım, xamam,
Hər iki gözümü örtmüşdü duman,
Rəsulun puluna vuğundum yaman,
Mənim bu dərdlərim səni etdi daz.

Akif Şahbazov:

Birinci sən tutdun məni qılınca,
Ağrılar yeridi bir baş qulunca,
Çox çirkablar atdın mənim dalımca,
Nəhayət, çaldılar sənə də bir paz.

Zəminə Dünyamalıyeva:

Uzun illər boyu aşımı yedi,
Sübh tezdən araqla xaşımı yedi,
Sonra dönük çıxıb başımı yedi,
Boyun da olmadı prostoy palaz.

Akif Şahbazov:

Sənə mal-mülk verdi, mənə qoyun atdı,
Sənə qızılağac, mənə qayın atdı,
Rəsul məni pulla tvist oynatdı,
Sənə nəsib oldu əzəmətli caz.

Zəminə Dünyamalıyeva:

Demədim, Rəsulla rahat olmuşam,
Onunla mən evi bərbad olmuşam,
Tutaq ki, sadəlövh arvad olmuşam,
Bəs niyə önündə olmuşdun sən qaz?

Akif Şahbazov:

Gəl düzünü deyək, ay qız, Zəminə,
Sən saldın Rəsulu axı qəminə,
Ayaq qoyan gündən Rəsul zəminə,
Söylə, haradandı, səndə belə qaz?

Zəminə Dünyamalıyeva:

Rəsul əmr verirdi, sanki bir padşah,
Bizlər işləyirdik, çəkib dərin ah,
Məni quru-quru qovdular, vallah,
Səni qovan zaman sürtmüşdülər maz.

Akif Şahbazov:

Hər bir yetkilini qaz tək ütdün sən,
Məni it gözünə azmı dürtdün sən?
Qəlbində nifrini çox püskürtdün sən,
Sənə demədimmi az quyular qaz?

Zəminə Dünyamalıyeva:

Görəndə qarşında beçə ceyranı,
Niyə imkan verdin seçə ceyranı?
Rəsul nuş edəndə neçə ceyranı,
Niyə onun kimi sən olmadın baz?

Akif Şahbazov:

De, nə vaxt qaldırdın öz belini dinc?
Nə də gerçək etdin öz felini dinc,
Heç zaman qoymadın sən dilini dinc,
Niyə çuşka dedin, mən deyəndə aaz?

Zəminə Dünyamalıyeva:

Andırıb həmişə üzüm kamanı,
Fələk bəxş etmədi dözüm kamanı,
Əlimə alaram özüm kamanı,
Əlinə verərəm sənin telli saz.

Akif Şahbazov:

İt tək zingildəyib, sənə ham vurdum,
Bəzən pəncərədən alov, şam vurdum,
Sənə gendən-genə çox eyham vurdum,
Dedim şəkəri bol, kini eylə az.

Zəminə Dünyamalıyeva:

Götürcək rüşvətdən çoxlu sayda pul,
O dəmdə əlinə keçdi onun rul,
Vaxt-bivaxt kükrəyib qızışdı Rəsul,
Mənə təkan vurdu, sənə bir qapaz.

Akif Şahbazov:

Rəsul selektora güc verən anda,
Soruşdu, necədi pul verən banda?
ADP yarıya parçalananda,
Sərdar dönük çıxıb, qaldırmışdı toz.

Zəminə Dünyamalıyeva:

Dedi Sərdar özü, sındırılmış tir,
Aydın Quliyevlə məsləhətləş bir,
Demişdi Zəminə olsun müşavir,
Akif Şahbazova diyirləyin qoz.

Akif Şahbazov:

Rəsulun qəlbində bir yara qaldı,
Siyasətdən kənar, avara qaldı,
Elə ki, ADP Sərdara qaldı,
"ACP"-ni ömür sürmüşlüyə yoz.

Zəminə Dünyamalıyeva:

Yadında sən yaxşı saxla, Zəminə,
Rəsul çevrilmədi sənin yeminə,
Ürəkdən sevindi ancaq qəminə,
Rsulun üzü boz, sənin çöhrən boz.

Akif Şahbazov:

Rəsul bəy ilişdi qoza-kişmişə,
Biz keçdik, əsasən, paza, qəmişə,
Səninlə kənarda qaldıq həmişə,
Rəsulun üzünə güldü neçə boss.

Zəminə Dünyamalıyeva:

Sənin ünvanına nifrin deyəndə,
Özüm çox qan qusdum iri ləyəndə,
Güldüm, sənə möhkəm təpik dəyəndə,
Mənə təpik vuran hesab etdi kos.

Akif Şahbazov:

Gəzdi okeanı, keçdi düzləri,
Üç-dörd partiyada qalır izləri,
Zibil qutusuna atdı bizləri,
Özü "ACP"-yə axtarır tros.

Digər xəbərlər