“DUİ”, “Azadlıq” və Müsavat sövdələşməsi haqqında
Elşad Musayev:
Mirmahmudla birgə görüşə getdik,
Guya biz bürüşə-bürüşə getdik,
Laləylə, Əliylə döş-döşə getdik,
Fikrimiz yox bizim bloka atmaq,
Ya da ki, mərkli məqsədə çatmaq,
İstərdik birlikdə blok yaratmaq.
Əli Əliyev:
"Azadlıq" çox böyük, "DUİ" bir döldü,
Bilirəm, bununla kimlər yüksəldi,
Mirmahmud Elşadla görüşə gəldi,
Arzuları bizlə birlikdə batmaq.
Elşad Musayev:
Birlik libasını "DUİ"-də biçdik,
Bura gələnədək uzun yol keçdik,
Bizlər çox oyaqlıq balzamı içdik,
Sözsüz, məqsədimiz deyildir yatmaq.
Əli Əliyev:
Kimlər oturacaq lider tək taxtda?
Kimlər qalacaqdı xeyli qıraqda,
Birləşməkdən söhbət getdiyi vaxtda,
Əsla, istəməzdik şəbeh, yas tutmaq.
Elşad Musayev:
Heç kim razı qalmaz çərlik yaratsaq,
Çoxu qoşulardı merlik yaratsaq,
Sizlərlə, İsayla birlik yaratsaq,
Əsla, düşünmürük onları satmaq.
Əli Əliyev:
Kütlənin sürəkli axması yaxşı,
"Azadlıq" qolbağı taxması yaxşı,
"DUİ"-nin zirvəyə qalxması yaxşı,
Pis hal sayılardı ödünü udmaq.
Elşad Musayev:
"DUİ"-də bilinir Mirmahmud qədri,
Mən özüm adicə "cırtdan" "MAP" sədri,
Deyirlər şirindi blokun ətri,
İstərdik ecazkar şirinlik dadmaq.
Əli Əliyev:
Biz blok qururduq, bu, deyil banda,
Şöhrəti artacaq onun hər yanda,
Ovu gözləyirik indiki anda,
Çünki tor qurulub, atılıb qarmaq.
Elşad Musayev:
Sizinlə birlikdə udmuşuq tası,
Gəlin bir iş görək, qurmayaq yası,
Əgər baş tutmasa blok sevdası,
O vaxt lazım deyil heç ümid qırmaq.
Əli Əliyev:
Qoy İsa geyməsin əlinə əlcək,
Elşad, sən özün də birliyə əl çək,
"Azadlıq", sözsüz ki, çox iş görəcək,
Gərək Mirmahmud da yelləsin barmaq.
Elşad Musayev:
Yürüşə doğuşu yoğuran zaman,
Birləşək deyərək çığıran zaman,
Onları mitinqə çağıran zaman,
Kütlələr bizlərə çox atıb cırmaq.
Əli Əliyev:
Bossa əl uzatmaq nəcib amildi,
Yaxşı yaşamağa xaric amildi,
Tikmək, bərpa etmək vacib amildi,
Daha asan işdi vurub uçurmaq.
Elşad Musayev:
Təklikdə yoxalıb, itə bilərik,
Blokda güclənib yetə bilərik,
İrəli birlikdə gedə bilərik,
Əsla, lazım deyil adi baş yarmaq.
Əli Əliyev:
Radikallar dözər vətən gedilsə,
Pis olar, qrantsız gödən gedilsə,
Uğur qazanmarıq üzdən gedilsə,
Gərək bacarasan dərinə varmaq.
Elşad Musayev:
Gərək biz etməyək heç vaxt cığallıq,
Qasırğa yaradaq gərək 10 ballıq,
Hərəkət etməsək, qrantsız qallıq,
Bossa qovuşdurar bizi yol-irmaq.
Əli Əliyev:
Bizlər ehtimalda, bizlər gümanda,
Şallaqla vururlar pula cumanda,
Üfüqlər açdığı bizim zamanda,
Məqbuldu bosslardan hal-əhval sormaq.
Elşad Musayev:
Xariclə işini qurur radikal,
Bir əllə iki ov vurur radikal,
Sanma ki, yuxudan durur radikal,
Bu anda lazımmı vaxtında durmaq?
Əli Əliyev:
Birləşib biz sözü eyləyək qısa,
Bir iş görəcəksə, qoy gəlsin İsa,
Əgər bizə doğru addım atmasa,
Lazımdı mərəz tək kütləni sarmaq.
Elşad Musayev:
Boss bizə puluyla həyat verməsə,
Yaxud da bolluca büsat verməsə,
Xaric bizə bollu qrant verməsə,
Lazımdı vaxtında variant burmaq.
Əli Əliyev:
Başına çoxlu kül tökməsin deyə,
Gözünü xaricə dikməsin deyə,
Yaradılan blok çökməsin deyə,
Gərəkdi özülü üsullu qurmaq.
Elşad Musayev:
Birlikçün tutmalı radikal cədvəl,
Yoxsa kömək etməz oxunan qəzəl,
Qırılmasın deyə vaxtından əvvəl,
Möhkəm olmalıdı əlaqələr, bağ.
Əli Əliyev:
Boss da yardım etməz zail olmasaq,
Yaradan, işbilən, mail olmasaq,
Birlik yaratmağa nail olmasaq,
Müxalifət özü edəcəkdi lağ.