PDF Oxu

Köşə

  • 26

İsa Qəmbərov ittiham hədəfində

İsa Qəmbərov ittiham hədəfində

Əli Kərimov:

Hər seçki öncəsi qurdum çox plan,
Ac qaldım, olsa da bosslar lap kalan,
Partiyadaşlara çox dedim yalan,
Onlar danışanda söz döndərirlər,
Çoxusu da məndən üz döndərirlər,
Həm də haqlıdırlar, düz döndərirlər.

İqbal Ağazadə:

Çoxları bacarmır özü özüylə,
İfrat çaş-baş salıb odu közüylə,
"Ümid" kimə baxır ümid gözüylə,
İsa Qəmbər kimi göz döndərirlər.

Əli Kərimov:

Mirmahmud, Etibar görməkdə yuxu,
İfrat baxt gözünə tuşlayıb oxu,
"Yurd"un işlərinə xor baxıb çoxu,
Odla oynayırlar köz döndərirlər.

İqbal Ağazadə:

Qrantı İsa tək sürtərlər gözə,
Pərdəni onəlli örtərlər gözə,
Pis işi bəlkə də dürtərlər gözə,
İstər işi yaxşı çöz, döndərirlər.

Əli Kərimov:

Həmkarlar pisləyir məni hər yanda,
Deyirəm, Əliyəm su da var canda,
Adam aman açmaq istəyən anda,
Qabağına təpə-düz döndərirlər.

İqbal Ağazadə:

İsa tək səhv edər hər adi bəndə,
Bir-iki səhv olub, vallah, bu yöndə,
Səhvən ağız açıb blok deyəndə,
Şikayəti beş, on, yüz göndərirlər.

Əli Kərimov:

Boss narahat olur, düz deyən kimi,
İsa kətan verir, bez deyən kimi,
Bir yetkili haqda söz deyən kimi,
Adamı pis yerə tez göndərirlər.

İqbal Ağazadə:

Birlik üzvü ollam, tasa olmasa,
Möhkəm darıxaram masa olmasa,
Gedərəm, blokda İsa olmasa,
Ya da ki, gözlərəm miz göndərərlər.

Əli Kərimov:

Çoxusu köklənib qərəz dərməyə,
İfrat var gedibdi çərəz dərməyə,
Adam macal tapmır nəfəs dərməyə,
Qoltuqda erkək bir qaz göndərirlər.

İqbal Ağazadə:

Vallah, deməmişəm "Mələ!" başqana,
Kim tay olar bossa kölə başqana,
"Ümid" ilişməmiş hələ başqana,
İsanın adından paz göndərirlər.

Əli Kərimov:

Gedirlər, onlara mən "Gəl!" deyəndə,
Əsla düzəlmirlər, "Düzəl!" deyəndə,
Həmkarın birinə keçəl deyəndə,
Başını qırxdırıb daz göndərirlər.

İqbal Ağazadə:

Üzə qayıdırlar biz hər sayanda,
Xeyir gözləyirlər, mən şər sayanda,
İsa kimisini lider sayanda,
Qızlar tək işvəkar naz göndərirlər.

Əli Kərimov:

Polkovnik verirlər, gizir diləsə,
Yasdan çıxararlar hüzr diləsə,
Birisi "Yurd"çudan üzr diləsə,
Onun ünvanına qoz göndərirlər.

İqbal Ağazadə:

Xilas eləmirlər, xilas istəsən,
Tez razı olurlar iflas istəsən,
İsadan "narıncı" libas istəsən,
Rəngini dəyişib boz göndərirlər.

Əli Kərimov:

Hər bir funksionerin bildim iyini,
Mənə özümünkü vurur düyünü,
Qorusan nəyinsə bütövlüyünü,
Bütövü sındırıb toz göndərirlər.

İqbal Ağazadə:

Dərhal qan tökərlər, sən qan soruşsan,
Atarlar önünə başqan soruşsan,
İsadan bir neçə oğlan soruşsan,
Sənə əvəzində qız göndərirlər.

Əli Kərimov:

Mənə özümünkü kəsilib yağı,
Onlar cütləşdirib qoşa ayağı,
Qoşa barmaqlara soxub barmağı,
Bizimkilər mənə fıs göndərirlər.

İqbal Ağazadə:

İsa yaxşı sayır dost qrantını,
Blokda qamarlar post qrantını,
Duzlayıb yeyəndə boss qrantını,
İsanın adından duz göndərirlər.

Əli Kərimov:

Hirslənirəm, məndən var istəyəndə,
Qrant, dollar, heyva, nar istəyəndə,
Dönüb həmkarlardan qar istəyəndə,
Üstümə novruzlu yaz göndərirlər.

İqbal Ağazadə:

Laləni, Əlini nahaq pislədim,
"Ümid"ə tay kimi onu gözlədim,
İsayla bloka girmək istədim,
Adıma pasılka taz göndərirlər.

Əli Kərimov:

İndi radikallar bədbin, ölüdü,
İfratları yıxan bossun yelidi,
Mənim oynadığım "Heyvagülü"dü,
Çaşıb "Çastuşka" və caz göndərirlər.

İqbal Ağazadə:

Ayran vermədilər, qatıq istədim,
Eşşəyə çatmamış qoduq istədim,
Qrantı miqdardan artıq istədim,
Bosslar mənimsəyib, az göndərirlər.

Digər xəbərlər