Lalə Hacıyeva:
Blok yaradaraq biz özümüzə,
Etibar, utanma, gəl qoşul bizə,
Uğur dolayı yox, olacaq kəsə,
Gəlsən, azalardı ürəkdə ağrı,
Həm də yarılmazdı Əlinin bağrı,
Birlikdə gedərdik uğura doğru.
Etibar Məmmədov:
AMİP məhsulumuz, bar-bəhərik biz,
Boss atı üstündə boz yəhərik biz,
Seçkiyə bu il də tək gedərdik biz,
Bu yolda açmışıq biz ilk cığırı.
Lalə Hacıyeva:
lYurd" Əli, lVİP" Əli artıq oyaqdı,
Onların hər biri mənə dayaqdı,
lAzadlıq" bu yolda əsil mayakdı,
Bizik şərtləndirən hər cür uğuru.
Etibar Məmmədov:
Bizim düyməciyi burduğumuz yer,
Dost içrə dairə vurduğumuz yer,
Bizim qədəm qoyub durduğumuz yer,
Əsla, qəbul etməz talaçı-oğru.
Lalə Hacıyeva:
Yolumuz üstündə çaxsa da şimşək,
Əsla, gətirmədik heç birimiz şəkk,
Çoxlu iş görmüşük iş görənlər tək,
Biz oyatmamışıq yalandan sağrı.
Etibar Məmmədov:
Kimlər bizlə birgə zəfər çalıbsa,
Bizə bir dost kimi nəzər salıbsa,
Kim bizim partiya üzvü olubsa,
Demişəm AMİP-i əğyardan qoru.
Lalə Hacıyeva:
Digər partiyalar yolu uçurum,
İndii hər birində ağırdı durum,
lAzadlıq" təzə-tər tanınan qurum,
Dedim Əvəz kimi çıxmasın şoru.
Etibar Məmmədov:
Mən sözü burada deyirəm açıq,
Heç kəsin üzünə yaxmaram palçıq,
Kim bizə jest etsə alayarımçıq,
Ona nəsib olar üzümün nuru.
Lalə Hacıyeva:
Heç zaman güdmədik bizlər heç gödən,
Bunu yaxşı bilir çox gəlib-gedən,
Biz düz danışmışıq yaranan gündən,
Yalan söyləyənin çatlasın goru.
Etibar Məmmədov:
AMİP üzv topladı, yığmadı kəniz,
Mənim açıq qəlbim sakit bir dəniz,
Başqa birisinin mətləbi qəliz,
Bizlərdə hər məqsəd, həm amal duru.
Lalə Hacıyeva:
Üzv oldu boğaza iti tıx getdi,
Üzv oldu əlində zorba mıx getdi,
Çoxları blokdan yarımçıq getdi,
Yolun çoxusunu etmişik yarı.
Etibar Məmmədov:
Elə ki, azaldı arpa-darısı,
Əli Əliyevlə getdi yarısı,
Qovuldu qapıdan eşşək arısı,
Biz olduq bar verən zəhmətkeş arı.
Lalə Hacıyeva:
Bədxahlıq, xəbislik pislərə qaldı,
Mitinqlər, piketlər düzlərə qaldı,
Bol buğda əbədi bizlərə qaldı,
Xəlbirdən keçmədi heç bircə darı.
Etibar Məmmədov:
Yenə də ümidi Xaliqə verdik,
Puç yerə saatlar, dəqiqə verdik,
Əjdaha, timsahı rəqibə verdik,
Saxladıq AMİP-də zəhərli marı.
Lalə Hacıyeva:
Bizə gülümsədi çarxın təkəri,
Artdı qurumumun nüfuz, kəsəri,
Qatdıq lMBH"-yə sağlam kəsləri,
Atdıq küçələrə gözsüzü, karı.
Etibar Məmmədov:
İnqilab edilməz əllərdə əlcək,
Bizə də piketi yetirdi fələk,
Tale qismətimə nəsib olan tək,
Püfləyib doldurduq o azman şarı.
Lalə Hacıyeva:
Əvəz işləməkdə bu gün tərsinə,
Az qalır hamının boynuna minə,
Əvəzsiz çıxmışam göyərtəsinə,
Hələ çox möhkəmdi lMBH" doru.
Etibar Məmmədov:
İndi bir ehtiyac qalmamış duza,
Bir qətrə şübhə yox heç ovumuza,
Çoxlu balıq düşüb tilovumuza,
Hələ ki, AMİP-in ipəkdi toru.
Lalə Hacıyeva:
Rəqiblər içində yox əvəz bizə,
Xarici qrant da indi bəs bizə,
İmkan versə idi bu Əvəz bizə,
lMBH" çəkərdi qrantlı boru.
Etibar Məmmədov:
Bosslar da yönəltmir bizlərə varı,
Arpa uzaq düşüb, qismətim darı,
Axışsaydı kütlə bizlərə sarı,
Özüm oxuyacam kütləyçün xoru.
Lalə Hacıyeva:
Radikal var nadan, xəbis doğuldu,
Radikal var əsil qənddi, noğuldu,
Çoxları quruca suda boğuldu,
Yenə biz yaş sudan çıxmışıq quru.
Etibar Məmmədov:
İndi xeyli vaxtdı pisləşib durum,
Arxa da uçurum, ön də uçurum,
Ölümün cəngində radikal qurum,
İndi Əhsən gərək kökləsin tarı.