Mirmahmud Fəttayev:
İndi Müsavatda zəifdi nüvə,
lYurd" Əli vurmaqda çaxır və pivə,
lDUİ", lKXACP" ən böyük qüvvə,
Gücə düşən belim, həm də dizimdi,
Keçilməz siyasi yollar izimdi,
Radikal gələcək ancaq bizimdi.
Rauf Arifoğlu:
Artıq çoxdan yatıb İsanın baxtı,
Arif Hacıyevin çevrilib taxtı,
Liberal Avropa başqan paytaxtı,
Vosmoydakı ofis mənim bəsimdi.
Mirmahmud Fəttayev:
Əsil müsavatçı səf-səf düzəlsin,
İsanın bağrını, gözünü dəlsin,
Qrant istəyənlər lDUİ"-yə gəlsin,
İsa küləkləri bircə əsimdi.
Rauf Arifoğlu:
Mən özüm İsayçün adi bir ovdum,
Müsavatda dili bağlı girovdum,
İsanı qəzetdən mən özüm qovdum,
Onunla əlaqəm dərhal kəsildi.
Mirmahmud Fəttayev:
İsa da, Əli də dirəşə bilməz,
Onlar bir blokda birləşə bilməz,
Heç biri lDUİ" tək tam bişə bilməz,
Bacardıqları iş bossa təzimdi.
Rauf Arifoğlu:
Mitinqdə çıxanda İsa meydana,
Dönmüşdü o şişman başı qazana,
Qaçdım ordan, deyib lənət şeytana,
İndi zilə qalxan o bəm səsimdi.
Mirmahmud Fəttayev:
Bu yola düşmədim masaya görə,
Nə də qrant dolu kasaya görə,
Mandatı atmışdım İsaya görə,
Rabitəsiz çıxan gur nəfəsimdi.
Rauf Arifoğlu:
İsa siyasətdə lazımsız adam,
Gəlsin ürəyinə onun hər qadam,
Heç vaxt radikallar olmamışdı tam,
Müsavatdan yaxşı öz qəfəsimdi.
Mirmahmud Fəttayev:
Müsavatda iş yox, süstlükdən başqa,
İsa iş bacarmır pislikdən başqa,
Heç nə də almazlar heçlikdən başqa,
Hamısından yaxşı şəxsi kürsümdü.
Rauf Arifoğlu:
İsa bəy sevməmiş heç halallığı,
Əli bəy, Sərdar bəy sevir lallığı,
Bəyənə bilməzdim liberallığı,
Bu, mənim istəyim, öz həvəsimdi.
Mirmahmud Fəttayev:
Bu gün radikallar adi bir güvə,
Digər radikallar məramsız civə,
İsadı mərkəzdən qaçan bir qüvvə,
Siyasət maqnitdi, əsil tilsimdi.
Rauf Arifoğlu:
Nə İsa, nə Əli olmamış mətin,
Onlarla danışıq aparmaq çətin,
Hər biri məhsulu sırf ətalətin,
Məndən əskiklərdi, cırıq bezimdi.
Mirmahmud Fəttayev:
Bir tərslik ucundan itdi mandatım,
İsanın badına getdi mandatım,
Gülüş hədəfində ciddi mandatım,
Bir alın tərimdi, kopya əksimdi.
Rauf Arifoğlu:
Hirsimdən İsanı diri yeyərəm,
Ətini doğrayıb iri yeyərəm,
İsa qulundansa dəri yeyərəm,
Bosslar qarşısında sadiq lyes"imdi.
Mirmahmud Fəttayev:
Tənha keçirmədim vaxtımı hədər,
Qoy qəfil soymasın baxtımı hədər,
Daxili dəstəkçi kifayət qədər,
Xaric amili də mənə əzmdi.
Rauf Arifıoğlu:
Əsil ikiüzlü İsa Qaloş tək,
Əli astagəldi kefli, sərxoş tək,
Radikal sifətlər qalın padoş tək,
Möhkəm üzlər görmüş mənim üzümü.
Mirmahmud Fəttayev:
İsa dırmaşardı ən sərt yollara,
Əli tamah saldı maddi mallara,
Etibar qalmayıb radikallara,
Başlıca çətinlik səbat, dözümdü.
Rauf Arifoğlu:
Radikal çox zəif, əsla, qəvi yox,
Onu gücləndirən bir qələvi yox,
Nə İsa, Əlinin perspektivi yox,
Faktiki şahidlər iki gözümdü.
Mirmahmud Fəttayev:
Radikal arzular masaya qalsın,
Dikili gözləri kasaya qalsın,
İsa problemi İsaya qalsın,
Bu, mənim öz şəxsi ağrım, gözümdü.
Rauf Arifoğlu:
Radikalın günü qaradan qara,
Onlar bir-birinə vurmaqda yara,
Lənət liberala inananlara,
Məncə, bu, obyektiv faktik çözümdü.
Mirmahmud Fəttayev:
Əli, İsa bu gün yaratmaqda şok,
Dövrə qapanıbdı, o, keçirmir tok,
Çətin ki, yaransın radikal blok,
lDUİ" mənim üçün əllim, yüzümdü.
Rauf Arifoğlu:
Əli də, İsa da səfil divanə,
Birləşmək adicə quru bəhanə,
Yeni blok fikri bir az əfsanə,
Düzü, bir qədər də qəddar rejimdi.