PDF Oxu

Köşə

  • 13

Radikal çoxluq Müsavatla AXCP (i)-nin yaxınlaşmasını istəyir

Radikal çoxluq Müsavatla AXCP (i)-nin yaxınlaşmasını istəyir

Mirzə Qərənfil:

Radikal qurumlar istər ki, İsa
Yolunu eyləyib bir qədər qısa,
"Yurd" Əli yanına cəld qədəm basa,
Xülasə, sonradan bu minval ilə,
Qurtara bilmərrə qalmaqal ilə,
Gedə parlamentə xoş vüsal ilə.

İsa Qəmbərov:

Çoxları veribdi bu cür məsləhət,
Mən də keçirərək xeyli məşvərət,
O yana getməyi eyləyərəm qət,
Əldə qrant dolu bir çuval ilə.

Əli Kərimov:

Əlbəttə, İsanı qəbul eylərəm,
Bu işi üsullu, məqbul eylərəm,
Onu xoş dindirib, məşğul eylərəm,
Dilimi açaram, şəkər-bal ilə.

İsa Qəmbərov:

Əliylə birləşmə adi gedişdi,
Parlament seçkisi başlıca işdi,
Dörd il əvvəl mənə pislik etmişdi,
Ürəyim o vaxtdan qaldı xal ilə.

Əli Kərimov:

Əsil müttəfiqim Lalə yanımda,
"VİP" Əli durubdu hələ yanında,
İsanı saxlaram belə yanımda,
Ancaq işim yoxdu əhli-mal ilə.

İsa Qəmbərov:

Bizləri tənhalıq, ağrı aparır,
Gələcək uğura doğru aparır,
Ürək var yupyumru sağrı aparır,
İşim olmayacaq, əsla, dal ilə.

Əli Kərimov:

İstəməm, pislərlə bir iş quram mən,
Məni sevənlərlə daim varam mən,
Yaxşı gənc liderlər axtararam mən,
Mənim nə işim var kaftar, çal ilə?!

İsa Qəmbərov:

Əlinin etdiyi tərslik yadımda,
Amalından doğan süstlük yadımda,
Mənə elədiyi pislik yadımda,
Onu çağırmaram dəsmal, şal ilə.

Əli Kərimov:

İsa istəyirdi bizə yön alsın,
Bizim şotumuza bossdan dən alsın,
İstərdi xaricdən bir vətən alsın,
Başqan yaşamaqda puç xəyal ilə.

İsa Qəmbərov:

Birlik yaranmazdı arzu olmasa,
Meydan daralardı bazı olmasa,
Əli dediyimə razı olmasa,
Vuraram başına at tək nal ilə.

Əli Kərimov:

Ötəri deyildi "donuz qripi"m,
Əlimdə deyildi, hətta öz ipim,
Vardı "Azadlıq"da "MBH"-m, "VİP"-im,
Müsavat İsayla heç lal olmadı.

İsa Qəmbərov:

Şəhadət söyləmək dinə xeyirdi,
ABŞ zərər çəksə Çinə xeyirdi,
Əliylə birləşsəm, mənə xeyirdi,
Təəssüf, Əlidə kamal olmadı.

Əli Kərimov:

Mənim partiyama ilişib İsa,
Blok yaratmağa girişib İsa,
Mənimlə yenidən dirəşib İsa,
Neçə zərbə vurdum, topal olmadı.

İsa Qəmbərov:

Blokda həmişə ciddidi qayda,
Əlinin özünə verərdi fayda,
Mən Sərvər qalmışam qızla bu tayda,
Əli Məşdibada hambal olmadı.

Əli Kərimov:

İsanı qabağa verə bilmərəm,
"VİP"-i də uzağa verə bilmərəm,
Laləni ayağa verə bilmərəm,
Məndə bircə qətrə babal olmadı.

İsa Qəmbərov:
Cidanı gizlətmək çətin çuvalda,
Nə çaldım pis çıxdı səsim qavalda,
Məni bizləyəndən gəldi zaval da,
Əlidə zəy qədər zaval olmadı.

Əli Kərimov:

Cərəyan axtarır İsa, tokum var,
Səksəkəli gəzdim, ciddi şokum var,
Başımı soxmağa bir blokum var,
İsayla birliyə macal olmadı.

İsa Qəmbərov:

Hər işdə bir məqsəd güdmək yaxşıdı,
Bosslar bostanında bitmək yaxşıdı,
Radikal bloka getmək yaxşıdı,
Bununçün Əlidə zülal olmadı.

Əli Kərimov:

"MBH"-yə, "VİP"-ə tərif buyursun,
İsa "Azadlığ"a təşrif buyursun,
Bunu istəmirsə, xərif buyursun,
Təklifim İsaya halal olmadı.

İsa Qəmbərov:

Qoy Əli nazlanıb kandarda dursun,
Qıfılı bağlanmış açarda dursun,
Birlik istəmirsə, kənarda dursun,
Onu dəstəkləyən mahal olmadı.

Əli Kərimov:

Bütün əsəbimi çəkdi tarıma,
İstədi üsullu mənə yarına,
Salmaq da istədi məni toruna,
Etdiyi pisliklər misal olmadı.

Digər xəbərlər