Mirzə Qərənfil:
Radikallar kədər-qüssə yeyirlər,
Bizdə bir tərəqqi yoxdu deyirlər,
Şər onların, özgəsinin xeyirlər,
Vay-şüvən qoparıb agah edirlər,
Xeyir danışırlar, hey ah edirlər,
Kütlə dağılanda qah-qah edirlər.
İsa Qəmbərov:
Madriddə Avropa radikalları,
Fərəhlə baxırdı səmtimə sarı,
Mən elə orda da fırlatdım şarı,
Donor qrantları pənah edirlər.
Rauf Arifoğlu:
İsa radikala şahanə getdi,
Xanələr ardınca min xanə getdi,
İtdi milliliyi, divanə getdi,
Elə bildi, onu padşah edirlər.
İsa Qəmbərov:
Türk qardaş demişkən, pəki, harınım,
Gərək liberala enib, yaranım,
Millilik deməklə doymur qarınım,
Olsun, mənə sözdə lap şah dedilər.
Rauf Arifoğlu:
Vaxt vardı Tanrına xilqət demişdin,
Radikal cinaha vəhdət demişdin,
Millətə yaraşmır dəhşət demişdin,
Sənə şimşək kimi bərk çax dedilər.
İsa Qəmbərov:
Getdim Avropaya kasa adıyla,
Gedərəm yəhudi Musa adıyla,
Adım müsəlmandı, İsa adıyla
Çevirdiyim xaça küfr, lax dedilər.
Rauf Arifoğlu:
Səni onun üçün atdım ki, düzü,
10-u inansa da, inanmır yüzü,
Sənə inansa da bütün yer üzü,
Adına yellənən bayraq dedilər.
İsa Qəmbərov:
Dərdini bizlərə ötürüb getdin,
Qəzeti bizlərdən götürüb getdin,
Ay yazıq, ömrünü bitirib getdin,
Sənə minilməmiş daylaq dedilər.
Rauf Arifoğlu:
Ay İsa, dağ, düzən, yamac, yal sənin,
Radikal yönlü dörd-beş mahal sənin,
Neçə toyuq hini, beçə bal sənin,
Bəs niyə adına axmaq dedilər?
İsa Qəmbərov:
Düzü, bəyənmədi bu mahal məni,
Kütlə qarşıladı xeyli lal məni,
Köksünə sıxmışdı radikal məni,
Mənə çiling atan toxmaq dedilər.
Rauf Arifoğlu:
Milli mövqeyinlə lal, xəsis oldun,
Spiker olarkən kal xəbis oldun,
Dönüb liberala dal, naqis oldun,
Buna dala getmək, qorxmaq dedilər.
İsa Qəmbərov:
21 ildə çul qazanmışam,
At-eşşək, maşın və mul qazanmışam,
Dönüb liberala, pul qazanmışam,
Buna çoxu qara yaxmaq dedilər.
Rauf Arifoğlu:
Əlbəttə, yanında qalsaydım əgər,
Yüküm zəhr olardı, olmazdı şəkər,
Məni qabağında edərdin nökər,
Buna ucaltmaq yox, yıxmaq dedilər.
İsa Qəmbərov:
Avropadan belə yayıldı adım,
Sənin kimilərə möhtac olmadım,
Türk demiş, çox təəssüf, hələ bərbadım,
Buna radikalı sıxmaq dedilər.
Rauf Arifoğlu:
Namazla çox uca tutdum dini mən,
Müsəlman ümməti oldum yəni mən,
Məkrinlə duymadım, İsa, səni mən,
Bəlkə bunu başa qaxmaq dedilər.
İsa Qəmbərov:
Özümə kürsüdə bir ad vermişəm,
Nə qədər kütləyə həyat vermişəm,
Ola bilsin, xeyli bərbad vermişəm,
Bəlkə buna adi tıxmaq dedilər.
Rauf Arifoğlu:
Bir zaman biz səni başbilən bildik,
Qaynar göz yaşına nəm silən bildik,
Kütlə üzvü kimi qəm silən bildik,
Halına kürsüdə bıqmaq dedilər.
İsa Qəmbərov:
Qazanmaqda gördüm o zaman meyli,
Başıma fırlandı yüzlərlə Leyli,
Yedim, həm sizləri yedirtdim xeyli,
Şahidəm, özümə ağ maq dedilər.
Rauf Arifoğlu:
Qəti istəməzdim, irfanı danam,
Sən təqib etsən də, boşalmaz xanam,
İnanma, oduna alışıb-yanam,
Baxma, əzizləyib ufaq dedilər.
İsa Qəmbərov:
Məsləki dəyişib liberal oldum,
Qrant qənşərində susub lal oldum,
İxrac-idxal üçün adi mal oldum,
Bizlərə dağılan tifaq dedilər.
Rauf Arifoğlu:
İsaydın, sınardın özünü mələk,
Sənin paxırını ayırdı ələk,
Bizlər aramaqda radikal məslək,
Tərəqqi, inkişaf, rifah dedilər.