PDF Oxu

Köşə

  • 14

Yeni Xalq Cəbhəsinin yaradılması müzakirə edilir

Yeni Xalq Cəbhəsinin yaradılması müzakirə edilir

Mirzə Qərənfil:
İsa bəy, Mirmahmud, bir də "Yurd" Əli,
Daha yeddi nəfər, sözün məsəli,
Öz sinələrini verib irəli,
Qurum yaratmağa rəvac verdilər,
Xalq Cəbhəsi adlı divar hördülər,
Sonda özlərini yalqız gördülər.

Pənah Hüseynov:
İfratlar meydanda ağrıyan dişdir,
İfrat radikallıq ciddi gedişdir,
Xalq Cəbhəsi sosial bir sifarişdir,
Burda nəfəs alıb neçə fərdilər.

Əli Kərimov:
Bu qurum çürüyən leşə oxşamır,
İfratlar ağrıyan dişə oxşamır,
Bu sövda baş tutan işə oxşamır,
Tərsinə vurulub burda pərdilər.

Mirmahmud Fəttayev:
Bununçün lazımdı mülayim sayğı,
Həm də ki, en qədər vəsait, qayğı,
İdeya aşardı ən hündür dağı,
Həm də azalardı biz tək dərdlilər.

Arif Hacıyev:
Radikal iqtidar qutusu deyil,
Uduzmaq ifratın arzusu deyil,
Cəbhə müzakirə mövzusu deyil,
Təəssüf kütlələr xeyli kürdülər.

İsa Qəmbərov:
Bir lider saysalar razılaşaram,
Namizəd qoysalar razılaşaram,
Mənə tən, taysalar, razılaşaram,
Qorxmayıb, meydana bəlkə girdilər.

Pənah Hüseynov:
Məndədi mətanət, məndədi dözüm,
İşim çox, yuxu da görməyib gözüm,
Sosial sifarişə bağlıyam özüm,
Fikirlər əsəbi yenə gərdilər.

Əli Kərimov:
Mənim öz Cəbhəmə yiyə lazımdı,
Qurumum həm sosial rəyə lazımdı,
Bəs bu yeni Cəbhə nəyə lazımdı?
Çoxdankı liderlər pələng, şirdilər.

Mirmahmud Fəttayev:
Bu gün dəfədaraq güclənməlidi,
Həm radikal bayraq güclənməlidi,
İdeyaya maraq güclənməlidi,
Yaranan qurumlar təzətərdilər.

Arif Hacıyev:
Bu yöndə bir blok arana bilməz,
AXC adıyla sırına bilməz,
Bu adda bir qurum yarana bilməz,
Bu cür qurumlarla dolu kərdilər.

İsa Qəmbərov:
Bir mənəm yadlara zəminfasonu,
Bir qədər özünə əminfasonu,
Ortada bir mənəm nikbinfasonu,
Onlar həm ölüvay, tir-tap, tirdilər.

Pənah Hüseynov:
ABŞ və Avropa bizə iş verib,
Bosslar da qıcanmış möhkəm diş verib,
Kütlələr siyasi sifariş verib,
Biz ayrı olsaq da, onlar birdilər.

Əli Kərimov:
İsa bəm köklüdü, gur səsi zaydı,
Pənah ölüb-gedib, nəfəsi zaydı,
Cəbhə mənimkidi, özgəsi zaydı,
Məni sillələyib yerə sərdilər.

Mirmahmud Fəttayev:
Yeni ideyaya maraq kökləyin,
Lehinə olmağa varaq kökləyin,
Gecəyə düşsəniz, çıraq kökləyin,
Qoy heç kəs deməsin, Aya hürdülər.

Arif Hacıyev:
Arxada qalıbdı Cəbhədəki çağ,
Çoxları etməkdə indi ona lağ,
Bizlərə Müsavat lazımdı ancaq,
Digərlər bir qədər başqa cürdülər.

İsa Qəmbərov:
Kim görüb bizlərdə mənə tən lider,
Olmamış mənim tək hələ şən lider,
Olam bu quruma gərək mən lider,
Bəlkə də kölgəmdə ömür sürdülər.

Pənah Hüseynov:
Aşağı enməyək nüvəyə doğru,
Ucalmaq lazımdı zirvəyə doğru,
Sonra da cumarıq pivəyə doğru,
Desinlər yekunda nübar dərdilər.

Əli Kərimov:
İfrat xislətliyə seldən vermərəm,
Çəmənimdə bitən güldən vermərəm,
Cəbhə sükanını əldə vermərəm,
Əsil həmkarlarım şıppırt tərdilər.


Mirmahmud Fəttayev:
Qocalmış hər lider bir çəlik istər,
Kabablıqçün ceyran, ya əlik istər,
İdeya lətafət, incəlik istər,
O zaman deyərlər bizə, dürdülər.

Arif Hacıyev:
Arada qalmaqal, hay-küy, çat oldu,
Ağırlıq bizlərə iki qat oldu,
Bizim son sözümüz Müsavat oldu,
Bizlərə desinlər coşqun Kürdülər,
Daha deməsindər azğın xərdilər.

İsa Qəmbərov:
Bloka lider tək yek namizədəm,
Kim versə daha çox çek, namizədəm,
Salidni, sanballı, kök namizədəm,
Mənə deməsinlər ifrat şərdilər,
Desinlər müqəddəs saf, pak pirdilər.

Digər xəbərlər