PDF Oxu

Köşə

  • 11

Sərdar Cəlaloğlu və Pənah Hüseynov yeni qurum haqda

Sərdar Cəlaloğlu və Pənah Hüseynov yeni qurum haqda

Mirzə Qərənfil:

Sərdar dərd-kədərə bürünmür nəsə,
Yeni blok deyir ərinmir nəsə,
Pənah ön sırada görünmür nəsə,
Müsavat şimşəyi yaman çaxıbdı,
"Azadlıq" yenidən önə çıxıbdı,
Neçə radikalı küncə sıxıbdı.

Sərdar Cəlaloğlu:

İqbal Ağazadə etməkdə aman,
Əli, İsa isə sevinir yaman,
"QRUH"-un başına çökməkdə duman,
Pənah bu söhbətdən bezib, bıqıbdı.

Pənah Hüseynov:

"DBP", "Əhrar"da arzum, muradım,
Neynim, bir blokda məqsədə çatım,
"Dördlər" sırasında çəkilmir adım,
Kədər ürəyimi yaman sıxıbdı.

Sərdar Cəlaloğlu:

Artıq sökülməkdə köhnə qurumlar,
Yerində açılıb dərin şırımlar,
Xeyli dəyişibdi indi durumlar,
Yeni bloklarçün lap darıxıbdı.

Pənah Hüseynov:

Nə qədər vaxt keçir artmır blatım,
Az qalır fikrimdə dolaşım-batım,
Müsavatətrafı blok yaradım,
Görünür, hamilər çox karıxıbdı.

Sərdar Cəlaloğlu:

Lider var gümrahdı, baxtı yatıbdı,
Bədbin lider də var taxtı atıbdı,
Yeni blokların vaxtı çatıbdı,
İsalar, əlilər lap duruxubdu.
Pənah Hüseynov:

"Bizim Azərbaycan" kimi bir qurum,
Deyirlər, ayağa durub mən qurum,
Guya udacaqdı bizi uçurum,
Ancaq üstümüzdən Allah baxıbdı.

Sərdar Cəlaloğlu:

Bu yeni blok da bir azar bizə,
O verər qrantlı bir bazar bizə,
Əlbəttə, onların dəxli var bizə,
Köhnələr bizlərə yarlıq taxıbdı.

Pənah Hüseynov:

Əyninə ağ-qara geyənlər də var,
Məni tərifləyən, söyənlər də var,
AXP-yə qayıt deyənlər də var,
Bəziləri deyir zaman axıbdı.

Sərdar Cəlaloğlu:

Radikal kitabda, hürufda İsa,
Hər vintdə, hər boltda, şurupda İsa,
Bizim başçımızdı "QRUH"-da İsa,
O, yalnız İqbala qara yaxıbdı.

Pənah Hüseynov:

Aqil arxasında dəli durubdu,
Xarab qan-qadanı zəli sorubdu,
İqballa aranı Əli vurubdu,
"Ümid" sədrinisə İsa yıxıbdı.

Sərdar Cəlaloğlu:

Elə ki, "QRUH"-dan gedibdi İqbal,
İsayla "Yurd" Əli tapacaq vüsal,
"Dördlük" Pənaha da çeviribdi dal,
Həm də nə edibsə, başa çaxıbdı.

Pənah Hüseynov:

İsanın sözüylə Milli Məclisdə,
İqbalı pisləyib yıxdım üz üstə,
İndi əleyhimə giriblər qəsdə,
Kimi qrantımı alıb tıxıbdı.

Sərdar Cəlaloğlu:

İnsanlar olarsa şəfqət halında,
Onlar ola bilməz nifrət halında,
Məni pisləyirlər adət halında,
Artmış hədə kəlləçarxa qalxıbdı.

Pənah Hüseynov:

Kimlər ki, tanınıb artımçı kimi,
Əsla, işlədilməz dartımçı kimi,
Məni buyururlar yardımçı kimi,
Zaman radikalı möhkəm çalxıbdı.

Sərdar Cəlaloğlu:
Mən bir ADP-çi yeni qurumda,
Atmışam ilk dəfə dəni qurumda,
İndi də vururlar məni qurumda,
Deyəsən, Nyu-Yorkda Rəsul qorxubdu.

Pənah Hüseynov:

Nə qədər iş gördüm radikala mən,
Bir o qədər çaşdım qaldım dala mən,
Son anda istədim gələm yola mən,
Düşdüyüm yer gördüm zülmət arxivdi.

Sərdar Cəlaloğlu:

Əliylə iş görən sanma xoş olar,
Rəsulla yol gedən çox tez yorular,
İsaya baş qoşan əliboş qalar,
Səhvinin üstünü başqan örtübdü.

Pənah Hüseynov:

Əli etdiyini İsa bilməyib,
Heç biri dəyirmi masa bilməyib,
Boss yemi yeyiblər kasa bilməyib,
Heç biri doymayıb, yeyib pörtübdü.

Sərdar Cəlaloğlu:

Hamıya münasib bu yeni qurum,
O vaxt düzələrdi daxildə durum,
Bunu diqtə edir mənə şüurum,
O da öz atını çapıb yortubdu.

Pənah Hüseynov:

Pənaham, bilmirəm mən harda qaldım,
Vaxt oldu çətində, həm darda qaldım,
Son vaxtlar "dördlər"dən kənarda qaldım,
Problem çox idi, biri artıbdı.

Digər xəbərlər