PDF Oxu

Köşə

  • 12

Pənah Hüseynov dəbdən düşüb

Pənah Hüseynov dəbdən düşüb

Mirzə Qərənfil:

A gədə, çatlasın nənənin goru,
Səni yaş sərirlər, çıxırsan quru,
Sınıb ideyalar "generatoru",
Deyirlər gedibdi nəfəsi, yoxdu,
Pənahın dinlənmək həvəsi yoxdu,
AXP-dən başqa heç kəsə yoxdu.

Pənah Hüseynov:

Radikal kütlənin yoxdu şüuru,
Öləziyib gedir gözünün nuru,
Məndim ideyalar generatoru,
İndi heç birinin gur səsi yoxdu.

İsa Qəmbərov:

A Pənah, saf arpa dəndən yaxşıdı,
Demədim, şamanlıq dindən yaxşıdı,
Vallah, "Yurd" Əli də səndən yaxşıdı,
Generatorunun nüvəsi yoxdu.

Əli Kərimov:

Axır mən də dibsiz quyuya gəldim,
Qrant ünvanıyla şor suya gəldim,
Sən get, bəlkə mən də "DUİ-yə gəldim,
İndi ifratların qüvvəsi yoxdu.

Mirmahmud Fəttayev:

Radikal müxalif sufat məndədi,
Dirilik Pənahda, vəfat məndədi,
Dediyin nihilist ifrat məndədi,
Bossların bir qrant töhfəsi yoxdu.

Lalə Hacıyeva:

Min ağıllı gəldi, dəli də getdi,
Radikal cinahın gülü də getdi,
Pənah kimə lazım, Əli də getdi,
İsanın qara-ağ lövhəsi yoxdu.

Sərdar Cəlaloğlu:

Pənahlar, isalar soğulub gedir,
Qrant verən bosslar sağılıb gedir,
Bloklar, birliklər dağılıb gedir,
İndi birinin də şöləsi yoxdu.

Eldar Namazov:

20 il ərzində gülmədi Pənah,
Yer də yarılmadı, ölmədi Pənah,
Bir qurum yarada bilmədi Pənah,
O, bir şkala ki, civəsi yoxdu.

Rəsul Quliyev:

Qurum bəsləmədim duzla, şorla mən,
Yetkili tutmadım, əsla, torla mən,
Burdan danışıram selektorla mən,
"Cırtdan" birliklərin zirvəsi yoxdu.

Etibar Məmmədov:

Sakit oturmuşam mən gülə-gülə,
Hətta gətirmədim seçkini dilə,
Olsaydı, səsi də çıxmazdı zilə,
Pənahın siyasi kirvəsi yoxdu.

Rauf Arifoğlu:
Sabiqlər deyir ki, şil, lox mənəm mən,
Deyirəm, yaradan min şok mənəm mən,
Bu gün ən münasib blok mənəm mən,
Başqalarının heç bəhrəsi yoxdu.

Pənah Hüseynov:
İfratlar içində bişmişi yoxdu,
Radikal plovun kişmişi yoxdu,
Bloklarda erkək, nə dişi yoxdu,
Odur ki, birinin varisi yoxdu.

İsa Qəmbərov:

Çənədən boş olsam, sirrim də olmaz,
Bu hallar ölümdə, dirimdə olmaz,
Pənaha yer ilham pərim də olmaz,
Dilinin xoş, naxoş şivəsi yoxdu.

Əli Kərimov:

Birləşə bilsəydi Pənah-Mirmahmud,
Siyasət soğanı yeyərək min pud,
Atdırıb xəngəlin üstünə qurud,
Deməzdim, onların pivəsi yoxdu.

Mirmahmud Fəttayev:

Siyasət sarıdan səfa görmədim,
20 il İsada vəfa görmədim,
"Yurd" Əlidə isə cəfa görmədim,
Pənahın bossunun dəvəsi yoxdu.

Lalə Hacıyeva:
Həm İsa, "Yurd" Əli, həm də ki, Pənah,
Həmişə buraxıb siyasi günah,
Ömür keçiriblər hər üçü tühaf,
Heç birinin işlək mədəsi yoxdu.

Sərdar Cəlaloğlu:

İri banderola bükülsün gərək,
Pənah da Nyu-Yorka əkilsin gərək,
Burda təzə blok tikilsin gərək,
Donorun yaxşı-pis qitəsi yoxdu.

Eldar Namazov:

İş görmək dəmidi, dayanmaq olmaz,
Kimlər yatıbsa da, oyanmaq olmaz,
Pənah tək min rəngə boyanmaq olmaz,
Onun yalanının həftəsi yoxdu.

Rəsul Quliyev:

Hələ də mobilim əlimdə mənim,
Pənaha xoş söz yox dilimdə mənim,
Sərdarlar üzəcək selimdə mənim,
Ölüb, məndən qrant siftəsi yoxdu.

Etibar Məmmədov:

Qrant yox, ödümü qusub durmuşam,
Kütlə susub durub, susub durmuşam,
Pənahı divara qısıb durmuşam,
Aciz-avaradı, müftəsi yoxdu.

Rauf Arifoğlu:

Pənah köhnə, yeni izi qabardın,
Əgər kütlə pissə, pisi qabardın,
Yeni partiya tək bizi qabardın,
Nə olsun Raufun işvəsi yoxdu.

Digər xəbərlər