PDF Oxu

Köşə

  • 18

Lalə Hacıyeva radikalları kütləvi aksiyalar keçirməyə çağırır

Lalə Hacıyeva radikalları kütləvi aksiyalar keçirməyə çağırır

Mirzə Qərənəfil:

Əvəzi LP-dən köçürmək istər,
Kütləyə nostalji içirmək istər,
Lalə mitinq, piket keçirmək istər,
Bəlkə artıq düşüb onun bişmişi,
Yadına düşübdü keçmiş vərdişi.

Əli Kərimov:

Lalənin haqqı nə, gülə, qoymarıq,
Onu "Azadlıq"dan çölə qoymarıq,
Əvəzlə bu işi belə qoymarıq,
Dalana dəyməyib Lalənin dişi.

Əvəz Temirxan:

Nə etsəm, qorxuram əbəs eyləyəm,
İstərəm, hər işi sərbəst eyləyəm,
Postunda Laləni əvəz eyləyəm,
Məni dalda qoyub olsa da dişi.

Lalə Hacıyeva:

"Yurd" şefi yorulub, çatmır nəfəsi,
İsa qıra bilmir dəmir qəfəsi,
Bayıra atacam tutub Əvəzi,
Radikal cinahda görmədim kişi.

İsa Qəmbərov:

Meydana girəndən döyməkdədi dad,
Halımız əlindən olubdu bərbad,
Vallah, imkan vermir bizə bu arvad,
Hədəfə bir dəfə açaq atəşi.

Arif Hacıyev:

Lalədi, qarşıdan daraqlı gəlir,
Deyəsən, o, sözlü-soraqlı gəlir,
Təklifi bizlərə maraqlı gəlir,
Yüzü sevməsə də, sevəcək beşi.
Lalə Hacıyeva:

Radikalın beşi reketə çıxsın,
Gərək qalanları piketə çıxsın,
Boyca balacalar marketə çıxsın,
Taktikası azlar kəssin gülüşü.

Pənah Hüseynov:

Çox ideya yükü, bil, paka məndə,
Vurğunluq yaranıb çox şoka məndə,
Təklif, tövsiyələr, taktika məndə,
Kütlə doldurmalı ancaq hörüşü.

Rauf Arifoğlu:

Kütləvai aksiya tar, qaval deyil,
Lalənin təklifi orijinal deyil,
Başına örtdüyü milli şal deyil,
Piket deyib, önə çıxsa da döşü.

Lalə Hacıyeva:

Məşq eyləmək üçün budağa qalxın,
Sonra güc toplayıb, siz dağa qalxın,
Axmaq radikallar, ayağa qalxın,
Tezdi yadırğamaq milli söyüşü.

Mirmahmud Fəttayev:

İlk öncə, bossların payı gedəcək,
Sonra kütlələrin sayı gedəcək,
Mitinqlər önündə "DUİ" gedəcək,
Adamla doldurruq külli-örüşü.

Əhməd Oruc:

Qoyun dilinizin altına qəndi,
Asan dərk olunur mitinqin fəndi,
Ən yaxşı məsləhət ağam deyəndi,
Təxirə salmayın vacib görüşü.

Lalə Hacıyeva:

Sən qüsur axtarma hər duruşumda,
Sizdən əzməliyəm öz vuruşumda,
Laləyəm, haqlayam çağırışımda,
Ehey, radikallar, atın təşvişi.

Sərdar Cəlaloğlu:

Namaz bir rükət də qılınmayacaq,
Lalənin mitinqi alınmayacaq,
Deməli, qələbə çalınmayacaq,
Hərəkət etməyə dəyməzdi, əşşi.

Nurəddin Məmmədli:

Yadların teştitnə dolan xəmirəm,
Sərdar dediyini təkrar demirəm,
Bu təklif boyatdı, çətin gəmirəm,
Qoy Lalə səpməsin üzə küləşi.

Lalə Hacıyeva:
Əvvəl bu yanına atlanın arxın,
Sonra zirvələrə vüqarla baxın,
Hamımız piketə, mitinqə qalxın,
Qoyun deməsinlər sizlərə vəhşi.

Etibar Məmmədov:

Zaman dayanmadan bünövrə sökər,
Kütlələr ayağa durmursa əgər,
Bizlər çökmüşüksə, Lalə də çökər,
Amansız mürdəşir tez yuyur nəşi.

Əli Əliyev:

Siyasi qidadan köpdə olsam da,
Dözərəm ayağım ipdə olsa da,
Adım hallanaraq, "VİP"-də olsa da,
Cilovlu xəyalım keçmir Viləşi.

Lalə Hacıyeva:

Ağlamaq lazımdı gülənə kimi,
Susmaram qrantı bölənə kimi,
Mitinq deyəcəyəm ölənə kimi,
Qəlbən sevinərdim, atsaydım şeşi.

Eldar Namazov:

İfratlar uzalı uduzubdular,
Lap türkün misalı uduzubdular,
Laləli-İsalı uduzubdular,
Nəfəs qapanmaqda lap sözgəlişi.

Çingiz Sadıqov:

Qorxuram onların bata bloku,
Çətin məqsədinə çata bloku,
Əlbəttə, öndədi "ATA" bloku,
Lalə "MBH"-si lap özgələşib.

Digər xəbərlər