PDF Oxu

Köşə

  • 11

Parçalanmaqda olan Müsavat ADP-nin taleyini yaşayır

Parçalanmaqda olan Müsavat ADP-nin taleyini yaşayır

Mirzə Qərənfil:

Son günlər artıbdı İsanın qəmi,
Qurumdur Sərdarın gözünün nəmi,
Müsavat dağılır ADP kimi,
Bu gün istefalar artıb gedibdi,
Üzvlər bir-birini dartıb gedibdi,
Çoxusu qapını çırpıb gedibdi.

Sərdar Cəlaloğlu:

Dağılma adama verməmiş heç ruh,
Məni bezdirmişdi "Azadlıq", "QRUH",
Hər biri deyirdi dağılıb güruh,
Guya ki, ADP batıb gedibdi.

İsa Qəmbərov:

Düzdü, Müsavatda artıbdı axın,
Onu tutmaq olmaz Sərdara yaxın,
Həm də ADP-yə diqqətlə baxın,
Sərdar öz yükünü tutub gedibdi.

Sərdar Cəlaloğlu:

Son vaxt Balakəndən düz otuz nəfər,
İsa Qəmbərovu edib birtəhər,
Onlar Müsavatı atıb gedirlər,
Başqan öz ödünü udub gedibdi.

İsa Qəmbərov:

Qoy o, keçmişinə boylansın barı,
ADP bölündü yarıbayarı,
Rəsul yarı yolda atdı Sərdarı,
Həmkarlar da onu atıb gedibdi.

Sərdar Cəlaloğlu:

Artıq bədə gəlib, yetişibdi çağ,
İstefa orada çağlayan bulaq,
Müsavat tezliklə parçalanacaq,
İsa dostlarını satıb gedibdi.

İsa Qəmbərov:

Çoxdan ADP-nin heç səsi gəlmir,
Piketə, mitinqə həvəsi gəlmir,
Bu gün heç Sərdarın nəfəsi gəlmir,
Deyirlər kəfəni yırtıb gedibdi.

Sərdar Cəlaloğlu:

Qoy başqan bağında yetgili əksin,
Meydanda o yana-bu yana səksin,
Sonra da özünün dərdini çəksin,
Rauf da yanından yortub gedibdi.

İsa Qəmbərov:

Bir zaman həm bulud, çən qurdaladım,
ADP-ni içdən tən qurdaladım,
Elə Rəsulu da mən qurdaladım,
Odur ki, xaricə pörtüb gedibdi.

Sərdar Cəlaloğlu:

Öz yetkilərimlə ilqar etmişəm,
Hamını çağırıb şüar etmişəm,
Rəsulu da özüm kənar etmişəm,
İsa da böyrümdən sərpib gedibdi.

İsa Qəmbərov:

"ACP" Sərdarın qurumundan pək,
Liderin postu da Rəsulun qəşəng,
Sərdar ADP-də qalıb tənha, tək,
Barmaqları gözə dürtüb gedibdi.

Sərdar Cəlaloğlu:

İsa kədərlidi, heç gülə bilməz,
Aldığı qrantı düz bölə bilməz,
Qurultayda başqan seçilə bilməz,
Həmkarlar yanından hürküb gedibdi.

İsa Qəmbərov:

ADP ikiyə bölünən zaman,
Çökmüşdü başına sanki çən, duman,
Qanı qaralmışdı Sərdarın yaman,
Elə bil boş yerə mütrüb gedibdi.

Sərdar Cəlaloğlu:

2003-cü il iğtişaş vaxtı,
İsa Qəmbərovun bağlandı baxtı,
Başına çevrildi başqanın taxtı,
O gündən başını götürüb gedibdi.

İsa Qəmbərov:

O zaman Sərdarın işi çirk oldu,
Naqis hərəkəti ona görk oldu,
Tezliklə o dönüb türemşik oldu,
İşini Akifə ötürüb gedibdi.

Sərdar Cəlaloğlu:

Bizi bu bəlaya İsa salmışdı,
Əldə təsbeh olan lisa salmışdı,
Özü də qan qusa-qusa salmışdı,
O, bizə virusu gətirib getmişdi.

İsa Qəmbərov:

Adam var lap quşu gözündən vurur,
Adam var xəyaldan min saray qurur,
Adam var Sərdar tək azıb qudurur,
Adam var işini bitirib gedibdi.

Sərdar Cəlaloğlu:

İsa özü mahir adam deyildir,
Nə də ki, gözləri badam deyildir,
Əlbəttə, İsa bəy cüdam deyildir,
Ancaq o, çox şeyi itirib gedibdi.

İsa Qəmbərov:

Bu gün xodsuz-xodlu problemim yox,
Nə də dadsız-dadlı problemim yox,
Hətta Sərdar adlı problemim yox,
Çünki çoxdan onun ətri gedibdi.

Sərdar Cəlaloğlu:

Başqanla baş-başa gəlişməmişəm,
Heç vaxt hırıldayıb gülüşməmişəm,
İsanın fikriylə bölüşməmişəm,
Çünki o, mudrı yox, xitri gedibdi.

İsa Qəmbərov:

Lağlağı danışmaq bəyimə lazım,
Diqqət yetirmək öz səyimə lazım,
Sərdar, ya ADP nəyimə lazım?
Sərdar siyasətdən fitri gedibdi.

Digər xəbərlər