PDF Oxu

Köşə

  • 20

Əli Kərimov İsa Qəmbərovu “DUİ”-dən və Pənah Hüseynovdan ayrılmağa çağırır

Əli Kərimov İsa Qəmbərovu “DUİ”-dən və Pənah Hüseynovdan ayrılmağa çağırır

Mirzə Qərənfil:

Hazırda çox hay-küy qoparır Pənah,
"Cırtdan"dan saf ideya sorur Pənah,
İsanı "DUİ"-yə aparır Pənah,
Deyir ki, İsadı siyasət kanı,
Bu ad silkələyir Azərbaycanı,
Deyir İsadadı divin də canı.

Sərdar Cəlaloğlu:

Bloklar, birliklər olmaqda tələf,
İndi radikala Pənahdı xələf,
İsa da gələcək "QRUH"-a tərəf,
Tezliklə əkilər "QRUH" bostanı.

Qabil Hüseynli:

İndi hamımızı bassa da paxır,
Artıq pozulsa da, radikal naxır,
Pənah sazlayacaq İsanı axır,
Bizlər gözləyirik bu gözəl anı.

Arif Hacıyev:

Əgər itibsə də, şəxsi krujkan,
Durar köməyində xrustal çaşkan,
Bizlərə Tanrıdan töhfə bu başqan,
O, tamam vaxtında ödər planı.

Vurğun Əyyubov:

Müsavatda əvvəl hamı bir evdik,
Bıçaq itiləyən şümşad bülövdük,
İyirmi ildən çox başqanı sevdik,
Dedik adam olar, qaraltmaz qanı.

Pənah Hüseynov:

İsa toxumunu əkə bilmədim,
Nə onun qolunu bükə bilmədim,
Nə də ki, "DUİ"-yə çəkə bilmədim,
Çəksəm, itirməzdim İsa aslanı.

Əli Kərimov:
İsaya demişəm "DUİ"-ni vursun,
Özü də Pənahdan kənarda dursun,
Bloku, birliyi mənimlə qursun,
Qoy atıb çətini, tutsun asanı.

Nurəddin Məmmədli:

Əlinin təklifi ağlabatandı,
İndi bloklarda əsil tufandı,
Əli deyən kimi İsa bəy qandı,
Dedi ki, gələrəm bir xoruz banı.

Rauf Arifoğlu:

Əliyə inansa dostu olaram,
İsanın sevdiyi postu olaram,
Cəhənnəm, lap arxa mostu olaram,
Dözərəm, dəysə də mənə ziyanı.

Əvəz Temirxan:

Laləni, Pənahı "və və" sayardım,
Rəsulu meydanda dəvə sayardım,
İsayla Əlini qüvvə sayardım,
Gəl sən də onları ifrat tək tanı.

Lalə Hacıyeva:

Əli "Azadlığ"a qoşsa İsanı,
Yaşardı beynimdə torpağın sanı,
Ürəkdən sevirdim mən bu insanı,
Qoyardım adını ifrat klanı.
Mirzə Qərənfil:

Pənah qoşulubdu "DUİ"-yə özü,
İsada qalıbdı ancaq bir gözü,
Əliyə olacaq İsanın sözü,
Pənaha məhəbbət, etibar hanı?

Sərdar Cəlaloğlu:

Bədəndən çıxanda saf ruh gözəldi,
Ən azad, müstəqil güruh gözəldi,
Bloklar içində "QRUH" gözəldi,
"QRUH" çox birliyin şöhrəti-şanı.

Qabil Hüseynli:

Bosslar da, yəqin ki, bir maya verər,
Qışda olmasa da, lap yaya verər,
Generator Pənah ideya verər,
İsa da Əliylə tutar sükanı.

Arif Hacıyev:

Bizim boğazımız bosslarla yağlı,
Heç bir müsavatçı tərk etməz ağlı,
Hamımız ürəkdən başqana bağlı,
Hamı öz şumuna çəkir kotanı.

Vurğun Əyyubov:

Bizi seçkilərə İsa aparar,
Aparsa, yol tapıb qısa aparar,
Heç nə alınmasa, fısa aparar,
Biz də bəyənərik dəbi, modanı.

Pənah Hüseynov:

Mənə, milyon alıb, qəpik vursalar,
Sonra da birləşib təpik vursalar,
Gülərək, arxamca çəpik vursalar,
Mən də danacağam dini-imanı.

Əli Kərimov:

Bizimlə birləşmək bazıdı İsa,
Pənah əleyhinə yazıdı İsa,
"DUİ"-dən getməyə razıdı İsa,
O, yeni blokun olar sultanı.

Nurəddin Məmmədli:

Əli gedişinə hikmət deyirik,
İsa yaxın gəlsə, cürət deyirik,
Pənah hiyləsinə lənət deyirik,
Əzərik onun tək əfi ilanı.

Rauf Arifoğlu:

İsanı sıradan pozuram özüm,
Bunu qəzetimdə yazıram özüm,
Əliylə birliyə hazıram özüm,
Yoxdu bu sözümün o yan-bu yanı.

Əvəz Temirxan:

Lalənin heç nəyə çatmadı gücü,
Bu yerdə faydasız falçı, görücü,
Yaxşıdı İsayla Əlinin bürcü,
Durğuzmaq çətindi Tanrı yıxanı.

Lalə Hacıyeva:

Laləyəm, dururam, sözümün üstə,
Kim gəlsə qəbuldu gözümün üstə,
İsanı oturdub dizimin üstə,
Örtərdim çiyninə isti çuxanı.

Digər xəbərlər