PDF Oxu

Köşə

  • 20

“Azadlıq” bloku: müsbət və mənfi cəhətləri Mirzə Qərənfil:

“Azadlıq” bloku: müsbət və mənfi cəhətləri Mirzə Qərənfil:


Bloklar, qurumlar toy-düyündədi,
"Azadlıq" bloku gör nə gündədi?
Xəyal Hindistanda, Çin-Maçindədi,
Gerçəklik uçurum həddinə çatıb,
Bir çox yetkilinin bəxtidi yatıb,
Sanma onu kimsə gedib oyadıb.

Əli Əliyev:

Hələ ki, blokda "VİP" möhkəm durub,
Əli də, Lalə də çox ötkəm durub,
Seçki yuxusundan blok kəm durub,
Sanki seçkilərdə o, zəhər dadıb.

Əvəz Temirxan:

Vaxtilə biz düşüb ahu-naləyə,
Üz cırıb yalvardıq lider Laləyə,
İndi əl atmışıq biz piyaləyə,
Dönüb taleyimiz, gəmimiz batıb.

Lalə Hacıyeva:

Laləyəm, mənim də öz şöhrətim var,
Əvəzdən, İsadan min töhmətim var,
Həm ali məqsədim, qəbahətim var,
Çoxları deyir ki, "MBH" udub.

Nuridə Turabova:

Bir zaman el bilir gənc liberaldım,
Vəzifə umarkən arxada qaldım,
Özümə liberal məsləkdaş buldum,
Lalə qabağıma atdı sümük kub.

Əli Kərimov:

"Azadlıq" bugünün kamil qurumu,
Kütlə qəlblərində cücərir tumu,
Rəqiblər bazarda satanda şomu,
Deyərlər "Azadlıq" öncül yer tutub.

Mirzə Qərənfil:

"Azadlıq" üzvləri, bir deyin mənə,
Blokda mənfi nə, üstün olan nə?
Qurum salmamışdı sizi pis günə?
Dürüst cavab verib, durub gedin, xub!

Əli Əliyev:

Bu "Azadlıq" kimi varıma qurban,
Düşmüş olduğu xoş duruma qurban,
Sinəmdən açdığı şırıma qurban,
"QRUH"-u, "DUİ"-ni o, çoxdan yorub.

Əvəz Temirxan:

Lalədən başqa bir həyanım yoxdu,
Məni ondan yaxşı duyanım yoxdu,
Blok yönündə bir bəyanım yoxdu,
Ancaq görməmişəm bir yaxşı qurum.

Lalə Hacıyeva:

"Azadlıq" gözümdə bir çepe kimi,
Ucadı əlçatmaz bir təpə kimi,
Bu blok yellənir "MBH" kimi,
Yəqin boşalıbdı ən vacib şurup.

Nuridə Turabova:

"DUİ" "Azadlığ"ı dartıb sürüyər,
Onu xoş aura dərhal bürüyər,
Lalənin əlində sınıb çürüyər,
Əgər qalib gəlsə yerində turp.

Əli Kərimov:

Mən belə düşünə bilmərəm qəti,
Ayağa qaldırar blok milləti,
Millət də bir anda atar zilləti,
İsanın səsi də kəsilər xırp.

Mirzə Qərənfil:

Məncə, çıxışçılar danışır əbəs,
Əli də, Lalə də gətirməkdə nəhs,
Görən opponentlər nə deyəcək bəs?
Yoxsa olacaqdır halları xarab?

Pənah Hüseynov:

"Azadlıq"da çoxu olmaqdadı kor,
Odur ki, gözləri görməkdədi tor,
Yoxdu bu blokda bir genetaror,
Üzvlər içsə də tonlarla şərab.

İsa Qəmbərov:

Zamanın yeganə qurumu ancaq,
Müsavat dəstəyi "DUİ" olacaq,
"Azadlıq" bu yerdə olacaq brak,
Adi bir təzyiqə gətirmədən tab.

Rəsul Quliyev:

Səsim selektordan çıxsa da yavaş,
Düşsün "Azadlığ"ın kəlləsinə daş,
Mən lider, "ACP" olacaqdı boş,
Sədrlər içində yoxdu mənə bab.

Digər xəbərlər