PDF Oxu

Köşə

  • 12

Elektorat lider seçimi qarşısında

Elektorat lider seçimi qarşısında

Mirzə Qərənfil:

Yenə qarşıdurma, yenə ziddiyyət,
Artıb çoxalmaqda tənə, ziddiyyət,
Yol vermə geriyə dönə ziddiyyət,
Vurubdu başına kədəri-dərdi,
Qüssə çulğayıbdı artıq hər fərdi,
Qurumlar süquta doğru gedərdi.

İqbal Ağazadə:

Danışıqlar gedən masaya lənət,
İçi qrant dolu kasaya lənət,
Adı başqan olan İsaya lənət,
Hər dəfə o, məni qabağa verdi.

İsa Qəmbərov:

Əldən salmaqdadı beyin İqbalı,
Mənəvi cəhətdən əyin, İqbalı,
Tez-tez tənqid edib söyün, İqbalı,
Desin qarşısında duranlar ərdi.

Arif Hacıyev:

Göründüyündən çox xəbisdi İqbal,
Sərsəm, yalançıdı, naqisdi İqbal,
Siyasətçi kimi çox pisdi İqbal,
Pisləmək yolunu tutub o, mərdi.

Vurğu Əyyubov:

Dünən-sabahımız başqanımızdı,
Qrant tabağımız başqanımızdı,
Arxa Ü qabağımız başqanımızdı,
Savad sahəsində xalis Qəfərdi.
Qabil Hüseynli:

İsa gözümüzdə nurdu, işıqdı,
İsa Müsavata bir yaraşıqdı,
O, hələ sağlamdı, cavandı, şıqdı,
Həm də bacarıqda Mirzə Səfərdi.

İbrahim İbrahimli:

Odur gözümüzün işığı, nuru,
Rəqibi minərdi o, quru-quru,
Dirçəltməkdə zordu o, əsil koru,
Şahmat oynamazdı, bilirdi nərdi.

Rauf Arifoğlu:

İsa liberala qul olan kəsdi,
Adını çəkmək də, bədnamlıq, nəhsdi,
Ondan danışmayın, sərsəmlər, bəsdi.
Liberal nökəri, mərizdi, çərdi.

Əli Kərimov:

Bizə əks cayilsə, düşmənimizdi,
Ağıldan zailsə, düşmənimizdi,
Bizimlə deyilsə, düşmənimizdi,
İsa bostanında becərsin kərdi.

Nurəddin Məmmədli:

Bəziləri deyir tənha Əlidi,
İsa ucuzdusa, baha Əlidi,
Qrant qazanmaqda düha Əlidi,
Əli Harun Rəşid, İsa Cəfərdi.

İqbal Ağazadə:

Yox Əliyə siyasətdə tay məhsul,
Ancaq o olardı ən qolay məhsul,
İsa ətrafıyla çıxdaş, zay, məhsul,
İqbal bu sahədə sinədəftərdi.

İsa Qəmbərov:

Mən iy siyasətdə, Əlidi kötü,
Əli astagəldi, mən əldən iti,
Yığıb üzərinə hər cür töhməti,
Mən zərbə gücünə dözümlü pərdi.

Arif Hacıyev:

Əli künc-bucaqda ürək çartdadır,
İsa Avropada qrant partdadır,
Gələcək İsada, Müsavatdadır,
Boss da qanadını üstümə gərdi.

Vurğun Əyyubov:

İsa çörəyinin duzu yaxşıdı,
Bizə yedirtdiyi quzu yaxşıdı,
Həm də fantasının qazı yaxşıdı,
Ayaqdan-başacan o Əli şərdi.

Qabil Hüseynli:

Heç zaman ağzında bişirməz sözü,
Bir az laübalı, sərsəmdi özü,
Vallah, ayrılardım İsadan, düzü,
Əlidən, İqbaldan İsa betərdi.

İbrahim İbrahimli:

İsa hovuzunda üzmək çətindi,
Qrantsız cibiboş dözmək çətindi,
Ən kiçik işi də çözmək çətindi,
Bizlər Müsavatda məhbusuq şərti.

Rauf Arifoğlu:

Təkdən uzaqları təkdə axtarma,
Şübhədən uzağı şəkkdə axtarma,
İsanın izini dikdə axtarma,
Açarı zülmətdə itmiş şəhərdi.

Əli Kərimov:

İsa qəlbində ah nəyimə gərək,
Ona dəstək Pənah nəyimə gərək,
Lüzumsuz qərargah nəyimə gərək,
İsanın qəhəri bizə bəhərdi.

Nurəddin Məmmədli:

Siyasətdə xeyli qaim lYurd" Əli,
İdealım olub daim lYurd" Əli,
Bir qulamam, gerçək şahim lYurd" Əli,
Belimdəki lYurd"a aid yəhərdi.

Digər xəbərlər