PDF Oxu

Köşə

  • 17

Hər lider közü öz tərəfinə çəkir

Hər lider közü öz tərəfinə çəkir

Deyəsən, radikallar bir qərara gələ bilmirlər. Gələ bilsəydilər, bələdiyyə seçkilərinə gedəcəkləri haqda konkret bir konsepsiya ilə çıxış edərdilər. Belə bir konsepsiya, hələlik, mövcud deyil. Heç müxalifətin "ideya generatoru" da heç bir konsepsiya təklif edə bilməyib. "DUİ" isə "QRUH" və "Azadlıq" bloku kimi qeyri-fəal birliklər ətrafında öz mümkün dağıdıcı mövqeyini qoruyub-saxlamaqdadır. Bugünkü meyxana mücadiləmizdə radikalların mövcud durumları haqda suallarımıza arzu edən hər bir müxalifət nümayəndəsi cavab verəcəkdir. Pənah Hüseynov heç qoşa qafiyəni də deyə bilmədi. Ondan fərqli olaraq, Əli Əliyev bu işin öhdəsindən asanlıqla gəldi:

Bu gün radikalın iki yolu var:
Ya seçkiyə getmək, ya da olmaq xar.

Mirzə Qərənfil:

İfratlar bir plan, ya pakt şəklində,
Yaxud da konkert bir akt şəklində,
Seçkidə olacaq kompakt şəklində?
Bəlkə qalacaqlar seçkidən kənar?

Pənah Hüseynov:

Xaricdən gur axan qrant, maya yox,
Nə də vasitəli iri taya yox,
Pul yoxsa, başımda konsepsiya yox,
Bu gün ifratlarda kasaddı bazar.

İsa Qəmbərov:

İndi sərniməyə ayran tapılmır,
Bizim qarnımızı doyuran tapılmır,
Seçkiyə vəsait ayıran tapılmır,
Dayanıb qarşıda hündür sədd, hasar.

Əli Kərimov:

Cənub qütbü kimi əridim bu gün,
Artmaqda gün-gündən qəm, dərdim bu gün,
İsayla bloka gedərdim bu gün,
Siyasət yolumuz deyildi hamar.

Lalə Hacıyeva:

Şirini, şəkəri, boyatı atdım,
Ələ keçirdiyim mandatı atdım,
Sonda mən Temirxan bratı atdım,
Olub "MBH" də əlimdən bezar.

Etibar Məmmədov:

Getmək fikrim yoxdu irəli-geri,
İcra orqanları arzumun biri,
Kütlə də sevmədi mən tək lideri,
Dedilər gecikdin, gedibdi qatar.

Mirmahmud Fəttayev:

Kanıyam hər əzmin, hər qətiyyətin,
Mənimçün problem qalmamış çətin,
"DUİ" qulluğumda dayanıb mətin,
Mən kimi göstərsəm sıradan atar.

Əhməd Oruc:

Radikal güruhda qayayam, dağam,
Nüfuz sahibidi Mirmahmud ağam,
Onun sayəsində coşğun bulağam,
Çoxu sahilimdə yuxlayar, yatar.

Əli Əliyev:

Boğazda siyasi ipimə qurban,
Dolmağa aludə cibimə qurban,
"Azadlığ"a üzv "VİP"-imə qurban,
O öz niyyətinə AMİP-siz çatar.

İqbal Ağazadə:

Onlarla qalmaram mən bir cinahda,
Məni çox boğdular pasda, günahda,
Axırda pislədi məni Pənah da,
Təki dəstəkçilər olsun mənə yar.

Tahir Kərimli:

İfrat öz gözündə görməz heç tiri,
Mənən bir radikal qalmamış diri,
Hər biri xaricin casus nökəri,
Dəstəkçi puluyla edərlər nahar.

Sərdar Cəlaloğlu:

Seçkidə iştirak labüddü bizə,
Nikbinlik, fəallıq sübutdu bizə,
Ən qorxulu məqam süqutdu bizə,
Ancaq o gətirir qarnıma azar.

Rəsul Quliyev:

Göyün yeddi qatı mənə yazılıb,
Çalınmış bayatı mənə yazılıb,
Mühacir həyatı mənə yazılıb,
Nədənsə partiyam olub tarmar.

Tahir Abbasov:

Qovuqlardan min şar düzəldəcəyəm,
Müsəlmandan kübar düzəldəcəyəm,
İslamdan iqtidar düzəldəcəyəm,
Yaşıl bayrağımız parıldar par-par.

Yaşar Türkazər:

Radikal kürkünə min güvə düşdü,
Dəstək şousundan tək pivə düşdü,
Cəbhəylə Müsavat arxivə düşdü,
İclas keçirməkdə onlar... plenar.

Elman Türkoğlu:

KİV-lərdə tonlarla söhbət, yazım var,
Hətta bundan sonra xeyli arzum var,
Hər lider yanında bir casusum var,
Şüurca hər biri qoyun, mal-dalvar.

Digər xəbərlər