PDF Oxu

Köşə

  • 8

Əli Əliyev “Azadlığ”ı zamanın ən fəal radikal bloku hesab edir

Əli Əliyev “Azadlığ”ı zamanın ən fəal radikal bloku hesab edir

"VİP" sədri Əli Əliyev "Azadlıq" blokunu günün ən güclü radikal qurumu hesab edir. O, "DUİ" sıralarında birləşən partiyaları, Müsavatı, AMİP-i, eləcə də, "Ümid", "ANİF" kimi digər partiya və qurumları təmsilçisi olduğu "Azadlıq" blokundan qat-qat zəif hesab edir. Xülasə, biz Ə.Əliyevlə meyxana mücadiləmizdə müxalifətdaxili prosesləri saf-çürük edəcəyik. Qafiyəni Ə.Əliyev heç cür quraşdıra bilmədi. Ona kömək etməli oldum. Qafiyənin məzmunu belə idi:

Gülər üzümüzə bir vaxt uğur da,
O zaman azalar çağır-bağır da.

Mirzə Qərənfil:

Sizlərdə ən güclü blok hansıdı?
Gözlənilməzlik nə, de, şok hansıdı?
Seçkidə gözlənməz iqot hansıdı?
Cavab ver, nə qədər olsa ağır da.

Əli Əliyev:

Güclü siyasətçi sayılmıram mən,
Ancaq xülyalardan ayılmıram mən,
Çətinə düşəndə bayılmıram mən,
İçirəm arabir şirin çaxır da.

Mirzə Qərənfil:

Hər radikal lider qədəmi böhran,
Onun alabəzək aləmi böhran,
Mürəkkəbi böhran, qələmi böhran,
İflasdı, süqutdu əvvəl-axır da.

Əli Əliyev:

Mənim partiyamın dəbi AMİP-dən,
Kəndiri AMİP-dən, ipi AMİP-dən,
Qoparıb çıxardım "VİP"-i AMİP-dən,
Gəldi arxasınca zibil, paxır da.

Mirzə Qərənfil:

Heç tuta bilmirsən əldə kərkini,
Yeyibdi birələr ifrat kürkünü,
De, neyçün AMİP-dən çəkdin "VİP"-ini?
Burda hərdən səni qəhər boğur da.

Əli Əliyev:

Elə ki, Etibar mənə inandı,
Çəkdim ön plana pulu, qrantı,
Bir buna görə də unutdum andı,
Kin, nifrət çox olar mən tək fağırda.

Mirzə Qərənfil:

Pənahın təklifi boşuna gəldi,
İsa da qaşına-qaşına gəldi,
Bəs Lalənin nəyi xoşuna gəldi?
Nə tapdın Əlidə, "Yurd"da-çuxurda?

Əli Əliyev:

İsa bəy gedəndə bitdi "Azadlıq",
Bizim simamızda ciddi "Azadlıq",
Məni siyasətçi etdi "Azadlıq",
Qurbanəli bəydim yatan axurda.

Mirzə Qərənfil:

De, kimə gərəkdi Laləylə Əli?
Onlarda natamam reyinq cədvəli,
Özün nə qazandın bura gələli?
Son vaxtlar bu blok səni sıxır da.

Əli Əliyev:

AMİP-də əllərdə bir təbil oldum,
Orda uzun illər bir səfil oldum,
Nəhayət, blokda müstəqil oldum,
Tapdım öz yolumu axır naxırda.

Mirzə Qərənfil:

Danış, de, nə zaman hal vurdu səni?
Etibar göylərə qaldırdı səni,
"Azadlıq" zirvədən saldırdı səni,
Sənə yas tutardı tənha fağır da.

Əli Əliyev:

Qurumlar, qruplar, birliklər çoxdur,
Bu gün bizimkindən yaxşısı yoxdur,
"Azadlıq" yeganə ifrat blokdur,
Ondan ilham alır naqis dılğır da.

Mirzə Qərənfil:

Əlində dəyənək, payan da yoxdur,
Səndən heç bir kəsə ziyan da yoxdur,
Səni siyasətçi sayan da yoxdur,
İstər yıxıl, dur, qaç, istər fınxır da.

Əli Əliyev:

Əlinin gözündə fərdiyyətçi mən,
Lalə nəzərində qətiyyətçi mən,
Blokda üçüncü siyasətçi mən,
Gəlin böyütməyək, problem xırda.

Mirzə Qərənfil:

Sən çox gücənərək axıtdın təri,
Səndən kənar qaçdı siyasi pəri,
Oldun blokunun adi nökəri,
Kiçik arxlar kimi itdin arxada.

Əli Əliyev:

Olsam da blokun adi nökəri,
Təmsil etməmişəm qətiyyən şəri,
İsadan, Pənahdan qalmıram geri,
Məni yad edirlər şamda, naharda.

Digər xəbərlər