Türkiyə “bomba” üstündə əyləşib...
Mən də bu yaxınlara qədər elə fikirləşirdim ki, yəqin Ərdoğan başda olmaqla Türkiyə hökuməti nəyisə bilir ki, belə risqli addımlar atır və hətta özümü də qınayırdım ki, niyə işi bilməyə-bilməyə Ərdoğanı tənqid edən yazılar yazmışdım. Elə Anadolu türkünün dediyi kimi, deyəcəyəm, nə yazıq ki, Türkiyə və onun hakimiyyətdə olan partiyası AKP erməni məsələsində ermənilərə və onların Avropadakı diasporuna uduzur. Özü də əməlli-başlı. Serj Sarkisyanın Ermənistanda bir qara qəpiklik söz yiyəsinin sahibi olmadığını və hörmətinin olmadığını yazmışdıq, buyur, bunu erməni prezidenti öz sözləri ilə təsdiqlədi. Bu adam Avropaya getdi, erməni diasporu nümayəndələri onu əhatəyə alıb dişlərinin dibindən çıxanı ona dedilər və başa saldılar ki, sən, ümumiyyətlə, kimsən ki, gedib bizim adımızdan danışıqlar aparırsan? Sənin özün o vaxt aclığın dərdindən Qarabağ ərazisində diri-diri şişə keçirdiyin azərbaycanlı uşaqlarının meyitlərini yeyirdin ki, sağ qalasan, indi durub Qarabağ məsələsində söz sahibi kimi danışırsan? Elə şey yoxdur. Nyu-Yorkun küçələrində Sarkisyanın satqın və xain elan olunması. İndi bax, sizə nə deyirəm, bütün dünya Türkiyə prezidenti başda olmaqla baş nazir Rəcəb Tayyib Ərdoğanın ermənilər tərəfindən nə qədər aldadıldıqlarını və siyasi səhvlərə yol verdiklərinə şahid oldu. Abdullah Gül əfəndi açıqlayır ki, dünya erməni diasporu Ermənistanla Türkiyənin yaxınlaşmasına mane olmamalıdırlar. Adamı burda gic gülmək tutur, özü də necə! A kişi, sən nəyi və hansı məsələni kimə "dokazat" eləyirsən? Erməni lobbisi bütün Ermənstanın yiyəsidir və onlarla Barak Obamadan tutmuş Dmitri Medvedevə qədər hamı "razılaşır". Ermənistanın da taleyini büsbütün bunlar həll edirlərsə, sən, sadəcə, bir "tuzağa" düşmüsən və bunun acısını dörd-beş qatına çəkməli olacaqsan. Məsələ nədir, bu Türkiyə hakimiyyəti elə bildi və ya dünya supergücləri onu "elə başa saldılar" ki, sanki ermənilər Türkiyəyə qarşı olan iddilarından tam geri çəkilirlər və bundan sonra Hayastanla Türkiyə qardaş olacaqlar. Ay hay! Başa düşürəm ki, üzdə özünü müsəlman dünyasının "dostu" göstərən, amma seçkilər vaxtı erməni diasporuna verdiyi vədləri də unutmayan, erməni diasporunun əlində "fiqura" çevrilən Ağ Evin sahibi, əslində, supergüclərin dünya düzəni üçün nəzərdə tutulan qarşıdakı əlli-yüz illik planlarını yerinə yetirir. Amma bir iş var ki, artıq bu məsələdə Türkiyənin harada qərarlaşacağı elə indidən təşfiş doğurmaqdadır. Çünki Türkiyənin daxilində yaşananlar, bu ölkəyə qarşı duranların açıq-aşkar türk xalqına qarşı meydan oxumaları Türkiyənin nə qədər tarixi proseslər və eyni zamanda, siyasi fırtınalar qarşısında olduğunu açıqca ortaya qoyur. Amma keçən həftənin bazar günü Türkiyə siyasi arenasındakı toplantılar, həqiqətən, vəziyyətin düşünüldüyündən də ağır və kritik olduğunu göstərir. Görəsən, Türkiyə liderləri Ermənstanla bu qədər yaxın və geniş əlaqələr qurmaqla ciddi səhvə yol verdikləri üçün böyük bir uçuruma yaşıl işıq yandırmış olmadılarmı? Məncə, oldular! Çünki bir məsələni beyin və qulaq sisteminə birdəfəlik həkk etmək lazım gələcək ki, Ermənistanla bağlı bütün qərarları Avropa və Amerikadakı erməni lobbisi verir, vəssalam! Cənab A.Gül, sənin çağırışın - filanın onlar üçün "vız gedir". Baxın Levon Ter- Petrosyanın, Robert Köçəryanın siyasi talelərinə. L.T.Petrosyanı 1996-cı ilin sonlarında erməni lobbisi, bir kəlmə yumşaq söz deməsinə görə hakimiyyətdən atmadımı? İndi durub S.Sarkisyan gözü çıxmış qardaşlarının bu aqibətindən dərs almayacaq qədər ağılsız-filan deyil ha. Amma Sarkisyan Ərdoğan qarışıq bütün Türkiyəni əməlli-başlı uddu. İndi heç futbol matçına də getmə, Anadolu türklərini "pazor" elə dünyanın gözü qarşısında. Amma getsə də, belə elə indidən Türkiyə özünü olduqca pis vəziyyətə saldı erməni diasporu qarşısında. Hələ ki, Türkiyə "böyük oyunda" uduzur. Oyunçu aparsın, əfəndim!