PDF Oxu

Köşə

  • 38

Rauf Arifoğlu İsa Qəmbərovun perspektivsizliyi haqda

Rauf Arifoğlu İsa Qəmbərovun perspektivsizliyi haqda
Əl altdan öyrəndik ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru İsa Qəmbərovdan ayrıldıqdan sonra, onun "Azadlıq" bloku, "QRUH" və "DUİ" üzvləri ilə əməkdaşlıq əlaqələrinə maneçilik törətməyə çalışır. Bu niyyətini həyata knçirmək istəyən R.Arifoğlunun "Azadlıq" blokunda AXCP (i) sədri Əli Kərimov, "MBH" liderinin ALP-nin sədri təyin etdiyi Əvəz Temirxan və "DUİ"-də "KAXCP" sədri Mirmahmud Fəttayev, "QRUH"-da isə ADP sədri Sərdar Cəlaloğlu ilə əlaqə yaradıb, İ.Qəmbərova arxadan və öndən qəfil zərbə endirəcəyi bildirilir. Bu məsələləri onunla müzakirə etmək qərarına gəldim. Papaq qafiyəsini R.Arifoğlu özü dedi:

Mən bildiyim kimi deyil vəziyyət,
Odur ki, etmirəm heç vaxt şikayət.

Mirzə Qərənfil:

Necə dolanırsan sən boş-boşuna,
Niyə İsa Qəmbər gəlmir xoşuna,
Yoxsa zəhər qatıb dadlı aşına,
Bəlkə də bir zaman verib əziyyət?
Odur ki, edirsən daim şikayət.

Rauf Arifoğlu:

"Yeni Müsavat"ım sökülən zaman,
Vaxtı fövtə verib gərək bircə an,
Mən uzaq olaydım İsa başqandan,
Göstərə bilmədim ancaq qətiyyət.

Mirzə Qərənfil:

Mən öz sözlərimi deyirəm qısa,
İstərəm niyyətin çıxmasın fısa,
Sənin partiyanı dağıtdı İsa,
Sən isə saymadın bunu cinayət.

Rauf Arifoğlu:

Partiyamı müftə verib İsaya,
Salmışam özümü dərdə, bəlaya,
Ancaq üzümüzə gələn bu yaya,
Tez bərpa edərəm onu, nəhayət.

Mirzə Qərənfil:

Əgər seçkilərə qatılsa başqan,
Nəylə fərqlənəcən, söylə, sən ondan?
Ancaq nə reytinqin qalıb, nə ad-san,
Nə də İsa bəyi yenən şücaət.

Rauf Arifoğlu:

Dəyişib İsa bəy öz qibləsini,
Qrantı artıqca kəsdi səsini,
Qoşdu liberala öz nəfəsini,
Qalmadı dizində azacıq qüvvət.

Mirzə Qərənfil:

Qrant ödəməkdə İsaya xaric,
Artır günü-gündən gəlir, məxaric,
Səni kimiləri adlandırır gic,
Özünə dedirdir lider, şəxsiyyət.

Rauf Arifoğlu:

İsa yonulduqca olur çox kobud,
"Yurd" Əli deyir ki, təhqirləri ud,
Yardım göstərəcək mənə Mirmahmud,
Əvəz də, Sərdar da veribdilər vəd.

Mirzə Qərənfil:

Düzdü, həmkarların sənə dayaqdı,
Bu radikal cinah, bil, baş-ayaqdı,
İsa tülküdən cəld, qazdan oyaqdı,
Bunu sən bilmirsən, bilsə də millət.

Rauf Arifoğlu:

Onun çevrəsini qırıb kəsərik,
Yanına bizlərdən qrup düzərik,
Yastıqla başları xırıp üzərik,
Başları üstünü alar zülm, illət.

Mirzə Qərənfil:

Nə qədər desən də zalım, alçaqdır,
İsa bəy xaricdən pul alacaqdır,
Dəstəkçün xaricə yol açacaqdır,
Səni çuğlayacaq yenə bəd niyyət.

Rauf Arifoğlu:

Etiraf edirəm ilk dəfə bunu,
Nə qədər qəzetdə pislədim onu,
Yenə başqan kimi çatmadı sonu,
Casus tək xaricə eylədi xidmət.

Mirzə Qərənfil:

Sarkozi, Merzlyakov, o Buş İsadı,
Maliyyə dəstəyi qucmuş İsadı,
Sonası xaricə uçmuş İsadı,
Bir sənsən bunlara eyləyən heyrət.

Rauf Arifoğlu:

Çoxdan işi çağır-bağır olubdu,
Xaricə getməkdən yağır olubdu,
Ağ-yalavac dönüb fağır olubdu,
Bu gün cılızlaşıb artıq mahiyyət.

Mirzə Qərənfil:

Deyir ən yüngül iş cəbr olmayacaq,
Vaxtı yetişəndə səbr olmayacaq,
İsa bəy bir daha sədr olmayacaq,
Çünki 21 il qazanıb lənət.

Rauf Arifoğlu:

İsa Qəmbərovun işi kələkdir,
O gedəndən sonra gün gələcəkdir,
Müsavat yenidən dirçələcəkdir,
Hasil dəyişməzsə, itməz kəmiyyət.

Digər xəbərlər