PDF Oxu

Köşə

  • 14

BMT-nin 64-cü komediyası

BMT-nin 64-cü komediyası
Mən deyəndə ki, BMT-nin 64-cü sessiyası yeni əsrdə əsil komediyaya və lətifələrə çevriləcək, bir çoxları mənim BMT-yə "lağ elədiyimi" söyləyirdilər. Al, bu da sənə BMT-nin ali komediyası. Nə baş verdisə hamısını sizə danışacağam. Ona görə ki, qoy neçə-neçə illərdən sonra BMT-nin bu sessiyasında baş verənləri, yekəxanalıq çıxmasın, bizim qəzetimizi vərəqləyib əsil həqiqətləri öyrənsinlər. Yəni tarixdə bizim də yazdıqlarımız vərəqlənsin..
Sonrası da köşə yazısı olsa da, bu yazının necə deyərlər, dadını-duzunu dəyişdirsək də, dünya liderlərinin açıqlamalarını elə öz dillərindən təqdim edəcəyəm. Görün dünya liderləri Nyu-Yorkda hansı hoqqalardan çıxıblar. Keçən əsrin altmışıncı illərində SSRİ lideri Nikita Xruşşovun BMT-nin tribunuasından ayaqqabısını çıxarıb döyəcləməsinin ardınca, lklassik müsəlman" sayılan sosialist Müəmmər Qəddafi də ona reqlament qaydalarını xatırladan BMT nümayəndələrinə kitab tulazlayıb. Deyib ay filan-filan olmuşun uşağı, bəs məndən o qədər də ağ olmayan qarabala Obama danışanda niyə ona lzakon" qoymursunuz? Amma BMT-də birinci dəfə olan və Nyu-York gözəlçələrindən bihuş olan Qəddafinin əsil macərası, onun Nyu-Yorun ortasında çadır qurub Amerika qızları ilə lsupergecə" keçirmək istəyindən sonra başlanıb. Pah atonnan, kişi əsil müsəlmandır ki, var! Qəddafi çadır qurmaq üçün bir neçə otelə müraciət edir, amma otellərdən heç biri Liviya liderinə onların həyətlərində çadır qurmağa icazə verməyib. Nəhayət, çadır məsələsinə Amerika prezidentini mühafizə edən məxfi xidmət əməkdaşları müdaxilə ediblər və Qəddafiyə uzaq Liviya ilə Nyu-Yorku səhv salmamağı başa salıblar. Çadırsız və çarəsiz qalan Qəddafi BMT tribunasında hirsini soyutmağa imkan tapıb. Rəhmətlik Leninin müasir şagirdi olan Qəddafiyə görə, ərəblərin yəhudilərə qarşı heç bir düşmənçiliyi yoxdur, əskinə, yəhudilər ərəblərlə qohum millətdir. "Əsil yəhudi düşmənləri sizsiniz, yəhudiləri krematoriyalarda yandıranlar sizsiniz" deyən Liviya lideri avropalılara bağırıb. Hər yerdən və hər şeydən danışan Qəddafi 1 saat 35 dəqiqə çıxış etdikdən sonra, nəhayət, tribunadan enib. Kişi istədiyini edəndən sonra burnu uzun bədəvi ayaqqabıları ilə Nyu-Yorkda əsil qəhrəman kimi gəzib dolaşıb.
Qəddafinin çıxışından sonra ABŞ prezidenti Barak Obamanın çıxışında ən yaddaqalan məqam onun Amerikanın SSRİ-nin dağılmasından sonra yürütdüyü birqütblü dünya strategiyasından imtina etdiyini etiraf etməsidir. Bax, Ağ Ev sahibi nə deyir: "Beynəlxalq əməkdaşlığın yeni erası başlayır və ABŞ qlobal problemlərin öhdəsindən təkbaşına gələ bilməz. İndi bizim hər birimizin üzərinə məsuliyyət payı götürməsinin vaxtı çatıb, dünyanın problemlərinə görə hər kəs məsuliyyət daşıyır". Pah atonnan, adam dəli olur e, bu qarabalanı eşidəndə. Dünyanı nüvə silahı axtarmaq adı altında bombala - dağıt, indi də, belə danış!
Qarabala Obamadan sonra danışan balacaboy Dmitri Medvedev də "razborkalara" qoşulub. Kremlin balacaboy "Dima"sı onu da deyib ki, "Biz ABŞ-la bir-birimizi başa düşməyə başlamışıq".
İran lideri Mahmud Əhmədinejad isə BMT tribunasına qalxaraq növbəti qalmaqal yaradıb. İran prezidenti BMT Baş Assambleyasında çıxışında bildirb ki, azlıq təşkil edən ölkələrin dünya siyasəti, iqtisadiyyatı və mədəniyyətinə diqtə etməsi qəbulolunmazdır. Onun dedikləri odur ki, Qərb ölkələri əsil soyğun və işğal yürüdür, başqalarının mədəniyyətini və sərvətlərini oğurlayıb, sonra da onların adını "terrorçu" və "vandal" qoyurlar. Onun hədəfi isə yenə də İsrail olub. Bax, bu da BMT-nin 64-cü sessiyasının görünən və görünməyən tərəfləri. Qoy gələcək nəsillər hər şeyin düzgününü bilsinlər. Biz gələcək üçün yazırıq. Çünki hər şey tarixə çevriləcək, elə bizim özümüz də!

Digər xəbərlər