PDF Oxu

Köşə

  • 14

Pənah Hüseynovun Müsavat və “DUİ” sərgüzəştləri

Pənah Hüseynovun Müsavat və “DUİ” sərgüzəştləri
Bugünkü meyxana məclisimizdə Mirzə Qərənfil olaraq, özünü gah müsavatçı, gah da "DUİ"-çi kimi aparan AXP sədri Pənah Hüseynova nataraz suallar vermişəm. P.Hüseynovun papaq qafiyəsi belə idi:

Üzə vurmamışkən şiti və şoru,
Mənəm radikalın generatoru.

Mirzə Qərənfil:

Qarşında durmuşdu dərin uçurum,
Daim dəyişkəndi səndəki durum,
Qəbul etməmişdi səni bir qurum,
Gedib o dünyada görmüşdün goru,
Üzə vurmaqdaydın şiti və şoru,
Səndin "ideyalar generatoru".

Pənah Hüseynov:

Bir kimsə vermədi söz qəti mənə,
Nə də Əli "gəl-gəl" eylədi mənə,
Nə də İsa "idi" söylədi mənə,
AXP yaratdım qaldırıb doru.

Mirzə Qərənfil:

Qaldın sən gülməli söz savaşında,
Ömrünün bu qeyri-müdrik yaşında,
Müsavat deputat qrupu başında,
Çıxdın sudan quru, Aydan da arı.

Pənah Hüseynov:

Sevinib gülərdim qrant alanda,
Şad idim Allahdan talant alanda,
Qrupa rəhbər oldum mandat alanda,
Sonra da uçurdum bütün hasarı.

Mirzə Qərənfil:

"DUİ"-yə qoşuldun səddi aşanda,
Qəribə olursan həddi aşanda,
Yeni fikrə düşüb, xətti aşanda,
Daim itirmisən, qıfıl-açarı.

Pənah Hüseynov:

Məhəl qoymayaraq mən tək harına,
Müsavatın ali qurumlarına,
Yaxın buraxmayıb, düzü, koruna,
İncik salmayaydı İsa bəy barı.

Mirzə Qərənfil:

Çox olub yalandan yaxa cırıbsan,
Gah nala, gah da ki, mıxa vurubsan,
Gah "DUİ"-də kəlləçarxa varıbsan,
Gah gəlib xoşuna İsanın tarı.

Pənah Hüseynov:

İsanın gözündə bir kündə getdim,
Mən də acı düşüb lap tündə getdim,
Vallah, "DUİ"-yə də bezəndə getdim,
Orda da boş gördüm, düzü, bazarı.

Mirzə Qərənfil:

Bir işə sonadək etmədin cürət,
Bilmədim çox idi, az idi sürət,
Niyə göstərirdin bu qədər sifət,
Sənə çoxmu xoşdu qarın azarı?

Pənah Hüseynov:

Ordayam, harada ideya çoxsa,
Niyə gücənirəm, səmərə yoxsa,
Əgər mən mükəmməl, sədrlər loxsa,
Fırlanıb qalarsan, yüz çək avarı.

Mirzə Qərənfil:

İşsizlik olanda çəkirsən nərə,
Bir an dayanmadan aşıb bənd-bərə,
Soxursan burnunu iş olan yerə,
Qanıb-qandırmırsan nə hırı-zırı.

Pənah Hüseynov:

Bir səbəb görmürəm, çəkmək üçün ah,
"SİDSUH"-un vaxtında gücənib, vallah,
Polisə daş atdı şəxsimdə Pənah,
Bir iş görmüsənmi yarıbayarı?

Mirzə Qərənfil:

Tükənib ideyan, fora gedərsən,
Ağa korun baxıb, qara gedərsən,
Qrant göstərsələr gora gedərsən,
Nəzərə almazsan heç işıqforu.

Pənah Hüseynov:

Davranır meydanda hərə bir cürə,
Beçə bol olanda, yeməzlər fərə,
Papaq tıxamıram pul gələn yerə,
Qalıbdı dünəndə ömür baharı.

Mirzə Qərənfil:

Ölülər torpaqda kaşı gəmirər,
Ləlöyün sübh tezdən xaşı gəmirər,
İştahan dəmiri, daşı gəmirər,
Hayqırtın kar edər qulağı karı.

Pənah Hüseynov:

Mən bir "ideyalar generatoru",
Taladım, dağıtdım dövləti-varı,
Yenə səngimədi qarın azarı,
Məni alqışladı radikal xoru.

Digər xəbərlər