PDF Oxu

Köşə

  • 9

Müsavat başqanı və AXCP (i) sədri son prosesləri şərh edir

Müsavat başqanı və AXCP (i) sədri son prosesləri şərh edir

ütövlükdə, "QRUH", "Azadlıq" bloku, "DUİ"-də, eləcə də, ayrı-ayrı radikal partiyalar daxilində qarşıdurmalar get-gedə güclənməkdədir. Düşündük ki, bu yöndə ilk sözü Müsavat başqanı İsa Qəmbərova və AXCP (i) sədri Əli Kərimova verək. Çünki son vaxtlar bu liderlərə inam sıfır həddinə yaxınlaşmaqdadır. Əlbəttə, növbəti meyxanamızda sözü nüfuzlarını itirməkdə olan digər liderlərə də verəcəyik. İndi meyxanaçılarımızın qoşa qafiyələri haqda açıqlama vermək istəyirik. Papaq qafiyəsi belədir:

Fayda verməz strateji xətt bizə,
Nə də baxmaz bu xalq, bu millət bizə.

İsa Qəmbərov:

Gözüm donuq, mən baxıram mal kimi,
Çoxu qəbul edir məni lal kimi,
Məni tərk edirlər liberal kimi,
Bu da verir azar bizə, dərd bizə.

Əli Kərimov:

Koroğlum, dalınca Qırat da getdi,
Ətrafımdan qohum da, yadda getdi,
Qulamhüseyn, Asim, Fuad da getdi,
Hər birisi bəxş etdi nifrət bizə.

İsa Qəmbərov:

Sənli-mənli çox bezdirdik milləti,
Azaltdılar bizə qarşı diqqəti,
Adam lider olmaqdan bezmir qəti,
Heç kəs arzulamır qətiyyət bizə.

Əli Kərimov:

Böyük cəbhə alovlandı felimdə,
Əksər hissə dayanmadı belimdə,
Xırda qırıqları qaldı əlimdə,
Lazım idi ciddi nəzarət bizə.

İsa Qəmbərov:

Tez uduzdum, mən ki, sağa çevirdim,
Elə bildim onu dağa çevirdim,
Müsavatı qaşqaldağa çevirdim,
Zaman bəxş etmədi cəsarət bizə.

Əli Kərimov:

İsa faciədi, Əli dramdı,
İrin verib qaysaqlayan yaramdı,
Cəbhədə əlimdə param-paramdı,
Bəlalar gətirir vəziyyət bizə.

İsa Qəmbərov:

Çətirimi üstlərinə bürüdüm,
Çoxlarını mən arxamca sürüdüm,
Sürüdükcə yollarında əridim,
Yenə yağdırırlar min lənət bizə.

Əli Kərimov:

Əvvəl Mirmahmud mənə qənim oldu,
Arxasınca Qüdrət gedənim oldu,
Cəbhənin az hissəsi mənim oldu,
Azaldı kütlədə məhəbbət bizə.

İsa Qəmbərov:

Bəyə alternativ olmaq istədim,
Postunu əlindən almaq istədim,
Lider kimi postda qalmaq istədim,
Alınsaydı, verərdi ləzzət bizə.

Əli Kərimov:

Gedənlər qayıtmır, plan azalıb,
Küçələr daralıb, dalan azalıb,
Qələbə marşını çalan azalıb,
Ancaq verən çoxdu əziyyət bizə.

İsa Qəmbərov:

Spiker postunda sağkən can verdim,
İnanmıram, kiməsə imkan verdim,
Yeddi məhbus qətlinə fərman verdim,
Açarlar tezliklə cinayət bizə.

Əli Kərimov:

Düzən bilib mən dərə-dağ gedirdim,
Çirmənmədən hündür-alçaq gedirdim,
Mən cəbhəni dağıdaraq gedirdim,
Veribdilər çox mənfi qiymət bizə.

İsa Qəmbərov:

Qrantverən bosslarımı pəstədim,
Rəqibimi, həmkarımı pisdədim,
Mən vətəndaş savaşını istədim,
Elə dostlar durub dedi get bizə.

Əli Kərimov:

Xarici boss nə verdisə, götürdüm,
Yaxşı-yaman cibişdana ötürdüm,
Axır burda liderliyi bitirdim,
Rəqiblər də qoya bilməz şərt bizə.

İsa Qəmbərov:

Hər bir həmkar sanır çolaq, şil, məni,
Adlandırır rəqib uzundil məni,
Heç Rauf da saya salmır, bil, məni,
Sədr gözüylə baxmır heç bir fərd bizə.

Əli Kərimov:

İstəmirəm, partiyada qalam mən,
Otuz illik lövbərimi salam mən,
İstəyirəm, gedib alim olam mən,
Əsl alimlər deməsələr net bizə.

Digər xəbərlər